Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL
69
əsilzadə krala xəbər verir ki, Qriqorun yaşamağa və günəşi görməyə haqqı yoxdur.
İndiyə qədər xristian olduğunu bizdən gizlədib. Artıq onu tanıyırıq. Bu adam sizin
atanızı öldürən, Ermənistanın süqutuna və əsir olaraq yaşamasına səbəb olan
Anağın oğludur. Bu xəbərdən sonra kral Tridat müqəddəs Qriqoru “Xor-Virab”
adıyla bilinən Artaşat qəsrinin dərin quyusuna atdırır. Qriqor bu quyuda 15 il qalır.
Bu müddət içərisində Anna adlı bir qadın ona gizlincə yemək-içmək verir.
Qriqorun quyuda qaldığı müddətdə Roma imperiyasında xristianlara qarşı
tətbiq olunan işgəncələrdən xilas olan müqəddəs Qayanenin rəhbərliyi altında
“bakirə icması” Eçmiədzinə pənah gətirir. Bakirə icmasının içində misilsiz gözəlliyə
sahib olan Ripsime adlı bir qız da var idi. Eçmiədzinə gəlməmişdən əvvəl Roma
imperatoru Diokletian Ripsimeyə aşiq olmuş və onunla evlənmək istəmişdi. Bu və
ya digər səbəblərdən bakirə icması şərqə qaçaraq Eçmiədzinə gəlir. Ripsimenin
gözəlliyi kral Tridatı da valeh edir. O da Diokletian kimi bu qızla evlənmək istəyir,
ancaq Ripsime kralın təklifini rədd edincə, Tridat onu və 32 rahibəni öldürtdürür.
Bu faciəli hadisədən sonra kral Allahın qəzəbinə uğrayır və ruhi xəstəliyə düçar
olaraq özünü heyvan kimi hiss etməyə başlayır. Ən yaxşı həkimlərə müraciət
edilsə də və eyni zamanda əcdadlarının tanrılarından mədəd umulsa da, bunun
heç bir nəticəsi olmur. Tridatın xəstəliyi onun bacısına son dərəcə pis təsir edir.
O vaxtdan qəm-qüssə içərisində olan kralın bacısına bir gün yuxusunda mələk
tərəfindən Tridatın xəstəliyinin çarəsinin yalnız Qriqorda olduğu deyilir. Şahzadə
oyanaraq yuxusunu danışır, lakin heç kim ona inanmır. Çünki hər kəs Qriqorun
çoxdan öldüyünü fikirləşirdi. Eyni yuxu ikinci və üçüncü dəfə təkrar olunandan
sonra şahzadənin təkidi ilə Qriqorun atıldığı quyuya gedib baxırlar və sağ
olduğunu görüncə onu böyük sevinc içərisində saraya gətirirlər. Qriqor kralın və
onun kimi xəstəliyə tutulan digər şəxslərin sağalması üçün Tanrıya dua edir və
onlar bu xəstəlikdən xilas olurlar. Bu hadisədən sonra kral Tridat xristianlığı qəbul
edir və 301-ci ildə krallığın rəsmi dininin xristianlıq olduğunu elan edir.
Kral Tridatın ona verdiyi bütün səlahiyyətlərdən istifadə edən müqəddəs
Qriqor xristianlığı yaymağa nail olur. Kralın bu yardımı ermənilər tərəfindən
təqdirlə xatırlanmış və Tridat “böyük nurlandırıcıya canla-başla xidmət edən kral”
adıyla anılmışdır. Xalqı İncilin işığı ilə aydınlandırdığı üçün Qriqora Lusavoriç, yəni
“nurlandırıcı” ləqəbi verilir [8, s. 18; 16, s. 44]. O, xristianlığı yaymaq məqsədilə
keçmiş məbədləri də yıxır və ermənilər tərəfindən Allahın yeganə oğlunun
yer üzünə endiyi məkan olaraq qəbul edilən Eçmiədzinə gələrək burada kilsə
tikdirir [16, s. 45]. Müqəddəs əmanətlərin də saxlanıldığı yer olaraq qəbul edilən
Eçmiədzin müasir dövrdə ermənilərin dini mərkəzi olmaqla yanaşı, həm də siyasi
mərkəzidir.
301-ci il tarixinin mahiyyəti və pərdə arxası
Ermənilər xristianlığı 301-ci il tarixində kütləvi şəkildə qəbul etdiklərini önə
sürsələr də, tədqiqatlar nəticəsində bu tarixin ermənilərin xristianlığı qəbul və
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
70
erməni kilsəsinin quruluş ili olmadığı ortaya çıxmışdır. Onların iddia etdiklərinin
əksinə 301-ci ildə xristianlıq “Yuxarı ölkə” mənasına gələn və Hay qövmü ilə heç
bir əlaqəsi olmayan Ermənistanda rəsmi din olmamışdır (bu barədə bax: 3, s. 70-
72].
Eyni zamanda, heç bir siyasi müstəqilliyə malik olmayan erməni çarlığının
xristianlığı rəsmi din olaraq qəbul etməsi və vassalı olduğu Roma imperiyasının
icazəsi olmadan sərbəst fəaliyyət göstərməsi də mümkün deyildi. Bu da bir
həqiqətdir ki, mənbələr müqəddəs Qriqorun 298-ci ildə həbsə atıldığını və 15
il həbsdə qaldığını sübut etməkdədir [9, s. 18]. Bu baxımdan onun 301-ci ildə
həbsdən çıxmış olması məntiqi cəhətdən imkansızdır. Adi riyazi hesablama ilə
Qriqor 313-cü ildə həbsdən çıxmış və bu tarixdən etibarən xristianlığı yaymağa
başlamışdır. Əslində onun sərbəst buraxılması tarixi heç də təsadüfi deyildi.
Qriqorun həbsdən çıxarılması və Ermənistanda xristianlığı geniş şəkildə yayması
Roma imperatoru Konstantinin Milan fərmanını elan etdiyi tarixə, yəni 313-cü
ilə təsadüf edir. Bilindiyi kimi, xristianlıq bu fərmanla Roma tərəfindən rəsmən
tanınmışdı [10, s. 32]. Belə bir vəziyyətdə ilk ağla gələn sual bu olar: 1700 ildən
çox davam edən bu fikir kifayət qədər güclü və köklü deyilmi? Eyni zamanda, bir
neçə il az və ya çox olması ermənilərə nə kimi mənfəətlər gətirə bilər? Üzərində
durmaq istədiyimiz məsələ ermənilərin xristianlığı qəbul etmələri və ya hansı
səbəblərə görə xristian olduqları deyil. Əsl məsələ onların məhz 301-ci il tarixi
üzərində bu qədər təkidlə dayanmalarının səbəbini araşdırmaqdır. Yuxarıda da
qeyd edildiyi kimi, ilk xristian dövlətini ortaya atmaqda əsl məqsəd qonşu ölkələr
üzərində siyasi, dini və mədəni üstünlüklər əldə etmək, bu ölkələri psixoloji təsir
altına almaqdır. Halbuki ermənilər onların iddia etdikləri kimi dünyanın ilk xristian
etnosu və dövləti deyillər. Diqqət yetirilməsi vacib olan məsələlərdən biri də budur
ki, qriqorianlıq və bu məzhəbin qurucusu Qriqor da hay qövmünə - ermənilərə
mənsub deyil. Görkəmli türk tarixçilərindən Əbdürrəhman Kiçik, Fəxrəddin
Kırzıoğlu, tanınmış albanşünas alim Fəridə Məmmədova, məşhur avstriyalı alim
Erik Fayql müqəddəs Qriqorun parfiyalı olduğu barəsində həmfikirdirlər [16, s.
9; 14, s. 49; 22, s. 217; 4, s. 34]. Mənbələrdə parfiyalıların türk olduqları və İranda
Parfiya dövlətinin sakların soyundan olan Arsak türkləri tərəfindən qurulduğu
göstərilməkdədir (bu barədə ətraflı məlumat üçün bax: 29, s. 91; 15, s. 19-23].
Digər məşhur türk tarixçisi Zəki Vəlidi Toqan part sülaləsinin Xorasanda meydana
çıxdığını [26, s. 39] və türk qəbilələrindən olduğunu qeyd edir [26, s. 47].
Ermənilərin “dünyanın ilk xristian etnosu və dövləti”, “xristianlığın Qafqazdakı
varisləri” kimi ortaya atdıqları iddialar tamamilə əsassızdır. Heç təsadüfi deyildir
ki, ermənilər bu iddialarını əsaslandırmaq üçün albanların meydana gətirdiyi
xristianlıq mədəniyyətinə də sahib çıxmağa çalışırlar. Erməni iddialarına görə,
Albaniya “Böyük Ermənistan”ın ayrılmaz hissəsidir, Şərqi Ermənistan olaraq
adlandırılır [30, s. 47-48, 67; 31, s. 40]. Bu iddialar “dənizdən-dənizə Böyük
Ermənistan” ideologiyasının gerçəkləşməsi üçün qonşu ölkələrin torpaqları
üzərində yoxdan var edilən uydurma ərazi iddialarıdır. Erməni iddialarını təkzib
edən, eyni zamanda xristianlığın Albaniyada daha erkən yayılmasını sübut
Dostları ilə paylaş: |