Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə47/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   43   44   45   46   47   48   49   50   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
128 
24.  Lüdviqshafen-Sumqayıt Dostları Cəmiyyəti yaradıldı // “Ekopark”, № 3, 2006, s. 41- 
42
25.  Milli Məclisin sədri Rəsul Quliyev Almaniyanın səfirini qəbul etmişdir.//  “Azərbaycan” 
qəzeti, Bakı, 5 dekabr 1995-ci il.  
26. Nəsibli E. Bələdiyyələr Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birgə layihələr 
həyata keçirir. // “Azərbaycan” qəzeti, Bakı, 5 sentyabr  2004-cü il. 
27. Niyazov X. Azərbaycanın Avropada etibarlı tərəfdaşı. Almaniya Azərbaycanla bütün 
sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. // “Azərbaycan” qəzeti, Bakı, 
4 aprel 2007-ci il. 
28.  Sumqayıt  Ekoloji Reabilitasiya Mərkəzinin cari arxiv sənədləri.  
29.  Sumqayıt-Lüdviqshafen şəhərləri arasında əməkdaşlıq // “Ekopark”, № 1, 2004, s. 
4-6. 
30.  Sumqayıt şəhər ərazisinin çirklənmiş torpaqlarının kadastr və xəritəsinin hazırlan-
ması yolları və onun şəhər təsərrüfatının idarə edilməsində rolu // “Ekopark”, 2005, 
s. 16-22.
31. ИАУ  МИД:    ф.  28,  сп.11,  1995.  Соглашение  между  Правительством 
Азербайджанской  Республики  и  Правительством  Федеративной  Республики 
Германия  о  финансовом  сотрудничестве  (Проект:  “Программа  срочной 
помощи беженцам”). Баку, 11.04.1995, 4 c.
32.  http://www.anl.az/down/meqale/525/525_aprel2009/74346.htm
Sona Maharramova
Azerbaijan - Germany relations in the social-humanitarian sphere
The  author  researches  the  history  of  relations  between  Azerbaijan  and 
Germany in the social and humanitarian sphere, social-humanitarian aid from 
the German government, humanitarian organizations and separate FRG citizens 
to Azerbaijan that as a result of Nagorno- Karabakh conflict was in trouble 
then. It is also noted in the article that if in the first years of independence 
Azerbaijan was in a great need for humanitarian assistance from Germany and 
other countries and this co-operation was limited to only one-sided support, 
nowadays  the  Republic  of  Azerbaijan  provides  humanitarian  assistance  to 
other countries. The example of this support is the allocation of 50 thousand 
euros by the Heydar Aliyev Foundation for the restoration of the Berlin Castle 
that was destroyed and burned during the World War II.
Сона Магеррамова
Азербайджано – Германские  отношения  
в социально-гуманитарной сфере
В статье рассматривается история взаимоотношений между Азербайд-
жаном и Германией в социально-экономической сфере. В то же время 
в  ней  говорится  о  социально-гуманитарной  помощи,  оказанной  гер-
манским правительством, гуманитарными организациями и отдельными 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
129
гражданами  Федеративной  Республикой  Германии  Азербайджану,  стол-
кнувшемуся с гуманитарной катастрофой в результате Нагорно-Карабах-
ского конфликта. Было также отмечено, что если Азербайджан в первые 
годы  независимости  из-за  тяжелых  социально-экономических  проблем 
нуждался  в  иностранной  гуманитарной  помощи,  а  это  сотрудничество 
ограничивалось    только    односторонней    помощью,    то  сегодня  Азер-
байджанская Республика сама оказывает другим странам гуманитарную 
помощь. Примером может послужить следующий факт: 50 тыс. евро было 
выделено со стороны Фонда Гейдара Алиева на реставрацию Берлинско-
го замка, разрушенного и сожженного в годы Второй Мировой войны.


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
130 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
131
Açar sözlər: siyasi dialoq və əməkdaşlıq, beynəlxalq münasibətlər, Avropa 
Qonşuluq Siyasəti, Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş, Azərbaycan, 
Avropa ittifaqı
Key  words:  political  dialogue  and  cooperation,  international  relations, 
European  Neighbourhood  Policy,  the  Agreement  on  Partnership  and 
Cooperation, Azerbaijan, the European Union
Ключевые  слова:  политический  диалог  и  сотрудничество,  междуна-
родные  отношения,  Европейская  Политика  Соседства,  Соглашение  о 
Партнерстве и Сотрудничестве, Азербайджан, Европейский Союз 
Avropa İttifaqı-
Azərbaycan 
əməkdaşlığının 
inkişaf dinamikası
Tomris 
VƏLİYEVA
Azərbaycan Respublikasının 
Prezidenti yanında Strateji 
Araşdırmalar Mərkəzinin elmi işçisi
tomris.valiyeva@sam.gov.az


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
132 
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra öz inki-
şafının prioritet istiqamətlərinin dünyəvi, demokratik, hüquqi dövlət, vətəndaş 
cəmiyyəti qurmaqdan ibarət olduğunu bəyan etmiş və bütün bunlar 1995-ci ildə 
ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada təsbit 
edilmişdir [1]. 
Azərbaycan  dövlət  müstəqilliyinin  ilk  illərində  Ermənistan  silah-
lı  qüvvələrinin  təcavüzü  və  işğalçı  dövlətin  dəstəyi  ilə  Dağlıq  Qarabağ-
da  məskunlaşmış  ermənilərin  aqressiv  etnik  separtçılığı  ilə  üzləşmişdi. 
Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ re-
gionu  və  ətraf  7  rayon  da  daxil  olmaqla  20%  ərazisi  işğal  edilmişdir.  Qısa 
bir müddət ərzində indiki Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə 
təcavüzkar  dövlət  tərəfindən  həyata  keçirilmiş  etnik  təmizləmə  siyasəti 
nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çev-
rilmişdi. Ermənistan dövlətinin silahlı təcavüzünün, işğalçı dövlətin təhriki və 
dəstəyi ilə ölkəmizin Dağlıq Qarabağ regionunda baş qaldırmış aqressiv etnik 
separatçılığın qarşısının alınması, onların ağır nəticələrinin aradan qaldırılma-
sı, işğal altında olan ərazilərdə dövlət suverenliyinin bərpa edilməsi və ölkənin 
ərazi bütövlüyünün təmin edilməsi məqsədilə müvafiq beynəlxalq tribunala-
ra çıxış əldə etmək və bu problemlə bağlı həqiqətləri dünya ictimaiyyətinə 
çatdırmaq Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən biri idi. Bu 
məqsədlərə nail olmaq üçün sivil dünyaya inteqrasiya, müxtəlif beynəlxalq 
təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə siyasi, iqtisadi və sosial sahələrdə 
sıx  əməkdaşlıq  əlaqələrinin  qurulması  Azərbaycan  üçün  xüsusi  əhəmiyyət 
kəsb edirdi. 
Azərbaycan  Respublikasının  təbii  enerji  mənbəyi  olan  zəngin  karbo-
hidrogen  (neft  və  qaz)  ehtiyatlarına  malik  olması  onun  bu  amili  dövlət 
müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlara uyğun şəkildə istifadəsi 
istiqamətində ciddi səylər göstərməsini zəruri etmişdir. Belə ki, müasir dövrdə 
təbii enerji ehtiyatları qlobal səviyyədə geosiyasi vəziyyətə təsir edən faktor-
lardan birinə çevrilmişdir. Dünyanın aparıcı güc mərkəzləri (ABŞ, Avropa İttifaqı 
dövlətləri, Çin, Yaponiya və s.) enerji mənbələrinə çıxış əldə etmək, öz enerji 
təhlükəsizliklərini təmin etmək məqsədilə onların təhlükəsiz ixrac marşrutları 
uğrunda ciddi səylər göstərirlər. Belə bir şəraitdə dövlət müstəqilliyini yenicə 
bərpa etmiş Azərbaycan üçün əsas məqsədlərdən biri də ölkənin mövcud təbii 
enerji sərvətlərinə sahib olmaq, enerji resursları yataqlarının istismarı və kar-
bohidrogen ehtiyatlarının ölkənin maraqlarına uyğun şəkildə dünya bazarına 
çıxarmaq olmuşdur. 
Buna  nail  olmaq  üçün  Azərbaycan  inkişaf  etmiş  dünya  ölkələrinə,  o 
cümlədən  Avropaya  inteqrasiya  yolunu  seçmişdir.  Öz  növbəsində  dünyanın 
aparıcı dövlətləri – ABŞ, Avropa İttifaqı ölkələri və s. təbii enerji ehtiyatları ilə 
zəngin olan Xəzər hövzəsinə, o cümlədən Azərbaycana ciddi maraq göstərməyə 
başlamış  və  Azərbaycanın  yeni  neft  siyasətinə  dəstək  nümayiş  etdirmişlər. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə