Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə24/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
62 
nın törədildiyi 1918-ci ilin mart hadisələrinin təhqiq olunması qərara alınmışdı.
1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri 
Məmməd Həsən Hacınski hökumətin iclasında fövqəladə istintaq komissiyası 
xarakteri daşıyacaq qurumun yaradılmasının zəruriliyi haqqında məruzə ilə 
çıxış etdi [9]. Erməni quldur dəstələrinin fəaliyyətinin qarşısını almaq, habelə 
zorakılıq törədənləri və vurulmuş zərərin həcmini müəyyən etməkdən ötrü 
Fövqəladə İstintaq Komissiyasının yaradılması nəzərdə tutulurdu. Bu komissi-
ya bütün zorakılıq hallarını və onların baş verdiyi vəziyyətləri qeydə almalı idi. 
Nazir dərhal zərərçəkənlərin, şahidlərin və hadisələri görənlərin ifadələrinin 
alınmasına, fotoçəkilişinə və maddi dəlillərin toplanılmasına başlamağı təklif 
edirdi [9, iş.27, v.12].
Fövqəladə İstintaq Komissiyasının tərkibi ilk vaxtlar 7 nəfərdən ibarət  idi. 
Komissiyanın sədri Ələkbər bəy Xasməmmədov təyin edilmişdi. 1918-ci ilin 
sentyabrında Azərbaycan hökumətinin Gəncədən Bakıya köçməsindən son-
ra  FİK  də  Bakıda  fəaliyyətə  başladı  və  sıx  surətdə  təhqiqatla  məşğul  oldu. 
Komissiyanın Bakı qrupunun üzvlərinin əksəriyyəti qeyri-azərbaycanlılar idi. 
Qeyd edək ki, bu fakt bu gün FİK-in vaxtilə apardığı təhqiqatın obyektivliyinə 
və  mötəbərliyinə  güvənmək,  etibar  etmək  baxımından  olduqca  mühüm 
əhəmiyyət kəsb edir. 
Komissiya mürəkkəb şəraitdə çalışırdı. Lakin buna baxmayaraq, FİK nəhəng 
iş görmüşdü: yalnız 1918-ci ilin dekabr ayı ərzində 606 zərərçəkən və şahid din-
dirilmiş, 209 protokol tərtib edilmişdi [9]. Ermənilərin törətdikləri  cinayətlərin 
sənədli  şahidləri  olan  xeyli  sayda  fotoşəkil  və  diapozitiv  hazırlanmış,  çoxlu 
dəyərli maddi sübut seçilmişdi. Əhali istintaq komissiyasının işinə böyük eti-
mad və rəğbətlə yanaşırdı. Bu məqamı komissiyanın sədri Ə.Xasməmmədov 
da qeyd edirdi. Ermənilərin törətdikləri qanlı qırğının bütün dəhşətlərini yaşa-
mış zərərçəkmiş azərbaycanlıların ifadələri çox vaxt digər millətdən olan Bakı 
sakinlərinin şahidlikləri ilə də təsdiqlənirdi.
3. Bakı Sovetinin 1918-ci ildə antiazərbaycan fəaliyyəti
Azərbaycan  tarixşünaslığında  1918-1920-ci  illərdə  azərbaycanlıların  soy-
qırımı məsələsi geniş araşdırılmış mövzulardan biridir. Bu məsələlərə çoxsaylı 
monoqrafiyalar [10; 11; 12], dissertasiyalar [13], məqalələr və broşürlar həsr 
edilmişdir. 1918-ci ilin mart ayının sonunda Bakıda azərbaycanlıların soyqırımı-
nın bilavasitə təşkilatçısı və rəhbəri başda S.Şaumyan olmaqla Bakı Sovetinin 
rəhbərliyi idi. 1918-ci ilin əvvəllərində Azərbaycan milli qüvvələrinin, “Müsavat” 
partiyasının siyasi mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənmişdi. Bu fakt 
bolşevikləri  çox  narahat  edirdi.  Bakı  Soveti  erməni  millətçilərinin  köməyi  ilə 
Azərbaycan milli hərəkatını darmadağın etməyə hazırlaşırdı. Daha geniş plan-
da söhbət Bakı şəhərində və Bakı quberniyasında demoqrafik vəziyyətin zo-
rakılıqla dəyişdirilməsindən gedirdi [14]. Azərbaycan əhalisinin məhv edilməsi 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
63
dövlət səviyyəsində həll olunurdu.
Sovet tarixçiləri bu hadisələri Bakı Soveti-
ni devirmək məqsədilə ona qarşı müsavatçı-
ların antisovet qiyamı kimi qələmə verirdilər 
və  hesab  edirdilər  ki,  guya  S.Şaumyan 
vətəndaş  müharibəsi  getdiyinə  görə  mü-
savatçılara  münasibətdə  cəza  tədbirlərinə 
əl  atmaq  məcburiyyətində  qalmışdı.  Lakin 
tarixi qaynaqlar bunun soyqırımı olduğunu, 
dinc əhalinin məhv edilməsinin və talanların 
ilk növbədə milli əlamət (kimlik) üzrə həyata 
keçirildiyini sübut edir. 
 
4. Bakı və onun qəzalarında 
qadınların soyqırımı
Mart hadisələri zamanı əhalinin ən müdafiəsiz hissəsi – qadınlar və uşaqlar 
hamıdan çox zərər çəkmişdilər. Əlbəttə ki, qadın və uşaqlar heç bir partiyaya 
mənsub, yaxud da “Müsavat” partiyasının üzvü deyildilər.
Ermənilərin qadınlarla xüsusi qəddarlıqla davrandıqları barədə şahid ifadələri 
çoxdur. Onlar bilirdilər ki, azərbaycanlılar üçün ailə namusu qadının etik statusu 
ilə bağlıdır. Azərbaycanlıya mənəvi zərbə endirməkdən ötrü onun arvadını, bacı-
sını və yaxud qızını öldürmək, ya da namusunu ləkələmək lazımdır.
 FİK-in materiallarında göstərilirdi ki, təkcə Bakının bir yerində ermənilər 
qulaqları, burunları olmayan, qarınları yırtılmış və cinsiyyət orqanları kəsilmiş 
57 qadın cəsədini basdırmışdılar. Canilər bir evdə 25 yaşlı qadını divara mis-
marlamışdılar [15]. Ermənilər Hacı xanım Allahverdi qızı adlı bir qadının qo-
lunu doğramış, döşünü kəsmiş, öldürmüş və üzünün dərisini götürmüşdülər 
[15, v.5 arxa]. Türkiyə tədqiqatçısı Hüseyn Baykara qeyd edirdi ki, on minlərlə 
müsəlman şəhidi haqqında yazmaq çətindir, zira ermənilər türk qadınlarını çıl-
paq olaraq bir-birinə hörükləri ilə bağlanmış halda aparırdılar, sonra isə onlara 
qarşı müxtəlif zorakılıqlar törədir, qətlə yetirirdilər [16, s.250].
İstintaq materiallarında aşağıdakı fakt nəzərə çarpır: dinc azərbaycanlılara 
qarşı  vəhşiliklərdə  erməni  ziyalıları  bilavasitə  iştirak  edirdilər.  Onların 
dəstələrindən biri Bakıda bir evə soxulmuş, 8 qadını və uşağı güllələmişdi [16, 
s.17].  Ermənilərin  öldürməyə  macal  tapmadıqları  qadınları  hörükləri  ilə  bir-
birinə bağlayaraq, apardıqlarını və yolda tüfənglərinin qundağı ilə vurduqlarını 
şahidlər görmüşdülər [16, s.17]. Erməni hərəkatının rəhbərlərindən biri Bakıda 
öz tanışları qarşısında lovğalanırdı ki, Şamaxıda 10 müsəlman qızı zorlamış və 
daha sonra tapança ilə güllələmişdi [17, v.18].
Şamaxıda Padar köçəbəsində ermənilər bütün əhalini qırmışdılar. Onlar “nə 
qadına, nə də uşağa aman vermişdilər, 25 qadın, 80 kişi, 15 uşaq öldürmüşdülər. 
Amerika tarixçisi Firuz 
Kazımzadə 1951-ci ildə 
ABŞ-da nəşr olunmuş 
kitabında yazırdı: “Ermənilər 
bolşevizm maskası altında 
müsəlmanların üzərinə 
hücum etdilər; bir neçə 
dəhşətli gün ərzində on iki 
min insanı qırdılar ki, onların 
arasında qocalar, qadınlar, 
uşaqlar çox idi”.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə