plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz
ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
218.3. Bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 219.
Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə
gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.2. Eyni əməllər:
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219.2.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək
hədəsi
ilə törədildikdə;
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə;
219.2.4. təkrar törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 219-1.
Dəniz quldurluğu
219-1.1.
Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə
və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın -
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219-1.2. Eyni əməllər:
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219-1.2.2. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq
edilməklə törədildikdə -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on iki ilədək azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
219-1.3. Eyni əməllər:
219-1.3.1. təkrar törədildikdə;
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən on beş ilədək azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 220.
Kütləvi iğtişaş
220.1. Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın
məhv edilməsi, odlu silahın,
partlayıcı maddələrin və ya qurğuların
tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə
silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə
iğtişaşlarda iştirak etmə—
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi
iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan
məhrum etmə
ilə cəzalandırılır.
Maddə 221.
Xuliqanlıq
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik
ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi
hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən
qərəzli hərəkətlər—
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221.2. Eyni əməllər:
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın
pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya
digər şəxsə müqavimət
göstərməklə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə
törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.