Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə28/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
72 
Giriş
XX  əsrin  əvvəlləri  yalnız  zəngin  ictimai-siyasi  hadisələrlə  deyil,  həm  də 
Azərbaycan xalqının və dövlətçiliyinin ən mühüm məsələlərini həll etməli olan 
şəxsiyyətlərin taleyi və bu hadisələrə münasibətləri baxımından da böyük ma-
raq kəsb edir. Biz indi onunla təsəlli tapırıq ki, bu dövrdə Azərbaycanın siyasi 
səhnəsinə çıxan şəxsiyyətlər istər ictimai-siyasi  görüşləri, istərsə də mənəvi-
əxlaqi keyfiyyətləri ilə bir-birindən fərqlənsələr də, onların hamısını bir amal 
- Azərbaycanın taleyi və xalqın xoşbəxtliyi birləşdirirdi.  Bu baxımdan XX əsrin 
I rübündə Azərbaycanda siyasi və dövlət xadimi, diplomat kimi geniş fəaliyyəti 
ilə məşhurlaşıb, cəmiyyətdə nüfuz sahibinə çevrilmiş Behbud ağa Şahtaxtinski 
belə maraqlı tarixi şəxsiyyətlərdən biri olmuşdur. 
Behbud  Şahtaxtinski  “Hümmət”  təşkilatının  üzvü  və  sədrliyindən 
Azərbaycan Respublikasının Xalq ədliyyə komissarı, Azərbaycan SSR-in RSFSR-
də fövqəladə və səlahiyyətli nümayəndəsi və Xalq Komissarları Soveti Sədrinin 
müavininədək yüksəlmiş, Naxçıvan SSR-in fövqəladə komissarı və Naxçıvan SSR 
Xalq Komissarları Sovetinin sədri kimi mühüm vəzifələrdə işləyərək, dövlətçilik 
siyasətində uzun və mürəkkəb yol keçmişdir [1, s.74]. O, 1920-ci il sentyabrın 
30-da Moskvada “Hərbi və iqtisadi ittifaq haqqında” RSFSR ilə Azərbaycan SSR 
arasında bağlanmış müqaviləni imzalamış, həmçinin 1921-ci il martın 16-da 
Moskvada “Dostluq və qardaşlıq haqqında” RSFSR ilə Türkiyə hökumətləri ara-
sında müqavilənin  və həmin ilin oktyabrın 13-də Ermənistan SSR, Azərbaycan 
SSR və Gürcüstan SSR hökumətləri ilə Türkiyə Böyük Millət Məclisi arasında 
(RSFSR hökumətinin iştirakı ilə) Qars müqaviləsinin imzalanma prosesində iş-
tirak  edərək  Azərbaycanı  təmsil  etmişdir  [1,  s.75].  Behbud  Şahtaxtinski  Gür-
cüstanda fəaliyyət göstərən Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü kimi 
də fəaliyyət göstərmişdir. O, 1924-cü il may ayının 30-da Tiflisdə müəmmalı 
şəkildə vəfat etmişdir [2].
1. Dövrün mətbuat orqanlarında ermənilərin 
məkrli siyasətinin ifşası
Uzun  müddət  müsəlman  sosial-demokrat  “Hümmət”  təşkilatının  fəal 
üzvlərindən olan, “Bütün cahan fiqərayi-kasibəsi, birləşin!” şüarı ilə eyni adlı 
qəzetin çap edilməsində fəal iştirak edən və 1907-ci ildən “Baraban” jurnalının 
redaktoru [3, f.13, siy. 13, iş 7410, v. 15] olan Behbud Şahtaxtinski xalqın milli 
siyasi şüurunun, vətənpərvərlik hissinin inkişaf etdirilməsindən, xalqın özünü 
dərk etməsinin yollarından və vasitələrindən bəhs edərkən mətbuat orqanları-
nın yaradılması və roluna xüsusi diqqət yetirmiş, mətbuatı ictimai həyatda ən 
yaxşı təkanverici qüvvə kimi qiymətləndirmiş və Nəriman Nərimanovun: “Bir 
millət özünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli 
mətbuat, milli ədəbiyyat lazımdır”, - proqramını öz fəaliyyətinin əsas istiqaməti 
kimi qəbul etmişdir. Hələ 1918-ci ildə Behbud Şahtaxtinski “Azərbaycan” (rus 
dilində)  qəzetində  çap  etdirdiyi  “Отклики  жизни”  (“Həyatın  əks-sədaları”) 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
73
adlı məqaləsində yazırdı: “Mətbuat ictimai həyatı canlandırır, ictimai rəy ya-
radır  və  onu  təmizləyir.  Mətbuatın  əhəmiyyəti  bununla  bitmir.  O  həm  xarici 
və bəzən də daxili düşmənlərə qarşı mübarizə vasitəsi kimi də zəruridir. Əbəs 
yerə mədəni xalqlar tərəfindən mətbuat altıncı dünya dövləti adlandırılmayıb. 
Bunu ermənilərə rəhbərlik edən daşnaklar çox gözəl nəzərə alıblar. Hansılar ki 
mətbuat işinin düzgün qurulması nəticəsində yarım əsr içərisində 300 milyon-
luq müsəlman dünyasına qarşı işğalçı müharibə aparır və daim müsəlmanları 
Avropanın  gözü  qarşısında  hörmətdən  salır.  Bizdə  mətbuat  orqanlarının  ol-
maması elə şərait yaradıb ki, Avropanın və Amerikanın ictimai rəyi bizi bizsiz 
məhkum edib. Biz heç vaxt üstümüzə yağdırılan böhtanı təkzib etmək iqtida-
rında olmamışıq. İndi yenə də daşnaklar mətbuat orqanlarının səhifələrinə on-
lar tərəfindən dörd il ərzində (yəni Birinci Dünya müharibəsi illərində - F.İ.) dö-
yüş meydanlarında oynanılan əks-müsəlman mübarizəsini köçürmək istəyirlər 
və bu suallar üzərində düşünəndə bizi dəhşət bürüyür” [4].
B.Şahtaxtinskinin  hələ  keçən  əsrin  əvvəllərində  yazdığı  bu  fikirlər  bu 
günümüzdə də çox aktual səslənir. Məqalənin sonunda o yazır: “Özünəməxsus 
mədəniyyəti olmayan millət müstəqil ola bilməz” [4].
B.Şahtaxtinskinin mahir diplomat olması həmin dövrdə Rusiyanın Şərqdə 
yeritdiyi  siyasətin  mahiyyəti,  Şərqin  ümumi  vəziyyəti  və  gələcəyi  haqqında 
mülahizə və fikir yürütməyə ona imkan vermişdir. Bu mənada onun “Советская 
политика на Востоке” (“Şərqdə sovet siyasəti”) [5] və “О революционном 
движении  на  Востоке”  (“Şərqdə  inqilabi  hərəkat  haqqında”)  [6]  məqalələri 
maraq doğurur. 
Məlumdur ki, Birinci Dünya müharibəsinin gedişində Rusiya imperiyasına 
nökərçilik edən və ona xilaskar kimi baxan ermənilər, xüsusilə “Daşnaksütyun” 
partiyası bu müharibədən “Böyük Ermənistan” yaratmaq  xülyası üçün istifadə 
etmək məqsədini güdmüş, Rusiyaya arxalanaraq ərazi iddiası ilə Türkiyədə üs-
yan hazırlamağa, hətta Ərzurum, Qars və başqa vilayətlərdə türklərə divan tut-
mağa başlamışdılar. Ərazinin parçalanması təhlükəsini görən Türkiyə hökuməti 
1912-ci ilin yazında erməniləri cənub-qərb vilayətinə, Mesopotamiyaya köçür-
müşdü [7, s.91].
Bütün  bunları  nəzərə  alan  B.Şahtaxtinski  1921-ci  ildə  “Kommunist”  (rus 
dilində) qəzetində çap etdirdiyi “Şərqdə sovet siyasəti” adlı məqaləsində ya-
zırdı:  “Təəssüflər  olsun  ki,  erməni-türk  münasibətlərinə  aid  siyasi  məsələlər 
və problemlər hələ də həll edilməyib. Ermənilərin özləri bilavasitə könüllü və 
xoşluqla, razılaşma yolu ilə mənfur keçmişlərini ataraq bu labirintdən çıxmalı-
dırlar” [5].
2. Behbud Şahtaxtinskinin Sovet Rusiyasında Azərbaycan 
torpaqlarının müdafiəsi sahəsindəki fəaliyyəti
Azərbaycanın  Rusiyada  fövqəladə  və  səlahiyyətli  nümayəndəsi  kimi 
fəaliyyətə  başlayandan  sonra  Behbud  Şahtaxtinskinin  həyatında  fəal  dip-
lomatik  missiyası  ilə  bağlı  yeni  mərhələ  başlamışdır.  Belə  ki,  o,  diplomatik 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə