Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə41/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   37   38   39   40   41   42   43   44   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
114 
masının ikinci səbəbi hər iki tərəfdəki qruplarda da mövcud olan federalizm 
tərəfdarları ilə opponentləri arasındakı bütövləşmə prosesinin özünə aid ideya 
müxtəlifliyidir [4, s.168]. 
İdeya müxtəliflikləri yalnız bütövləşmə ilə əlaqədar olmaqla kifayətlənməyib 
eyni partiya qruplarının daxilindəki mədəniyyətə xas  fərqlərin olmasından da 
irəli gəlir. Bu, ona görədir ki, partiya qrupları bir-birinə məqsəd və xarakter ba-
xımından oxşadıqları halda eyni partiya qruplarında deyil, oxşar və hətta eyni 
məqsədli qruplarda birləşirlər. Hər halda, məsələn, alman mühafizəkarlarla is-
pan  mühafizəkarlar  eyni  deyillər,  eyni  yanaşma  tərzi  və  mədəni  mənsubluq 
müxtəlifliyi baxımından fərqlənirlər [4, s.168].
Səsvermə oriyentasiyası ümumən parlamentlərdəki partiyaları xarakterizə 
edən xüsusiyyətlərdən biri hesab edilir. Əslində, AP-dəki səsvermələrlə əlaqədar 
olaraq aparılan aktual iş aşağıdakıları ifadə edir: “Milli parlamentlərdəki parti-
yalarla bağlı araşdırmalar çox vaxt bu partiyaların səsvermələrdə əksəriyyəti 
təmin edə bilmə bacarıqları üzərində dayanır. Parlamentlər və məclislər qanun 
layihələri və hökumətin qərarları haqqında səsvermə keçirərək səlahiyyətlərinə 
uyğun bəyanat verirlər. AP üçün də bu, ən azı digər parlamentlər qədər etibar-
lıdır”. Fəaliyyətlər AP partiya qruplarının səsvermələrdəki oriyentasiyaların milli 
parlamentlərlə  müqayisədə  zəif  olduğunu  göstərmişdir.  Bu  vəziyyətə  səbəb 
olan amillərin ilki səsvermələrdə qruplardaxili davranışlarda milli mənafelərin 
təsirli olmasıdır. Məsələn, Fransanın mənafeləri baxımından xüsusi əhəmiyyət 
kəsb edən bir məsələ fransız AXP və ya Avropa Naminə Birlik parlamentar-
larını AXP-nin ümumi xəttinə qarşı cəlbedici qalmağa və hətta əleyhinə səs 
verməyə  məcbur  edə  bilər.  Başqa  bir  amil  AP  seçkilərində  vahid  tipli  seçki 
qaydasından istifadə edilməməsidir. Bir-birindən fərqlənən seçki sistemləri və 
buna uyğun olaraq seçicilərlə olan əlaqələrdəki müxtəlifliklər milli nümayəndə 
heyətlərinin  səsvermələrdə  bir-birindən  fərqli  davranmalarına  səbəb  ola  bi-
lir.  Milli  parlamentlərlə  müqayisə  edildikdə  AP-dəki  partiya  qruplarının  nə 
qədər heterogen olduğunu göstərən bütün bu amillərə baxmayaraq, Aİ-nin 
səlahiyyətinə  daxil  olan  siyasətlərin  sayı  artdığından  1989-cu  ildən  etibarən 
partiya  qruplarının  öz  daxilində  daha  ahəngdar  vəziyyətə  gəlmələrinə  dair 
ümumi tendensiya müşahidə edilir [4, s.168].
 
Nəticə
Avropa İttifaqının iqtisadi bütövləşmədən siyasi bütövləşməyə keçməsi artıq 
Yüksək Nüfuzdan xalq hakimiyyətinə keçməyin vaxtının gəldiyini göstərir. Siya-
si bütövləşmədə, heç şübhəsiz, Avropa xalqlarının təmsil olunması əhəmiyyət 
kəsb edirdi və bu da o dövrə qədər Aİ-də yaşanan çatışmazlıq kimi “demokra-
tik boşluğun” yaranmasının göstəricisi olmuşdur. Xalqların təmsil olunması isə 
institusional strukturu baxımından Aİ qurumları arasında özünəməxsus orijinal-
lığı ilə seçilən və özünü göstərmək üçün vaxtını gözləyən Parlament vasitəsilə 
mümkün ola bilərdi. İqtisadi proses zamanı üzv nümayəndələrinin üzv dövlətlər 
tərəfindən təyin olunması Parlamenti zəiflətmişdi. Təbii ki, birbaşa seçkilərlə 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
115
yaradılan  parlament  daha  böyük  gücə  malik  olacaqdı  ki,  Aİ-nin  səlahiyyətli 
şəxsləri də bunun fərqində idilər. 1979-cu ildə keçirilən ilk birbaşa seçkilərlə 
Avropa  xalqlarının  seçdiyi  nümayəndələr  vasitəsilə  Aİ-nin  rəhbərliyində 
təmsil olunmaları, siyasi bütövləşmə prosesində xalqları bir yerə cəmləşdirən 
Parlamentə bəslənən ümidlərin ona tanınacaq səlahiyyətlər baxımından əliaçıq 
olacağının göstəricisi idi. 1979-cu ildə birbaşa seçkilərin keçirilməyə başlanma-
sı ilə birlikdə partiya qruplarının gələcəkdə yaradılacaq Avropanın siyasi parti-
yalarının əsas vasitələri olacağı nəzərdə tutulmuşdur. Heç şübhəsiz, Aİ-nin qu-
rumlararası dinamikaları səbəbindən xüsusən də AP-nin demokratik hesabat 
verəbilmə  məsuliyyəti  olan  icra  orqanı  üzərində  nəzarət  səlahiyyətinə  malik 
olmaması və milli mənafelərin partiya qruplarının səsvermələrdəki davranış-
ları  və  ideoloji  kimliklərin  yaranması  üzərindəki  təsirləri  səbəbindən  həqiqi 
Avropa  partiyalarının  yaranıb-yaranmayacağı  hələ  də  cavabı  aydın  olmayan 
sualdır. Buna baxmayaraq, AP daxilində ən böyük iki qrupun sistemin nüvəsini 
təşkil etdiyi tərzdə partiya sisteminin meydana gəldiyi görünür. Vahid Avropa 
Aktından başlayaraq Lissabon Sazişinə qədər Parlament hər zaman udan or-
qan oldu, genişləndi və inkişaf etdi. Başlanğıcda o qədər də əhəmiyyətə malik 
olmayan, lakin indi mühüm səlahiyyətləri özündə birləşdirən və bunun daim 
artması ilə irəliləyən Avropa Parlamenti siyasi bütövləşmənin mühüm fiqurla-
rından biri kimi Aİ-də əhəmiyyətli mövqeyə malikdir. Eyni zamanda, AP-nin, 
başqa sözlə, partiya qruplarının fəaliyyət sahələrinin tədricən artması bu parti-
ya qruplarının Avropa müstəvisindəki siyasətləri müəyyənləşdirəcək potensiala 
malik olduqlarını göstərir. 
İstifadə edilmiş ədəbiyyat:
1. Dimitris Chryssochoou, Democracy in the European Union, I.B.Tauris, 2000,p. 74-102.
2. Single  European  Act, Official Journal L 169, 29 June 1987, Article 8-9,  eur-lex.europa.eu/
en/treaties/index.html
3. Desmon Dinan Europe Recast: A History of European Union, Lynne Rienner Pub, 2004, 
p.120
4. Desmond Dinan, Encyclopedia of the European Union  Lynne Rienner Pub; Updated edi-
tion, 2000, p. 162-168
5.  Jan  Zielonka,The  Quality  of  Democracy  after  Joining  the  European  Union,    Madrid  in 
Prague, 2005.
6. Rules of Procedure of the European Union, 7th parliamentary term, july 2009, Article 29, 
www.europarl.europa.eu/sides/getLastRules.do?language=EN&reference=TOC 
7. Amendment of Rules of Procedure of the European Union, 7th parliamentary term, july 
2009, 
www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+REPORT+A6-
2008-0206+0+DOC+XML+V0//EN 
8. www.europarl.europa.eu/parliament/archive/elections2009/en/index_en.html
9. Qrupa daxil olan siyasi partiyaların siyahısı üçün baxın: www.eppgroup.eu/group/en/de-
fault.asp
10. Qrupun siyasi tutumu baxımından daha ətraflı məlumat üçün baxın: www.eppgroup.eu/
home/en/default.asp?lg1=en
11. http://www.europarl.europa.eu/parliament/archive/elections2009/en/index_en.html
12.  Qrupun  siyasi  tutumu  baxımından  daha  ətraflı  məlumat  üçün  baxın:  www.socialist-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə