Meyci inqilabı və onun nəticələri



Yüklə 39,2 Kb.
səhifə1/4
tarix28.04.2023
ölçüsü39,2 Kb.
#107578
  1   2   3   4

10.Yaponiyada 1867-1868 ci illər inqilabı və onun nəticələri.
Meyci inqilabı və onun nəticələri
1868-ci il yanvarın 3-də imperatorun Koqosyo sarayında imperator sülaləsinin 3 üzvünün, 8 kuqenin, 5 daymyonun və 15 samurayın iştirakı ilə toplantı keçirildi. Bu, əslində yeni hökumətin(«Meydzi hökumətinin») ilk toplantısı idi.Toplantıda əvvəlcədən hazırlanmış bir sıra fərmanlar imperator tərəfindən təsdiq edildi. Bu fərmanlar sırasına daxil idi:
-imperator hakimiyyətinin bərpa edilməsinə dair fərman;
-syoqunluğun ləğv edilməsinə dair fərman;
-yeni hökumətin yaradılmasına dair fərman;-əvvəllər syoquna qarşı mübarizə apardığına ğörə repressiyaya məruz qalmış bütün idarə rəislərinə bəraət verilməsi haqqında fərman.
1868-ci ildə yaradılmış və «Sansyoku» («Üç idarə») adlandırılan yeni hökumətə 2 qrupdan ibarət dövlət müşavirləri daxil idi. Birinci qrupa 10 baş müşavir və ikinci ğrupa 20 kiçik müşavir daxil idi. Hökumətə sədr rəhbərlik edirdi. İlk sədr vəzifəsinə imperator ailəsindən olan şahzadə Arisuqava təyin edilmişdi. 1868-ci ilin fevralında hökumətin yenidən qurulması sahəsində bir sıra tədbirlər həyata keçirildi. Nazirlik tipində 7 əsas idarə yaradıldı:
-Rəsmi dövlət dini olan sintoizm idarəsi; -Daxili işlər idarəsi; -Xarici işlər idarəsi;-Hərbi idarə; -Donanma idarəsi;-Ədliyyə idarəsi; -Qanunvericilik idarəsi.
Hər bir idarəyə imperator ailəsinin üzvü olan şəxs və ya saray zadəganları rəhbərlik edirdilər. İdarə başçıları baş müşavirlər, yerli əyalət rəhbərləri isə kiçik müşavirlər içərisindən təyin edilirdilər. Ən mühüm vəzifələrə imperator ailəsinin üzvləri, saray zadəganları və iri feodallar təyin edilsələr də, faktiki hakimiyyət syoqunluğun devrilməsində mühüm rol oynamış cənub-qərb feodallığından (Sasuma, Tyosyu, Tosa və Xidzen) olan samurayların aşağı təbəqəsinin əlində toplanmışdı.
1868-ci il aprelin 6-da Kioto şəhərindəki imperator sarayında saray zadəganlarının («kuqe») və feodalların («daymyo») iştirakı ilə keçirilən müşavirədə azyaşlı imperator Mutsuxito yeni hökumətin Andlı öhdəliyini elan etdi. 5 maddədən ibarət bu sənəddə aşağıdakı əsas prinsiplər öz əksini tapmışdı:
1.Geniş yığıncaq çağırılacaq və bütün dövlət işləri ictimai rəy nəzərə alınmaqla burada həll ediləcəkdir;
2.Hakimiyyətdə olmasından asılı olmayaraq bütün insanlar özünü millətin dirçəlməsinə həsr etməlidirlər;
3.Bütün hərbi, mülki rütbə daşıyanlar və sadə xalq üçün şəxsi cəhdlərini və fəaliyyətlərini inkişaf etdirmək imkanı yaradılacaqdır;
4.Keçmişin bütün pis ənənələri ləğv ediləcək, ədalət qorunacaq, haqsızlığa yol verilməyəcəkdir;
5.Elm dünya miqyasında inkişaf etdiriləcək və bu yolla da imperiyanın əsasları möhkəmləndiriləcəkdir.
Bu, hökumətin öz siyasi prinsiplərinə dair hələ vətəndaş müharibəsinin getdiyi bir dövrdə (1968-1869) elan etdiyi ilk Bəyannamə idi. Hökumət öz prinsiplərində «ölkənin yenidənqurulmasını» irəli sürürdü. Bununla yanaşı, Bəyannamə milli birliyin möhkəmləndirilməsinə, hökumətin zadəganlar və iri ticarət-sələmçi burjuaziyası tərəfindən müdafiə ediləcəyi fikirlərini əks etdirirdi.1868-ci il mayın 17-də dövlət quruluşu haqqında verilmiş fərmanı bəzən Meydzi hökumətinin ilk konstitusiyası adlandırırlar.Bu fərmana əsasən, əvvələr mövcud olmuş Ali dövlət orqanı əvəzinə qanunvericilik, icraedicilik və məhkəmə hakimiyyətini özünə birləşdirən Dövlət Şurası («Dadzyokan») yaradılırdı. Fərmanda qeyd edilirdi ki, hökumətdə ən məsul vəzifələrə samuraylar təyin edilməlidir. Fərmanda digər təbəqələrin nümayəndələrinin hökumətdə təmsil olunması nəzərdə tutulmurdu.Yalnız burada göstərilirdi ki, hökumətə hər hansı bir məsələdə məsləhət vermək istəyən şəxslər üçün şərait yaradılacaq və onlar rəsmi şəkildə bu haqda müvafiq orqanlara müraciət edə biləcəklər.Fərman, həmçinin, feodal ağaların hakimiyyətinini məhdudlaşdırırdı.Belə ki, onlar Dövlət Şurasının razılığı olmadan titullar qəbul edə bilməz, pul kəsə bilməz, xariciləri xidmətə cəlb edə bilməz, xarici dövlətlərlə müqavilə bağlaya bilməz və digər feodallarla ittifaqa girə bilməzdilər. Eyni zamanda, varlı adamların şərəfinə məclislərin və mərasimlərin təşkil edilməsi fərmanla qadağan olunmuşdu. Hər bir şahzadənin, saray əyanının və ya feodalın şəxsi xidmətçiləri 6 nəfərdən çox olmamalı idi.Yeni yaradılmış Dövlət Şurasına Yuxarı və Aşağı palatadan ibarət olan Məşvərətçi Şura, Sədrin xüsusi idarəsi və 5 inzibati idarə (Dini işlər idarəsi. Maliyyə işləri idarəsi, Hərbi idarə, Xarici işlər idarəsi və Ədliyyə idarəsi) tabe idi. Məşvərətçi Şuranın Yuxarı palatasına əvvəlki hökumətin hər iki dövlət müşavirləri daxil idilər. Yuxarı palatanın əsas vəzifələri qanunların hazırlanmasından, nəzərdən keçirilməsi və nəşr edilməsindən, Ali məhkəmə hakimiyyətinin həyata keçirilməsindən, yüksək vəzifəli şəxslərin təyin edilməsindən və bütün siyasi məsələlərin həllindən ibarət idi. İmperatorun Andlı öhdəliyinə əsasən yaradılmış Aşağı palata hökumət yanında məşvərətçi orqan funksiyası daşıyırdı. O, hökumət tərəfindən qeyri - məhdud müddətə təyin edilən əyalət, şəhər və prefektura nümayəndələrindən ibarət idi. Özünün müxtəlif təbəqələrdən təşkil edilməsinə baxmayaraq, Aşağı palata ölkənin idarə edilməsində heç bir rol oynamırdı. İnzibati-idarəçilik sistemində yenidənqurma aparılmasına baxmayaraq, yerli idarəçilik yenə əvvəlki kimi yeni hökumətə qarşı çıxış etməyən yerli feodalların əlində saxlanılırdı.Belələiklə, 3 yanvar 1868-ci il çevrilişi nəticəsində hakimiyyət iri feodalların mənafeyini müdafiə edən Tokuqava syoqunluğunun əlindən alındı və hakimiyyətə nisbətən mütərəqqi qüvvələri təmsil edən cənub-qərb samurayları gəldilər və onlar da burjuaziyanın mənafeyini müdafiə edirdilər.İlk islahatlar hələ Yaponiyanın bütün feodallıqlarının mərkəzi dövlət orqanı ətrafında birləşdirilməsini tam əhatə etmirdi. 1868-ci ildə Yaponiyanın 273 feodallığından yalnız 22-nin mülkü hökumət tərəfindən müsadirə edilmişdi. Digər feodalıqlar üzərində isə yeni hökumətin hakimiyyəti hələ bərqərar olmamışdı. Ona görə də yeni hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri feodallıqların hakimiyyətinin ləğv edilməsi idi. 1868-ci ilin mayında hər bir feodallığın ərazisində mərkəzi hakimiyyətlə yerli idarəçilik orqanları arasında vasitəçi rolunu oynayan idarələr yaradıldı. Artıq 1868-ci ilin sonları üçün hər bir feodallıqda mərkəzi hakimiyyətin səlahiyyətli nümayəndəsi vardı. Onlar yerli feodal tərəfindən təqdim olunur və mərkəzi hakimiyyət tərəfindən təsdiq edilirdi.1869-cu ildə yerli feodalar könüllü olaraq öz feodallıqlarını idarə etmək hüququnu imperatora təqdim etdilər («Xanseki xokan»).

11.XIX əsrin 2 yarısında Yaponiyada həyata keçirilən islahatlar və onun nəticələri.


(QEYD: 10 və 11 ci sualların cavabları eynidir demək olar ki.Çünki XIX əsrin ikinci yarsında tərtib edilən islahatlar 1867-1868 ci illər inqilabı dövrünə aiddir.)

Yüklə 39,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə