Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə
127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə 
törədildikdə; 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 128. 
Qəsdən sağlamlığa yüngül zərər vurma 
Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə 
səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
Maddə 129. 
Qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  vəziyyətində  qəsdən  sağlamlığa 
ağır və ya az ağır zərər vurma 
129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya 
əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz 
və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində 
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər 
vurma— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya 
əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz 
və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində 
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər 
vurma— 
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 130. 
Zəruri  müdafiə  həddini  aşmaqla  sağlamlığa ağır  və  ya  cinayət  törətmiş 
şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma 
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma— 
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır və 
ya az ağır zərər vurma— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 131. 
Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma 
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma— 


üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək 
müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 132. 
Döymə 
Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya 
sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə— 
iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir 
ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 133.
 İşgəncə vermə 
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan 
mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi 
iztirablar vermə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
133.2. Eyni əməllər: 
133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və 
ya sifarişlə törədildikdə; 
133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə; 
133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar 
birlik (təşkilat) tərəfindən törədildikdə; 
133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz 
vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 
133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə 
əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
133.3. Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan əməllər şəxsdən 
məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə 
doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə 
etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 134. 
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə 
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real 
əsaslar olduqda— 


iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 135. 
Evtanaziya 
Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə 
tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 136. 
Qanunsuz  süni  mayalanma  və  embrionu  implantasiya  etmə,  tibbi 
sterilizasiya 
136.1. Qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma 
və ya embrionu implantasiya etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
136.2. Şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma 
qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə 
əməliyyat aparma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
136.3. Bu Məcəllənin 136.1 və 136.2-ci maddələri ilə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan 
şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 137.
 İnsan  orqanlarının  və  ya  toxumalarının  alqı‐satqısı  və  onların 
transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə 
137.1. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı— 
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
137.2. Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya 
toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə