Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
149
qorunması, inkişaf etdirilməsi və dövlət dilinə çevrilməsi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan dilinin hələ
1978-ci ilin Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində dövlət dili kimi
təsbit edilməsi məhz onun uzaqgörənliyi və siyasi iradəsi nəticəsində mümkün
olmuşdur. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışı Azərbaycan dili-
nin mövqeyinin ictimai həyatda möhkəmlənməsinə və dil siyasəti baxımından
dövlət dilinin məqsədyönlü şəkildə inkişaf etdirilməsinə xidmət etmişdir.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci
maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili
kimi təsbit edilməsindən sonra Heydər
Əliyev tərəfindən imzalanmış bir sıra
fərmanlar (“Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında”, 18 iyun 2001-
ci il (9), “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında”, 9
avqust, 2001-ci il (10), “Azərbaycan Respub-
likasında dövlət dili haqqında” Azərbaycan
Respublikası Qanunun tətbiq edilməsi
barədə, 2 yanvar 2003-cü il (11)) Azərbaycan
dilinin tətbiqi işinin, o cümlədən yazılı
sənədləşmədə onun istifadəsinin daha da
təkmilləşdirilməsinə və dövlət dili kimi hü-
quqi bazasının möhkəmləndirilməsinə im-
kan yaratmışdır.
Bu siyasət sonrakı illərdə ölkə başçı-
sı İlham Əliyev tərəfindən uğurla davam
etdirilmişdir. Onun tərəfindən 12 yanvar
2004-cü ildə imzalanmış “Azərbaycan Mil-
li Ensiklopediyasının nəşri haqqında” (12)
və “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haq-
qında” (13) iki sərəncam Azərbaycan Milli
Ensiklopediyası da daxil olmaqla, bir sıra
lüğət və ensiklopediyaların, Azərbaycan xalq ədəbiyyatının, klassik və mü-
asir Azərbaycan, həmçinin dünya ədəbiyyatının nümunələrinin Azərbaycan
dilində latın qrafikası ilə nəşr etdirilməsinə əlverişli şərait yaratmış, ölkə
daxilində və beynəlxalq aləmdə Azərbaycan dilinin nüfuzunun daha da artı-
rılmasına təsir etmişdir.
“Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli
inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə
olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən
dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması” (3)
məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladığı daha
iki sərəncam - “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqın-
1995-ci ildə Azərbaycan
Respublikasının
Konstitusiyasının 21-ci
maddəsində Azərbaycan
Respublikasında dövlət
dilinin Azərbaycan dili kimi
təsbit edilməsindən sonra
Heydər Əliyev tərəfindən
imzalanmış bir sıra fərmanlar
Azərbaycan dilinin tətbiqi
işinin, o cümlədən yazılı
sənədləşmədə onun
istifadəsinin daha da
təkmilləşdirilməsinə və dövlət
dili kimi hüquqi bazasının
möhkəmləndirilməsinə
imkan yaratmışdır.