Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 112. 
Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə 
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan 
məhrum etmə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 113.
 İşgəncə 
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi 
iztirablar vermə— 
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
17-ci fəsil 
MÜHARİBƏ CİNAYƏTLƏRİ 
Maddə 114. 
Muzdluluq 
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat 
vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya 
yetkinlik yaşına çatmayan barəsində törədildikdə— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd
1. Bu fəsildə nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların 
planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab 
olunur. 
2. Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi 
yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət 
göstərən şəxslər nəzərdə tutulur. 
Maddə 115. 
Müharibə qanunlarını və adətlərini pozma 
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş 
tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz 
ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla 
qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar 
aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya 
obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud 
belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər 
məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxslərin 
ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . 
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə— 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır . 
Maddə 116. 
Silahlı_münaqişə_zamanı_beynəlxalq_humanitar_hüquq_normalarını_pozma'>Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma 
116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni: 
116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə; 
116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma
116.0.3. sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın 
göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici 
emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə; 
116.0.4. hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan 
istifadə etmə; 
116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə; 
116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə; 
116.0.7. müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara 
hücum etmə; 
116.0.8. hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən, o cümlədən xüsusi mühafizə 
olunan tarixi, dini, təhsil, incəsənət, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların 
yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə
116.0.9. müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından 
aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması 
barədə sazişi pozma; 
116.0.10. mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum 
etmə; 
116.0.11. hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, 
əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma; 
116.0.12. dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki 
obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə; 


116.0.13. hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, 
həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya 
başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə; 
116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə; 
116.0.15. hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə; 
116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan 
edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə; 
116.0.17. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, 
habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə; 
116.0.18. bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri beynəlxalq hüquq 
normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə 
prosessual hüquqlardan məhrum etmə— 
yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 117. 
Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə 
117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu 
Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması 
məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
117.2. Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə 
tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan 
cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır 
Maddə 118. 
Hərbi soyğunçuluq 
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) — 
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 119. 
Müdafiə olunan nişanlardan sui‐istifadə 
119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı 
Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və 
Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl 
Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl 
Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə 
etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə
— 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə