Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
111
Sosialist Fəhlə Partiyası, Fransız Sosialist Partiyası, İtaliya Demokrat Partiyası
və İngilis Fəhlə Partiyasına mənsub olan üzvlərdən ibarətdir [18]. Qrupun si-
yasi prioritetlərinə baxdığımız zaman görürük ki, Aİ miqyasında həyat və iş
şəraitinin fasiləsiz şəkildə yaxşılaşdırılması, hər kəs üçün daha çox imkanla-
rın yaradılması, ətraf mühitin daimi şəkildə qorunması, uğurlu iqtisadi inkişaf
və iş imkanlarının artırılması Avropa İttifaqının Əsas Hüquqlar Şərtinin həqiqi
tətbiqinin təmin olunması, Avropada azadlıq, təhlükəsizlik və ədalətin inkişaf
etdirilməsi başlıca hədəflər kimi nəzərdə tutulmuşdur [19].
3. Avropa naminə Liberal və Demokratik İttifaq (ALDİ): Bu qrup da ilk
dəfə 1953-cü ildə Liberal Qrup adı altında təşkil olunmuş, 1976-cı ildə Liberal və
Demokratik Qrup, 1986-cı ildə Liberal, Demokratik və İslahatçı Qrup adı altında
fəaliyyətini davam etdirmişdir. Bu gün 20 üzv dövlətdən gələn nümayəndələrlə
Parlamentdə üçüncü böyük qrup olan ALDİ-nin 11,4% səs nisbətindən asılı ola-
raq 84 üzvü vardır [20]. Qrupun aktual siyasi prioritetləri arasında Türkiyə ilə
müzakirələrin dəstəklənməsi və Türkiyənin də Aİ-də yer alması, qanunlara uyğun
şəkildə Aİ-yə gələn miqrantların inteqrasiyasının təmin olunması, ekoloji məsələlər,
Aİ Konstitusiyasının təsdiq prosesində dəstəklənməsi, insan hüquqlarına hörmətin
dünya miqyasında problemsiz şəkildə işləməsi, Aİ-nin qanunvericilik prosedurları-
nın ictimaiyyətə açıq şəkildə çatdırılması öz əksini tapmışdır [21].
4. Avropa Sərbəst İttifaqı/Yaşıllar Qrupu (EFA/G): 13 üzv dövlətdən
55 parlament üzvünün daxil olduğu (2009-cu ildəki səs nisbəti 7,5%) Avropa
Parlamentinin dördüncü böyük qrupudur. 1995-ci ildə təşkil olunan Avropa
Sərbəst İttifaqının mənşəyi isə tərkibində milliyətçi, regional və muxtariyyət
tərəfdarı olan partiyaları birləşdirən Avropa Radikal İttifaqına söykənir. Yaşıllar
Qrupu ilə Avropa Sərbəst İttifaqının Parlamentdə qüvvələrini birləşdirməklə
vahid qrupa çevrilməsi isə 1999-cu ilin iyul ayında reallaşmışdır [22].
Qrupun siyasi mövqeyinə baxdığımız zaman əsas insan hüquqlarına
və hər
kəsin sağlam mühitdə yaşaması hüququna hörmət edən bir cəmiyyət qurmaq,
bir tərəfdən işsizliklə mübarizə apararaq, digər tərəfdən də insanların iş sahələri
məsələsində seçmə imkanlarını inkişaf etdirərək dünya miqyasında işləmə
sərbəstliyinin artırılmasına kömək etmək, fərdlərin qərar qəbuletmə prosesində
birbaşa iştirakını və yerində idarəetməni təmin etməklə, Şura və Komissiya-
nın rəhbərliyindəki şəffaflığını gücləndirib Komissiyanın tamamilə Parlament
qarşısında məsul olmasını da təmin edərək demokratiyanı dərinləşdirmək,
subsidiarlıq prinsipinə əsaslanan azad fərdlərin Avropa İttifaqını qurmaq əsas
hədəfləri arasındadır [23].
5. Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu (AMİQ): 2009-cu ilin
may ayında AXP-dən ayrılan İngiltərə Mühafizəkarlar Partiyası üzvlərinin yarat-
dığı qrup 7,3%-lik səs nisbəti ilə 54 üzvə malikdir. İngiltərə Mühafizəkarlar Par-
tiyası üzvlərindən başqa xüsusilə Polşanın Xalq və Ədalət Partiyası ilə Çex Res-
publikasının Mülki Demokratiya Partiyasına mənsub olan üzvlərdən ibarətdir
[24]. Qrupun siyasi hədəfləri azad təşəbbüsün, azad ticarətin və rəqabətin
dəstəkləndiyi, vergilərin az məbləğdə olduğu, dövlətlər tərəfindən müdaxilə
edilməyən iqtisadiyyat, fərdin azadlıqlarının ön planda tutulduğu demokra-