Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə44/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   40   41   42   43   44   45   46   47   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
122 
və maliyyə yardımı ilə Almaniya TƏC-in “Almaniya – Qafqaz tərəfdaş şəhərləri 
arasında  əməkdaşlıq”  layihəsi  çərçivəsində  Sumqayıt  şəhəri  üçün  çirklənmiş 
torpaqların kadastrının və xəritəsinin hazırlanması haqqında qərara gəlmişdilər. 
2004-cü ilin sonunda bu layihəni işləyib hazırlamaq üçün Sumqayıt Şəhər İcra 
Hakimiyyətinin nəzdində Koordinasiya Şurası və alman mütəxəssisləri ilə birgə 
çalışmaq üçün xüsusi İşçi qrupu yaradılmışdır. Layihədə geoinformasiya tex-
nologiyaları, aerokosmik şəkillər və yerüstü ölçmələrin köməyi ilə sənaye və 
məişət tullantıları zonalarını müəyyən edən sistemin yaradılması prinsiplərinə 
baxılmış  [30,  s.17]  və  layihə  uğurla  başa  çatdırılmışdır.  Qeyd  olunan  layihə 
çərçivəsində  Almaniya  İİƏFN  tərəfindən  maliyyələşdirilən  “Ətraf  mühit”  və 
“Gənclər”  mövzularında layihələr həyata keçirilmiş, bununla şəhərlər arasında 
əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoymuşdur [29, s.4-6]. 
2005-ci ilin noyabr ayından Lüdviqshafen şəhərində “Lüdviqshafen–Sum-
qayıt dostluq cəmiyyəti” fəaliyyət göstərir. Cəmiyyətin məqsədi hər iki şəhər 
arasında  tərəfdaşlıq  münasibətlərini  və 
Almaniya-Azərbaycan  dostluq  əlaqələrini 
inkişaf etdirməkdən ibarətdir [24, s.41- 42]. 
2005-2008-ci illərdə isə Lüdviqshafen şəhər 
rəhbərliyinin köməyi və TƏC-in təşkilatçılığı 
ilə  Sumqayıtda  dəyəri  297230  avro  olan 
“Ekoloji  park”  layihəsi  həyata  keçirilmişdir 
[28].
2007-ci  ildə  Sumqayıt  ilə  Lüdviqsha-
fen  arasında  əməkdaşlıq  əlaqələrinin  30 
illik  yubileyi  hər  iki  şəhərdə  qeyd  edilmiş-
dir.  Həmin  ilin  may  ayında  Lüdviqshafen 
şəhərinin meri xanım Yeva Louzenin başçılıq 
etdiyi nümayəndə heyəti Azərbaycana səfər 
etmiş,  Prezident  İlham  Əliyevin  qəbulunda 
olmuşdur [14]. 
Ümumiyyətlə, “Tərəfdaş şəhərlər” layihəsi Sumqayıt ilə Lüdviqshafen ara-
sında əməkdaşlıq əlaqələrinin qarşılıqlı inkişafına və ikitərəfli münasibətlərin 
genişləndirilməsinə əlavə imkanlar verir.
18-24 noyabr 2007-ci il tarixlərində Azərbaycanın əmək və əhalinin sosial 
müdafiəsi nazirinin müavini İ.Rəhimovun başçılığı ilə nümayəndə heyəti Alma-
niyada işgüzar səfərdə olmuş və bu sahədə bir çox məsələlər müzakirə edil-
mişdir. Qarşılıqlı səfərlərin nəticəsi kimi hər iki ölkə arasında əməyin miqrasiya-
sı, əməyin təhlükəsizliyi, əmək münasibətlərinin yüksək standartlar səviyyəsinə 
çatdırılması, insanların sosial müdafiəsinin gücləndirilməsi və digər məsələləri 
özündə əks etdirən, 5 illlik bir dövrü əhatə edən birgə əməkdaşlığa dair Me-
morandum imzalanmışdır [12]. Bu sənəd iki ölkə arasında sosial müdafiə və 
əməyin miqrasiyası məsələlərinin həllində yeni səhifə açmışdır.
2007-ci ildə Sumqayıt ilə Lüd-
viqshafen arasında əməkdaşlıq 
əlaqələrinin 30 illik yubileyi 
hər iki şəhərdə qeyd edilmiş-
dir. Həmin ilin may ayında 
Lüdviqshafen şəhərinin meri 
xanım Yeva Louzenin başçı-
lıq etdiyi nümayəndə heyəti 
Azərbaycana səfər etmiş
Prezident İlham Əliyevin 
qəbulunda olmuşdur.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
123
2008-ci  ilin  aprel  ayında  Almaniyanın  Əmək  və  Sosial  Məsələlər  Federal  
Nazirliyinin parlamentar dövlət katibi Frans Tölensin başçılıq etdiyi nümayəndə 
heyəti  Azərbaycana  səfər  etmişdir.  Alman  nümayəndə    heyəti  aprelin  28-
də  Azərbaycanın  keçmiş  əmək  və  əhalinin  sosial  müdafiəsi  naziri  Füzuli 
Ələkbərovla,  aprelin 29-da  isə Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüş-
dür. Hər iki görüşdə vurğulanmışdır ki, Almaniya Azərbaycanın Avropada ən 
yaxın tərəfdaşlarından biridir və  hal-hazırda Azərbaycanda 260 nəfər Almaniya 
vətəndaşı çalışır [10]. Bu səfərin nəticəsi kimi aprelin 28-də iki ölkə arasında 
sosial siyasət məsələlərini tənzimləyəcək hüquqi bazanın əsasını təşkil edən 
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi və 
Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyi 
arasında əmək və sosial siyasət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Me-
morandumu imzalanmışdır [15]. 
2-5  dekabr  2008-ci  il  tarixlərində  Azərbaycan  Respublikasının  keç-
miş  əmək  və  əhalinin  sosial  müdafiəsi  naziri  F.Ələkbərovun  başçılıq  etdi-
yi  nümayəndə  heyəti  Almaniyanın  əmək  və  sosial  məsələlər  federal  na-
ziri  O.Şolstun  dəvəti  ilə  bu  ölkədə  rəsmi  səfərdə  olmuşdur.  20-26  fevral 
2010-cu il tarixlərində Azərbaycan Respublikasının əmək və əhalinin sosial 
müdafiəsi nazirinin müavini İ.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti 
əlillərin  sosial  müdafiəsi  və  onların  sosial  və  tibbi  reabilitasiyası,  əlilliyin 
təyin olunması səhəsində Almaniyanın təcrübəsinin öyrənilməsi məqsədilə 
Berlin şəhərinə səfər etmişdir [12].
Həyata keçirilən qarşılıqlı səfərlər və əldə edilən razılaşmalar iki ölkə ara-
sında  sosial  siyasət  sahəsində  bilik  və  təcrübə  mübadiləsinə,  vətəndaşların 
əmək fəaliyyətinin qorunmasını tənzimləyəcək hüquqi bazanın  yaradılmasına 
xidmət etmişdir.
Humanitar sahədə əməkdaşlıq  
Humanitar  əlaqələr  sahəsində  Azərbaycan  ilə  Almaniya  arasında 
əməkdaşlıqda  əsas  yeri  AFR  hökuməti  ilə  yanaşı  bu  ölkənin  humanitar  yö-
nümlü  qeyri-hökumət  təşkilatları,  eləcə  də  almanların  şəxsi  təşəbbüsü  ilə 
Azərbaycanın  ağır  sosial-iqtisadi  dövründə  edilən  yardımlar  təşkil  edir.  AFR 
hökuməti  Azərbaycana  ikitərəfli  humanitar  yardımlarını,  əsasən,  Xarici  İşlər 
Nazirliyi, İqtisadi İnkişaf və Əməkdaşlıq Federal Nazirliyi, TƏC və Almaniyanın 
bir sıra humanitar təşkilatları (Help, Diakonie, Alman Qırmızı Xaç Cəmiyyəti), 
çoxtərəfli yardımlarını isə Avropa İttifaqı və Dünya Ərzaq Proqramı, eləcə də 
BMT-nin  Qaçqınların  İşi  üzrə  Ali  Komissarlığı  vasitəsilə  göstərmişdir.  AFR-in 
Azərbaycana humanitar yardımlarının əsas hissəsi Avropa İttifaqının Humanitar 
Ofisi vasitəsilə və digər proqramlarla göstərilmişdir. 1992-ci ildən bəri Aİ-nin 
Azərbaycana göstərdiyi yardımların 25%-i (AFR-in büdcəsinə ödəniş nisbətinə 
uyğun olaraq) və ya 99,3 milyon avrosu AFR-in payına düşmüşdür [23].


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə