STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
150
da”, 23 may 2012-cü il (14) və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”
29 may 2012-ci il (15) - böyük əhəmiyyət kəsb edir.
Bu gün yüksək texnologiyaların sürətlə inkişaf etdiyi və beynəlxalq dillərin
geniş yayıldığı qloballaşan dünyada Azərbaycan dili bir dövlət dili olaraq
rəqabətə davamlı olmalıdır. Onun bu günün tələblərinə tam cavab verməsi
üçün və eləcə də ölkədə dilçiliyin inkişafına yeni təkan verilməsi məqsədilə
həyata keçirilməyə başlayan bu yeni Dövlət Proqramı ümumilikdə 2013-2020-
ci illəri əhatə edir. Onun Tədbirlər Planı çərçivəsində normativ hüquqi bazanın
təkmilləşdirilməsi, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsi,
Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasi-
ya texnologiyalarının tətbiq edilməsi və Azərbaycan dilinin kütləvi informasiya
vasitələrində təbliğ edilməsi sahələrində mütəmadi olaraq bir sıra tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Milli identiklik baxımından Azərbaycan dili dövlət dili olaraq həm də ölkəmizin
bütün vətəndaşlarını birləşdirir. Azərbaycan Respublikasında yaşayan əhalinin
8,4%-i (16) müxtəlif etnik mənsubiyyətə
malik olmasına
baxmayaraq, dövlətimizin
bərabərhüquqlu və azad vətəndaşlarıdır.
Konstitusiyanın 21-ci maddəsinə əsasən,
Azərbaycan Respublikası onların danışdı-
ğı dillərin sərbəst işlədilməsini və inkişafını
təmin edir (8, s.9). Eyni zamanda, Konstitusi-
yanın 45-ci maddəsində təsbit edilmişdir ki,
“Hər kəsin ana dilindən istifadə etmək hü-
ququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə
və təhsil almaq, yaradıcılıqla məşğul olmaq
hüququ vardır və heç kəs ana dilindən
istifadə hüququndan məhrum edilə bilməz”
(8, s.17).
Hazırda Azərbaycanda tam ümumi təhsil
üç dildə - Azərbaycan, rus və gürcü dillərində
aparılır. Əhalinin danışdığı digər dilləri qo-
rumaq və inkişaf etdirmək məqsədilə orta təhsil müəssisələrində bu dillərin
tədrisinə xüsusi önəm verilir. Dil azlıqlarının kompakt yaşadıqları bölgələrdə
ana dili ibtidai sinif səviyyəsində keçilir və tədris zamanı istifadə edilən tədris
planının, kurikulumların, dərsliklərin və s. yeniləşməsinə və inkişafına daim
diqqət yetirilir. Ləzgi (I sinif üçün), talış, tat, kürd, saxur və xınalıq (II sinif üçün)
dillərində yeni əlifba kitabları nəşr edilmiş və yaxın gələcəkdə müəllimlər üçün
yeni dərs vəsaitlərinin və lüğətlərin çap edilməsi planlaşdırılmışdır (17, s.28).
Beləliklə, dil azlıqlarının nümayəndələrinin dövlət dili kimi Azərbaycan
dilində nə dərəcədə sərbəst danışması, gündəlik həyatlarında öz ana dillərindən
nə dərəcədə fəal istifadə etməsi, eləcə də hansı xarici dilləri bilməsi və hansı
xarici dilləri öyrənmək marağında olmaları və s. bu kimi məsələlərin araşdırıl-
ması olduqca vacibdir.
Bu baxımdan 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında
Milli identiklik baxımından
Azərbaycan dili dövlət dili
olaraq həm də ölkəmizin
bütün vətəndaşlarını
birləşdirir. Azərbaycan
Respublikasında yaşayan
əhalinin 8,4%-i (16) müxtəlif
etnik mənsubiyyətə malik
olmasına baxmayaraq,
dövlətimizin bərabərhüquqlu
və azad vətəndaşlarıdır.