Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
115
yaradılan parlament daha böyük gücə malik olacaqdı ki, Aİ-nin səlahiyyətli
şəxsləri də bunun fərqində idilər. 1979-cu ildə keçirilən ilk birbaşa seçkilərlə
Avropa xalqlarının seçdiyi nümayəndələr vasitəsilə Aİ-nin rəhbərliyində
təmsil olunmaları, siyasi bütövləşmə prosesində xalqları bir yerə cəmləşdirən
Parlamentə bəslənən ümidlərin ona tanınacaq səlahiyyətlər baxımından əliaçıq
olacağının göstəricisi idi. 1979-cu ildə birbaşa seçkilərin keçirilməyə başlanma-
sı ilə birlikdə partiya qruplarının gələcəkdə yaradılacaq Avropanın siyasi parti-
yalarının əsas vasitələri olacağı nəzərdə tutulmuşdur. Heç şübhəsiz, Aİ-nin qu-
rumlararası dinamikaları səbəbindən xüsusən də AP-nin demokratik hesabat
verəbilmə məsuliyyəti olan icra orqanı üzərində nəzarət səlahiyyətinə malik
olmaması və milli mənafelərin partiya qruplarının səsvermələrdəki davranış-
ları və ideoloji kimliklərin yaranması üzərindəki təsirləri səbəbindən həqiqi
Avropa partiyalarının yaranıb-yaranmayacağı hələ də cavabı aydın olmayan
sualdır. Buna baxmayaraq, AP daxilində ən böyük iki qrupun sistemin nüvəsini
təşkil etdiyi tərzdə partiya sisteminin meydana gəldiyi görünür. Vahid Avropa
Aktından başlayaraq Lissabon Sazişinə qədər Parlament hər zaman udan or-
qan oldu, genişləndi və inkişaf etdi. Başlanğıcda o qədər də əhəmiyyətə malik
olmayan, lakin indi mühüm səlahiyyətləri özündə birləşdirən və bunun daim
artması ilə irəliləyən Avropa Parlamenti siyasi bütövləşmənin mühüm fiqurla-
rından biri kimi Aİ-də əhəmiyyətli mövqeyə malikdir. Eyni zamanda, AP-nin,
başqa sözlə, partiya qruplarının fəaliyyət sahələrinin tədricən artması bu parti-
ya qruplarının Avropa müstəvisindəki siyasətləri müəyyənləşdirəcək potensiala
malik olduqlarını göstərir.
İstifadə edilmiş ədəbiyyat:
1. Dimitris Chryssochoou, Democracy
in the European Union, I.B.Tauris, 2000,p. 74-102.
2. Single European Act, Official Journal L 169, 29 June 1987, Article 8-9, eur-lex.europa.eu/
en/treaties/index.html
3. Desmon Dinan Europe Recast: A History of European Union, Lynne Rienner Pub, 2004,
p.120
4. Desmond Dinan, Encyclopedia of the European Union Lynne Rienner Pub; Updated edi-
tion, 2000, p. 162-168
5. Jan Zielonka,The Quality of Democracy after Joining the European Union, Madrid in
Prague, 2005.
6. Rules of Procedure of the European Union, 7th parliamentary term, july 2009, Article 29,
www.europarl.europa.eu/sides/getLastRules.do?language=EN&reference=TOC
7. Amendment of Rules of Procedure of the European Union, 7th parliamentary term, july
2009,
www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+REPORT+A6-
2008-0206+0+DOC+XML+V0//EN
8. www.europarl.europa.eu/parliament/archive/elections2009/en/index_en.html
9. Qrupa daxil olan siyasi partiyaların siyahısı üçün baxın: www.eppgroup.eu/group/en/de-
fault.asp
10. Qrupun siyasi tutumu baxımından daha ətraflı məlumat üçün baxın: www.eppgroup.eu/
home/en/default.asp?lg1=en
11. http://www.europarl.europa.eu/parliament/archive/elections2009/en/index_en.html
12. Qrupun siyasi tutumu baxımından daha ətraflı məlumat üçün baxın: www.socialist-