Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə49/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   45   46   47   48   49   50   51   52   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
135
dərəcədə  genişləndi  və  bununla  da  Avropa  İttifaqı  yeni  qonşular  qazandı. 
Yaranmış vəziyyət Avropa İttifaqını öz yeni qonşuları ilə qarşılıqlı əməkdaşlığı 
daha da genişləndirmək istiqamətində səylər göstəmək zərurəti qarşısında 
qoydu. Bu zərurətdən irəli gələrək Avropa İttifaqı 2003-cü ildə “Daha geniş 
Avropa – qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü” (Wider 
Europe – Neighbourhood: A new Framework for relations with our Eastern 
and Southern Neighbours) [16] adlı proqram qəbul etdi və bu qurumun xari-
ci işlər nazirləri 2004-cü ilin yanvar ayında Cənubi Qafqaz dövlətlərini həmin 
proqrama qoşmaq məqsədilə Avropa Komissiyasına müvafiq təkliflər hazırla-
maq haqqında tapşırıq verdi. Avropa Komissiyası tərəfindən 2004-cü ilin ma-
yında Avropa Qonşuluq Siyasəti (European 
Neighbourhood Policy) strategiyası təqdim 
edildi və bu strategiya həmin ilin iyunun-
da Avropa İttifaqı tərəfindən qəbul olundu 
[7]. Avropa Qonşuluq Siyasəti (AQS) qonşu 
ölkələrə bütün istiqamətlərdə əməkdaşlıq, 
bu ölkələrdə idarəetmənin keyfiyyətini ar-
tırmaq  üçün  yardım  tədbirləri  və  iqtisadi-
ticarət əlaqələri təklif etmiş, eyni zamanda 
onun  prioritetlərində  Avropa  İttifaqının 
siyasətinin  ilk  növbədə  insan  ləyaqətinə 
hörmət,  azadlıq,  demokratiya,  bərabərlik, 
hüququn  aliliyi,  insan  hüquqlarının  və 
milli  azlıqların  qorunması  dəyərlərinə 
əsaslanması qeyd edilmişdir.
Nəhayət, Avropa İttifaqı Şurası 2004-cü 
ilin  iyununda  Cənubi  Qafqaz  dövlətlərini, 
o  cümlədən  Azərbaycan  Respublikasını 
AQS-yə daxil etmək haqqında qərar qəbul 
etdi.  Azərbaycanın  AQS-yə  daxil  edilməsi 
ikitərəfli əməkdaşlığın gələcək inkişafı baxı-
mından yeni bir mərhələ oldu. Belə ki, AQS 
Azərbaycan üçün aşağıdakı imkanlar yarat-
dı: 
–   siyasi,  iqtisadi  və  inzibati  islahatların 
həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə 
nail  olunması  müqabilində  Avropa  İttifaqının  daxili  bazarında  müəyyən 
paya sahib olma imkanı; 
–   vətəndaşların,  əmtəələrin,  xidmətlərin  və  kapitalın  sərbəst  dövriyyəsini 
təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində 
iştirak; 
–   Avropa İttifaqına üzv ölkələr ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, 
Azərbaycanın Avropa İttifaqı 
ilə rəsmi əməkdaşlığının 
əsası 1996-cı il  aprelin 
22-də Lüksemburqda 
Prezident Heydər Əliyev 
tərəfindən Tərəfdaşlıq və 
Əməkdaşlıq Sazişinin (TƏS) 
imzalanması ilə qoyuldu. 
Azərbaycan-Avropa 
İttifaqı münasibətlərinin 
hüquqi əsasını təşkil edən
preambula, 105 maddə, 5 
əlavə və qarşılıqlı yardım 
barədə protokoldan ibarət 
olan bu sənəd onu imzalamış 
bütün dövlətlər tərəfindən 
ratifikasiya edildikdən sonra 
1999-cu il  iyulun 1-də 
qüvvəyə mindi .


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
136 
güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil 
cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni 
maliyyə  mənbələrinin  əldə  edilməsi,  Azərbaycanın  Ümumdünya  Ticarət 
Təşkilatına üzv olmasının dəstəklənməsi və s.
Beləliklə, Azərbaycan Respublikası AQS proqramının iştirakçısı kimi bir sıra 
siyasi, iqtisadi və hüquqi islahatları reallaşdırmaq və bu məqsədlərə nail olmaq 
üçün Avropa İttifaqının texniki və maliyyə dəstəyini qazanmaq imkanı əldə etdi.
Qeyd etmək lazımdır ki, AQS proqramının əsas elementi Avropa İttifaqı ilə 
hər  bir  tərəfdaş  ölkə  arasında  razılaşdırılmış,  ölkə  üzrə  bir  sıra  qısa  və  orta 
müddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır. Fəaliyyət Planı Av-
ropa İttifaqının tərəfdaş ölkələrlə münasibətlərini 3-5 illik müddəti əhatə edən 
yaxın gələcək üçün tənzimləyən əsas sənəddir. Bu sənəd hər bir ölkənin eh-
tiyac və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqlar nəzərə alınmaqla 
hazırlanır.
Avropa  İttifaqı-Azərbaycan  Fəaliyyət  Planı  hazırlanaraq,  2006-cı  ilin  or-
talarında  Avropa  Komissiyasına  təqdim  edildi  və  2006-cı  il    noyabrın  14-də 
qəbul  edildi  [5].  Bununla  da,  əvvəllər  TƏS  ilə  tənzimlənən  Azərbaycan–Aİ 
münasibətlərinin gələcək inkişafının prioritet istiqamətləri AQS çərçivəsində AR-
Aİ-Azərbaycan  Fəaliyyət  Planı  ilə  müəyyən 
olundu. Azərbaycan və Avropa İttifaqı ara-
sındakı  münasibətlərin  strateji  hədəflərini 
əhatə edən bu sənəddə əməkdaşlığın aşa-
ğıdakı prioritet istiqamətləri öz əksini tapdı:
–  
Dağlıq Qarabağ münaqişəsinin  sülh 
yolu ilə həllinə töhfə vermək;
–  
Beynəlxalq  tələblərə  cavab  verən 
ədalətli  və  şəffaf  seçki  prosesi  vasitəsilə 
ölkədə demokratiyanın gücləndirilməsi;
–  
Azərbaycanın 
beynəlxalq 
öhdəliklərinə  uyğun  olaraq  (TƏS,  AŞ, 
ATƏT,  BMT)  insan  hüquqlarının,  əsas  azadlıqların  və  qanunun  aliliyinin 
müdafiəsinin gücləndirilməsi;
–   Xüsusilə korrupsiyaya qarşı mübarizəni gücləndirməklə biznes və investisi-
ya mühitinin yaxşılaşdırılması;
–   Gömrük xidməti fəaliyyətinin təkmilləşdirilməsi;
–   İqtisadi  fəaliyyətlərin  diversifikasiyasına,  kənd  ərazilərinin  inkişafına,  yox-
sulluğun azaldılmasına və sosial birliyə xüsusi diqqət yetirərək, tarazlanmış 
və davamlı iqtisadi inkişafın dəstəklənməsi; ətraf mühitin qorunması daxil 
olmaqla davamlı inkişafın təşviq edilməsi;
–   İqtisadi qanunvericiliklə idarəetmə təcrübəsinin daha da yaxınlaşdırılması;
–   Avropa İttifaqı-Azərbaycan arasında enerji üzrə ikitərəfli, həmçinin enerji və 
nəqliyyat üzrə regional əməkdaşlığın gücləndirilməsi;
Avropa İttifaqı ilə 
Azərbaycan arasında Şərq 
Tərəfdaşlığı prosesinin 
ikitərəfli əməkdaşlıq formatı 
çərçivəsində Assosiasiya 
Sazişinin hazırlanması barədə 
danışıqlara 2010-cu il  iyulun 
16-da  başlanılmışdır. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə