Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə52/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   48   49   50   51   52   53   54   55   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
142 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
143
MÜASİR HÜQUQİ 
VƏ SOSİAL DÖVLƏT 
QURUCULUĞU  


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
144 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
145
Açar sözlər: dil siyasəti, dil situasiyası, dövlət dili, beynəlxalq dil, etnik iden-
tiklik, dil azlığı, çoxdillilik
Key words: language policy, language situation, state language, international 
language, ethnic identity, linguistic minority, multilingualism
Ключевые  слова:  языковая  политика,  языковая  ситуация,  государ-
ственный язык, международный язык, этническая идентичность, языко-
вое меньшинство, многоязычие
Qloballaşma 
şəraitində 
dil siyasətinin 
prioritetləri
Gülşən 
PAŞAYEVA
Azərbaycan Respublikası Prezidenti 
yanında Strateji Araşdırmalar 
Mərkəzinin direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru
gulshan.pashayeva@sam.gov.az


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
146 
Giriş
Bu gün qloballaşma şəraitində yüksək texnologiyaların sürətli inkişafı dün-
yanın müxtəlif bölgələrində yaşayan insanların virtual ünsiyyətinə və baş verən 
hadisələr  haqqında  daha  tez  məlumatlanmasına  əlverişli  şərait  yaratmışdır. 
Eyni zamanda, işçi qüvvəsinin beynəlxalq miqrasiyası, insanların artan mobilliyi 
və siyasi, iqtisadi, sosial və humanitar sahələrdəki sıx əlaqələri, təhsil sahəsində 
həyata keçirilən mübadilə proqramları və s. canlı ünsiyyətinin də beynəlxalq 
səviyyədə genişləndiyini nümayiş etdirir.  
Beynəlxalq Əmək Təşkilatının məlumatına əsasən, bu gün 105 milyon insan 
anadan olmadığı ölkələrdə işləyir (1) və şübhəsiz ki, onlar öz əmək fəaliyyətində 
beynəlxalq  dildən  və  ya  bu  ölkələrdəki  dövlət  dili  və  ya  dillərindən  istifadə 
edirlər. Müxtəlif hərbi münaqişələr nəticəsində öz doğma yurd-yuvalarını tərk 
edərək, başqa ölkələrdə sığınacaq tapmış milyonlarla qaçqın və köçkün də dil 
məsələləri ilə bağlı oxşar vəziyyət ilə üzləşə bilər. Digər tərəfdən, beynəlxalq 
dillərdə yazılmış əsərlərin daha çox oxucu kütləsinə malik olacağını düşünən 
bir sıra alim, siyasətçi, yazıçı, şair və s. öz əsərlərini beynəlxalq dillərdə yazmağa 
və ya nəşr etdirməyə üstünlük verir. Öz uşaqlarının sosial inkişafı üçün daha 
geniş  imkanlar  yaratmaq  istəyən  valideynlər  isə  onların  beynəlxalq  dillərdə 
təhsil almasını arzulayırlar.
Beləliklə, qloballaşma şəraitində beynəlxalq və digər dillər arasında qarşılıqlı 
əlaqələrin getdikcə mürəkkəbləşməsi dünyadakı dil müxtəlifliyinin gələcəyi ilə 
bağlı müəyyən ehtimalların irəli sürülməsinə zəmin yaratmış, dillərin rəqabəti 
və  əməkdaşlığı  barədə  nəzəriyyələrin  yaradılmasına  və  dillərin  inkişaf  dina-
mikasının çoxölçülü və çoxfunksiyalı təbiətinin daha dərindən öyrənilməsinə 
səbəb olmuşdur (2).
Bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel ta-
rixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində za-
manın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət 
Proqramı” (3) çərçivəsində bır sıra prioritet istiqamətlər üzrə fundamental və 
tətbiqi araşdırmaların aparılması olduqca əhəmiyyətlidir. Xüsusi olaraq qeyd 
edilməlidir ki, Dövlət Proqramının icrasına dair Tədbirlər Planında qloballaş-
ma şəraitində Azərbaycanda dil situasiyasının və dillərin qarşılıqlı əlaqəsinin 
öyrənilməsinin  intensivləşdirilməsinə  dair  tədbirlərin  mütəmadi  olaraq 
keçirilməsi nəzərdə tutulur. 
Təqdim  edilmiş  məqalədə  polietnik  əhaliyə  malik  olan  dövlətlərdə  dillərin 
işlədilməsi və qarşılıqlı təsiri ilə bağlı bəzi nəzəri və praktik məsələlər araşdırılmış 
və Azərbaycan Respublikasında bu sahədə aparılan fəaliyyət təhlil edilmişdir. 
Dil siyasətinin aktual problemləri
Dil siyasəti dil, demoqrafıq və siyasi amilləri nəzərə alaraq ölkədə fəaliyyət 
göstərən müxtəlif dillər, eləcə də dövlət dili və ya dillərinin qarşılıqlı təsiri və 
inkişaf etdirilməsi üçün müvafiq şərtləri özündə ehtiva edir. Cəmiyyətin şüurlu 
şəkildə bu prosesə müdaxilə etməsi şəxsiyyətdən tutmuş dövlətə qədər müm-
kündür, lakin səmərəli dil siyasətini həyata keçirmək üçün ölkədəki real dil situ-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
147
asiyasını diqqətlə təhlil edərək, müvafiq dil 
siyasəti modelini hazırlamaq mümkündür. 
Polietnik  əhalisi  olan  dövlətlərdə  dil 
siyasəti  ilə  bağlı  müxtəlif  yanaşmaları 
ümumilikdə  monolinqvizm  (təkdillilik)  və 
ya  multilinqvizm  (çoxdillilik)  ideyalarına 
əsaslanan iki qrupa bölmək mümkündür. Bu 
kontekstdə, ilk növbədə, dövlət dili fenome-
ni müstəsna əhəmiyyətə malikdir. O, rəmzi 
məna  daşıyaraq,  siyasi,  sosial  və  mədəni 
sahələrdə  inteqrasiya  funksiyasını  yerinə 
yetirir  və  vahid  milli  identiklik  baxımından 
ölkənin bütün vətəndaşlarını birləşdirir. 
Dövlət  dilinin  nüfuzunun  artırılma-
sı  istiqamətində  daimi  və  məqsədyönlü 
işin  aparılması  ölkədə  həyata  keçirilən  dil 
siyasəti  prioritetlərindən  biridir.  Dilin  nor-
mativ  hüquqi  bazasının  təkmilləşdirilməsi  və  ölkə  vətəndaşlarının  dövlət 
dilindən daha mükəmməl istifadə etməsi üçün müvafiq mexanizmlər işlənib 
hazırlanmalıdır.  Məsələn,  bu  baxımdan  ölkə  və  xarici  vətəndaşlar  tərəfindən 
dövlət dilinin öyrənilməsi və bu sahədə onların bilik və bacarıqlarının artırılma-
sı məqsədilə İKT-dən geniş istifadə etməklə tədris mərkəzlərinin yaradılması, 
KİV,  televiziya və radio vasitəsilə müvafiq proqramların yayımlanması zəruridir. 
Eyni zamanda, dövlət dilində müxtəlif internet resurslarının, elektron və inte-
raktiv dərsliklərin, keyfiyyətli dərs vəsaitlərinin və lüğətlərin yaradılması dövlət 
dilinin mənimsənilməsində və ondan daha geniş istifadə edilməsində mühüm 
rol oynaya bilər. 
Digər  tərəfdən,  polietnik  əhaliyə  malik  olan  dövlətlərdə  əhalinin  istifadə 
etdiyi digər dillərin də sərbəst işlədilməsi və inkişaf etdirilməsi üçün müvafiq 
şəraitin  yaradılması  dil  siyasətinin  prioritetləri  arasında  qeyd  edilməlidir.  Dil 
azlıqlarının hüquqları hamılıqla qəbul edilən fundamental insan hüquqlarının 
vacib bir hissəsi kimi artıq heç bir dövlətin daxili işi hesab edilmir. Bu gün bır 
sıra  beynəlxalq  sənədləri  imzalamaqla  dövlətlər  dil  azlıqlarının  hüquqlarının 
qorunmasına və onlara hörmət edilməsinə dair öz üzərinə müvafiq öhdəliklər 
götürürlər. Belə sənədlər arasında “İnsan hüquqlarının və əsas azadlıqlarının 
müdafiəsi haqqında Avropa Konvensiyası”,  BMT-nin “İrqi ayrı-seçkiliyin bütün 
formalarının  ləğv  edilməsi  haqqında  Konvensiyası”,  YUNESKO-nun  “Mədəni 
özünüifadə  müxtəlifliyinin  qorunması  və  təşviqi  haqqında”  Konvensiyası, 
ATƏT-in “Yeni Avropa üçün Paris Xartiyası”, Avropa Şurasının “Milli azlıqların 
müdafiəsi haqqında Çərçivə Konvensiyası” vardır.
Nəhayət,  qloballaşan  dünyada  xarici  dillərin  öyrənilməsinə  də  dövlət 
tərəfindən  daim  dəstək  verilməlidir.  Bu  gün  daha  çox  insan  xarici  dilləri 
öyrənməkdə  maraqlıdır.  Statistikaya  əsasən,  ingilis  dili  “300  milyon  insanın 
ana dili, 100 milyondan artıq insan üçün ikinci dildir, 600 milyona qədər insan 
isə ondan xarici dil kimi istifadə edir. O, nəinki keçmiş dövrlərdə beynəlxalq 
ünsiyyət vasitələri olan ispan (XVI - XVII əsrlər), fransız (XVIII əsr) və alman (XIX 
Dövlət dilinin nüfuzunun 
artırılması istiqamətində 
daimi və məqsədyönlü 
işin aparılması ölkədə 
həyata keçirilən dil siyasəti 
prioritetlərindən biridir. 
Dilin normativ hüquqi 
bazasının təkmilləşdirilməsi 
və ölkə vətəndaşlarının dövlət 
dilindən daha mükəmməl 
istifadə etməsi üçün 
müvafiq mexanizmlər işlənib 
hazırlanmalıdır. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə