üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
222‐1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 222-2.
Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma
işləri aparma
222‐2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan
elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su
təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil
yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,
222‐2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 222‐3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan
tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını
qərəzli olaraq İcra etməmə
Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən
planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması
işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının qərəzli olaraq icra
etməmə ‐
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 223.
Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma
223.1. Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik
qaydalarının pozulması, əgər bu əməl insan ölümünə və ya digər ağır nəticələrə səbəb ola
bilərdisə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
223.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 224.
Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu,
saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma
Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və
istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla
qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 224‐1. İkili təyinatlı mallardan (işlərdən, xidmətlər‐dən, əqli fəaliyyətin
nəticələrindən) istifadə qaydalarını pozma
Kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında və
hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli
fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunması dövlətin milli
təhlükəsizliyi və maraqlarına zərər vurduqda —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 224-2. İxrac rejimini pozma
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), bu
malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə İxrac
olunması —
bir ildən iki İlədək müddətə islah İşləri və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Maddə 225.
Yanğın təhlükəsizliyi qaydalarını pozma
225.1. Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs
tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır
və ya ağır zərər vurulmasına səbəb olduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
225.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 226.
Radioaktiv_materiallarla_qanunsuz_davranma'>Radioaktiv materiallarla qanunsuz davranma
226.1. Radioaktiv materialları qanunsuz əldə etmə, saxlama, istifadə etmə, satma, başqasına
vermə və ya dağıtma—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
226.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 227.
Radioaktiv materialları talama və ya hədə‐qorxu ilə tələb etmə
227.1. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə—
min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
227.2. Eyni əməllər:
227.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
227.2.2. təqsirkar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
227.2.3. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmək hədəsi ilə törədildikdə—
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
227.3. Bu Məcəllənin 227.1 və ya 227.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
227.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
227.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |