Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
89
sal texnologiyasının tətbiqi üzrə 39 müəssisə arasında sorğunun [16, s.811-
824], P.J.Holahan, Z.H.Aronson, M.P.Jurkat və F.D.Şurmanın həyata keçirdiyi
69 məktəbdə kompüter texnologiyasının tətbiqinə dair sorğunun [11, s.31-50]
nəticələrini ümumiləşdirsək, innovasiyaların tətbiqi üzrə əsas maneələri və
səmərəli tövsiyələri aşağıdakı kimi qruplaşdıra bilərik:
a. Maneələr: 1.Əvvəla, innovasiyalar qeyri-təkmil dizayn olunduğundan
onların ilk dəfə istifadəsi çətinlik yaradır; 2. Əksər innovasiyalar ilk istifadəçilərin
müəyyən yeni texniki bilik və bacarıqlara malik olmasını tələb edir; 3. İnnova-
siyaların tətbiqini, adətən, hədəf istifadəçilər deyil, iyerarxiyada daha yuxarıda
olan menecerlər qəbul etdiklərindən müəyyən çətinliklər yaranır; 4. İnnovasi-
yalar fərdlərin rollarının, bəzi normaların və qaydaların dəyişdirilməsini tələb
edir. Fərdlərin buna hazırlığı həmişə arzuolunan səviyyədə qeydə alınmır; 5.
İnnovasiyaların tətbiqi vaxt və pul tələb edən çətin işdir; 6. Təşkilati ətalətlilik
innovasiyaların tətbiqini çətinləşdirir.
Bu səbəblərə görədir ki, Morgan Stanlinin 2002-ci il hesabatına görə, şirkətin
hər il texnologiyalara xərclədiyi 2,7 trilyon ABŞ dollarının 500 milyon dolları in-
novasiyaların tətbiqindəki çətinliklərə görə “havaya sovrulur” [15, s.244-245].
b. Tövsiyələr: 1. İnnovasiyaların tətbiqi üçün paket qərarlar (işçilərin inno-
vasiyalardan istifadə edə bilməsi üçün treninqlər, innovasiyaları istifadə edən
işçilərə ehtiyac yarananda texniki dəstək verilməsi, təşviqedici tədbirlər və
s.) hazırlanmlaı və həyata keçirilməlidir [17, s.31-79]; 2. Komandanın innova-
siyanı qavrama və qəbuletmə mühiti yaradılmalıdır; 3.İnnovasiyaların tətbiqi
üçün sərmayə qoyulmalıdır; 4.İnnovasiyanın tətbiqinə hazırlaşan koman-
da öyrənməyə meyilli olmalıdır; 5.Menecerlər innovasiyaları tətbiq edərkən
qısamüddətli uğursuzluqlara görə ruhdan düşməməli, uzunmüddətli hədəflərə
istiqamətlənməlidirlər.
Beləliklə, menecerlərin “səbrliliyi” vacib şərtdir.
N.Eminov təklif edir ki, Azərbaycanda kiçik sahibkarlığa kömək infrastruk-
turunun yaradılması və inkişafı məqsədilə ölkənin strateji innovasiya inkişafı
modelini, eləcə də innovasiya sahibkarlığının inkişafı üzrə təşkilati-iqtisadi me-
xanizmi işləyib hazırlamaq olar. Bu mexanizm kiçik innovasiya müəssisələrinin
inkişafının stimullaşdırılması üçün metod, üsul və alətlərin məcmusu kimi təkcə
bütövlükdə ölkə üzrə deyil, həm də onun ayrı-ayrı iqtisadi rayonları üzrə tətbiq
oluna bilər [1, s.111-112].
Cənubi Koreyanın iqtisadi möcüzəsinin əsasında aşağı əmək haqqına
əsaslanan ixracyönümlü sənayeləşmə kursundan innovativ və sahibkarlıq
təşəbbüsünə söykənən bazar modelinə keçid həlledici rol oynamışdır [4].
Modernləşdirilmənin qarşısında duran nəzəri-metodoloji çağırışları belə
qruplaşdırmaq mümkündür:
-
Nəzəri olaraq modernləşdirmənin əsas meyarlarının müəyyənləşdirilməsində
çağırışlar qalmaqdadır;
-
İqtisadi modernizasiyanın həmişə pozitiv demokratik islahatlarla müşayiət
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
90
olunması açıq müzakirə mövzusudur;
-
Bilik iqtisadiyyatına keçid modernizasiya paradiqmasına yeni baxış bucağı
tələb edir;
-
Modernləşdirilmə və innovativ inkişaf arasında dialektik vəhdətin nəzəri-
metodoloji əsasları hazırlanmalıdır;
-
Modernizasiya zamanı qlobal, regional, milli və lokal səviyyədə
bərabərsizliklərin yaranması problemi qloballaşmanın tələblərinə uyğun
şəkildə təhlil edilməli və çıxış yolları göstərilməlidir və s.
Modernləşdirilmənin əsas xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
-
Modernləşdirilmə bir proses olaraq daimi xarakter daşıyır;
-
Modernləşdirilmə cəmiyyətin siyasi, iqtisadi, sosial, mədəni və dini həyatını
əhatə edir;
-
Modernləşdirilmə tarixin inkişaf mərhələlərinə uyğun olaraq formasını
dəyişir;
-
Modernləşdirilmə qlobal, regional, milli və lokal səviyyələrdə qeyri-bərabər
paylanılıb;
-
Modernləşdirilmə bir proses olaraq cəmiyyətin institutlarının harmoniyasına
çalışır;
-
Modernləşdirilmə əmək qüvvəsinin kəmiyyət və keyfiyyət dəyişikliklərinə yol
açır;
-
İqtisadi modernləşdirilmə iqtisadiyyatın əsas çağırışı olan minimum resurs-
larla maksimum nəticə əldə etməyə, başqa sözlə, iqtisadi səmərəliliyi artır-
mağa xidmət edir və s.
İstifadə edilmiş ədəbiyyat:
1. Eminov N.O. İnnovasiya yönümlü iqtisadi inkişafın əsasında müasir sahibkarlığın inki-
şaf istiqamətləri. Az.ETKTİ və Tİ-nin
Elmi Əsərləri, 3/2012, s.111-112.
2. Berman M. All That Is Solid Melts into Air: The Experience of Modernity, Penguin Bo-
oks,
Reissue edition, 1988.
3. Berman M. All That Is Solid Melts into Air: The Experience of Modernity, Penguin Bo-
oks, Reissue edition, 1988.
4. Branscomb L. M., Choi Y.H. Korea at the turning point: Innovation-Based Strategies
for Development, Greenwood Publishing Group Inc., London, 1996.
5. Cardoso F.H., Enzo F. Dependency and Development in Latin America, University of
California Press, 1979.
6. Edmondson A.C., Bohmer R., Pisano G.P. Disrupted routines: Team learning and new
technology
adaptation, Administrative Science Quarterly, 46, 2001, pp. 685-716.
7. Eisenstadt S. N. Modernization.
Protest and Change, Prentice Hall, 1966.
8. Eisenstadt S. N. Revolution and the Transformation of Societies: A Comparative Study
of
Civilizations, N.Y., The Free Press, 1978.