Hüseyn Arif-90



Yüklə 35,51 Kb.
tarix17.09.2017
ölçüsü35,51 Kb.

Hüseyn Arif-90

Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif) 1924-cü il iyun ayının 15-də Azərbaycanın Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Ağstafa şəhər yeddiillik məktəbini bitirdikdən sonra,1937-1940-cı illərdə Bakı Pedaqoji məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə Tovuz şəhər orta məktəbində müəllim kimi başlamışdır.İlkinci Dünya müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbbəsində, Polşa, Çexoslovakiya və Almaniya ölkələlərində olmuş, yaralanmış, müalicə olunandan sonra Moskva hərbi mühəndislik məktəbinə göndərilmişdir. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olmuşdur. Sovet Ordusu sıralarından təxis olunandan sonra ,1946-1951- ci illər ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır.Şair 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.1951-1952-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunun aspiranturasında təhsilini davam etdirmişdir. 1957-1959-cu illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri, 1965-1967-ci illərdə “Azərnəşr”in Bədii ədəbiyyat redaksında böyük redaktor,1967-1968-ci illərdə “Gənclik” nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdiri, 1980-1982-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif idarəsində Repertuar redaksiya kollegiyasıın üzvü olmuşdur.1982-ci ildən Azərbaycan  Aşıqlar Birliyinin sədri vəzifəsində işləmişdir. 1991-ci ildə AzərbaycanYazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun lidrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet Teatrında,”Yolda “poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur .Mahnılarına musiqi bəstələnmişdir.1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı,1978-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı olmüş,1989-cu ildə isə “Azərbaycanın Xalq şairi”fəxri adına layiq görülmüşdür.1992-ci il sentyabr ayının 14-də Bakıda vəfat etmiş,doğma kəndində dəfin olunmuşdur.

                                                            Yubiley tədbirlərinin keçirilməsi

Yazıçı Hüseyn Arifin anadan olmasının 90 illiyi ilə əlaqədar onun dədii irsinin yeni tarixi şəraitdə öyrənilməsi,geniş oxucu kütləsinə çatdırılması və gənc nəsilin Hüseyn Arifin yaradıcılığının dəyərindən bəhrələnməsi, onlarda milli ləyaqətin tərbiyə olunması, elmi dünyagörüşünün formalaşdırılması üçün bütün mədəni- maarif müəssisələri,o cümlədən kitabxanalar qarşısında mühüm vəzifələr durur.Kitabxanalar birinci növədə,ədib haqqında çap olunmuş ədəbiyyatın düzgün komplektləşdirilməsinə, özlərinin kataloqlarında,biblioqrafik katotekalarında yeni rubrika- ların açılmasına və yubiley materiallarının aradan vaxtında əks etdirilməsi nail olmalıdirlar.MKS-nin Mərkəzi kitabxanası və onun kitabxana filialları Hüseyin Arifin bədii irsinin oxuculara çatdırılması üçün əyani və Şifahi təbliğatın : Kitab sərgiləri,kitabxana plakatları,stend,albom ,ədəbi-bədii əsərlərin müzakirəsi, söhbətlər və disputların aparılması,oxucu konfranslarının,biblioqrafik icmalların keçirilməsinin təmin edilməldir. Yubiley dövründə kitabxanalarda kitab müzakirələrinin,disputların, ucadan oxular keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Keçirilən tədbirlər, içərisində kitab müzakirələri xüsusi yer tutur.Çünki kitablar oxucuların baxışlarının hisslərinin tərbiyə edilməsində qüdrətli amildir. Kitab təbliğinin ən canlı əyanı təblığat formalarından biri də kitab sərgiləridir.

Aşağıda Hüseyn Arifin 90 illiyi ilə əlaqədar kitabın sxemini vermək

1.  Başlıq: Hüseyn Arifin 90 illiyi.

2. Yeni həyat yollarında( Şerlər).

3. Mən sülhə səs verirəm,

4. Rus dilli müəlliməsi (şerlər).

5. Məhəbbət nəğmələri .

6. Dostluq telləri (şerlər).

7.Yolda (poema) .

 8. Ömür çeşməsi.

 9. Sibir töhfələri.

 10.Torpaq eşqi.

 11. Yollar və xatirələr. 

                                            Hüseyn Arifin anadan olmasının 90 illiyi                                                                                             

1. Yeni həyat yollarında( Şerlər) ,B.: Azərnəşr ,1950.- 45 s.

2. Mən sülhə səs verirəm, B.: Azərnəşr,1951.-31 s.

3. Rus dilli müəlliməsi (şerlər),B.: Uşqgəncnəşr,1954.- 52 s.

4. Məhəbbət nəğmələri, B.: Azərnəşr, 1956.-22 s.

5. Dostluq telləri (şerlər). B,Uşaqgəncnəşr, 1960.- 80 s.

6.Yolda (poema) ,B.: Azərnəşr, 1962 .- 111 s.

7. Ömür çeşməsi, B.: Azərnəşr, 1964.- 56 s.

8. Sibir töhfələri (şerlər),B.:Azərnəşr ,1964.- 56 s.

9.Torpaq eşqi, B.: Azərnəşr,1964.- 84 s.

10. Yollar və xatirələr,B.: Azərnəşr, 1966.-334 s.

11. Duru göl əfsanəsi,B .: Gənclik, 1969.- 74 s. 

                                                         Ədəbiyyat siyahısı    

1. Yeni həyat yollarında( Şerlər) ,B.: Azərnəşr ,1950.- 45 s.

2. Mən sülhə səs verirəm, B.: Azərnəşr,1951.-31 s.

3. Rus dilli müəlliməsi (şerlər),B.: Uşqgəncnəşr,1954.- 52 s.

4. Məhəbbət nəğmələri, B.: Azərnəşr, 1956.-22 s.

5. Dostluq telləri (şerlər). B,Uşaqgəncnəşr, 1960.- 80 s.

 6.Yolda (poema) ,B.: Azərnəşr, 1962 .- 111 s.

 7. Ömür çeşməsi, B.: Azərnəşr, 1964.- 56 s.

 8. Sibir töhfələri (şerlər),B.:Azərnəşr ,1964.- 56 s.

 9.Torpaq eşqi, B.: Azərnəşr,1964.- 84 s.

 10. Yollar və xatirələr,B.: Azərnəşr, 1966.-334 s.

 11. Duru göl əfsanəsi,B .: Gənclik, 1969.- 74 s.

 12. Seçilimiş əsərləri (şerlər və poemalar). B.: Azərnəşr,1969.-230 s.

 13. Bahar gələndə,B.: Azərnəşr,1969.- 120 s.

 14. Sən mənimlə get, B.: Gənclik, 1970.- 248 s.

 15. Söylə yadındamı ? B.: Gənclik, 1972.- 205 s.

 16. Qocalan deyiləm, B.: Gənclik,1974.- 159 s.

 17. Seçilmış əsərləri (iki cilddə) .I c.B.: Azərnəşr, 1975.- 283 s.

 18. Seçilmiş əsərləri (iki cilddə) ,II c.B.: Azərnəşr, 1975.-283 s.

 19. Ömür gözəlsə. B.: Gənclik, 1978.- 351 s.

 20. Ömür deyir (şerlər), B.:Gənclik, 1981.- 138s.

 21. Ayrı düşəli (şerlər), B.: 1983.-280 s.



 22. Şamxor su-elektrik stansiyaı (şerlər),B.: İşıq, 1979.-24 s.

 23. Dilqəm (şerlər və poemalar),B.: Yazıçı, 1984.- 240 s.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə