Meyci inqilabı və onun nəticələri



Yüklə 39,2 Kb.
səhifə4/4
tarix28.04.2023
ölçüsü39,2 Kb.
#107578
1   2   3   4
avqust İnçon sazişini imzaladı. Bu sazişə əsasən Koreya Yaponiyaya dəymiş zərərin əvəzinə 500 min bon təzminat ödəməli, günahkarları cəzalandırmalı və öz missiyasını qorumaq üçün Yaponiya Seulda hərbi qüvvə saxlamalı idi. Seul üsyanından sonra Koreyada Yaponiyanın nüfuzu bir qədər zəiflədi. Bu zaman Yaponiya hakim dairələri Koreyada möhkəmlənmək üçün daxili siyasi qüvvələrdən – islahatçılar partiyasından istifadə etmək qərarına gəldilər. Kim Ok Kyunun rəhbərlik etdiyi bu partiyanın üzvləri inanaırdılar ki, Koreyada 1868-73-cü illər Yaponiya islahatları tipində islahatlar keçirilsə, Koreya müstəqillik qazanar və sürətlə inkişaf edər. Bu partiya 1884-cü il dekabrın 4-də Seulda dövlət çevrilişi cəhdi etdi. Lakin Çinin hərbi qüvvələrinin köməyi ilə dekabrın 6-da bu dövlət çevrilişi cəhdi aradan qaldırıldı və qiyamçılar Yaponiyaya qaçdılar.1884-cü ilin dekabrında Koreyaya Yaponiyanın fövqəladə və səlahiyətli səfiri, xarici işlər idarəsinin direktoru İnoue Kaorunun rəhbərliyi altında xüsusi nümayəndə heyəti böyük bir hərbi dəstənin müşayəti ilə Koreyaya gəldi.1885-ci il yanvarın 9-da Koreya ilə Yaponiya arasında Xansen (Seul) müqaviləsi imzalandı. Dostluq haqqında müqavilə adlanan bu sazişə əsasən Koreya 1884-cü il dekabr hadisələri zamanı Yaponiya missiyasına dəymiş 300 min bon zərəri ödəməli, üzrxahlıq etməli və günahkarları cəzalandırmalı idi. 1885-ci ilin fevralından başlayaraq İto Xirobuminin rəhbərliyi altında digər bir Yaponiya nümayəndəliyi Çinlə Tyanszində danışıqlar aparırdı. Bu danışıqlar nəticəsində 1885-ci il aprelin 18-də Tyanzində Çinlə Yaponiya arasında müqavilə imzalandı. Bu müqavilə tarixi ədəbiyyatda Li-İto konvensiyası adlanır (Li Xunçcan – Çini, İto Xirobumi – Yaponiyanı təmsil edirdi). Bu müqaviləyə əsasən Çin və Yaponiya öz üzərlərinə Koreyadan hərbi qüvvələrini çıxarmaq, gələcəkdə orada hər hansı qarışıqlıq yarandığı təqdirdə hərbi qüvvə göndərərkən bir-birini xəbərdar etmək öhdəliklərini götürürdülər. Beləliklə, Yaponiya Koreyada Çinlə eyni fəaliyyət hüququ əldə edirdi.Yaponiyanın daxilində isə hökumətə müxalif olan mülkədar və burjua təbəqələri içərisində Koreya və Çinlə müharibə etmək tələbləri daha tez-tez eşidilirdi. Dziyuto (Liberal) partiyasının üzvlərindən Qoto Syodziro, Ou Kentaro, Kobayasi Kadzuo və başqaları belə bir təklif irəli sürürdülər ki, Yaponiyanın milli birliyi üçün mütləq qalibiyyətli müharibə lazımdır. Bu dairələrin tələbi ilə 1885-ci ilin sonlarında Koreyaya gizli şəkildə hərbi dəstələr göndərilməyə başlandı. Əsas hərbi qüvvələr Osakadan Naqasakiyə göndərilirdi və həmin qüvvələr buradan Koreyaya keçməli idilər. Onların əsas vəzifəsi Koreya-da dövlət çevrilişi etməkdən və yaponpərəst qüvvələri hakimiyyətə gətirməkdən ibarət idi. Lakin bu işin üstü açıldı və liberal hərəkatın bir çox üzvləri həbs edildi. Bu iş Yaponiya tarixində Osaka hadisələri adlanır.
1893-1895-ci illərdə Koreyada Tonxak dini təliminin rəhbərliyi altında baş verən antifeodal kəndli müharibəsi Çin–Yaponiya müharibəsi üçün əsas bəhanə oldu. Üsyan Koreyanın cənub ərazilərində başlansa da, qısa müddət ərzində bütün Koreyanı əhatə etmişdi. Üsyançılar hökumət qüvvələrini bir neçə dəfə məğlubiyyətə uğratmışdılar. Koreya hökuməti üsyanın yatırılmasında kömək üçün Çinə müraciət etmişdi.
Koreyada Çinin Baş rezidenti Yuan Şi Kay 1885–ci il Tyanszin müqaviləsinin şərtlərinə müvafiq olaraq Koreyanın müraciəti və Çin qoşunlarının yeridilməsi haqqında Yaponiyaya məlumat verdi. 1894-cü il iyunun 8-də 2,5 min nəfərlik Çin qüvvələri Asan şəhərinə çıxarıldı.1894-cü il iyunun 10-da isə İnçxon – Seul rayonuna yapon qoşunları çıxarıldı. Ölkədə iki xarici dövlətin qüvvələrinin toplandığını görən Koreya hökuməti Çin və Yaponiyadan öz qoşunlarını ölkə ərazisindən çıxarmağı tələb edir. Lakin Yaponiya Çinə Koreyada daxili idarəçilikdə birgə islahatlar keçirməyi təklif etdi. Bununla da Yaponiya öz qoşunlarının Koreyada saxlanılmasını əsaslandırmış olurdu. Çin isə öz növbəsində bu təklifi rədd etdi. 1894-cü il iyunun 26-da Yaponiyanın Koreyadakı elçisi Koreya imperatoruna daxili islahatlar keçirməsi və bunun həyata keçirilməsi üçün Koreya – Yaponiya birgə komissiyasının yaradılması haqqında təkliflər layihəsini təqdim etdi. Eyni zamanda, bu layihədə tələb olunurdu ki, Koreya rəsmi şəkildə Çindən asılılığını rədd etsin. Koreya hakim dairələrinin qətiyətsizliyini görən Yaponiya qəti tədbir görmək qərarına gəldi. 1894-cü il iyulun 16-da İngiltərə ilə bərabərhüquqlu müqavilənin bağlanması günü Yaponiyanın xarici işlər naziri Mutsu Koreyadakı yapon elçisinə qəti addım atmaq haqqında göstəriş verdi. İyulun 19-da Yaponiya xarici işlər nazirliyi və Baş Qərargah müharibə elan etmədən hərbi əməliyyatlara başlamaq haqqında qərar çıxartdı. 1894-cü il iyulun 22-dən 23-nə keçən gecə Yaponiya qoşunları Koreya qvardiya hissələrini məğlub edərəg Seulda imperator sarayını ələ keçirdilər və Koreya hökuməti devrildi. Şəhərdə iki gün davam edən şiddətli döyüşlər nəticəsində iyulun 25-də koreyalıların müqaviməti qırıldı.Yaponlar yeni təşkil etdikləri hökumətə imperatorun atabəy şahzadə (tvenqun) titulu daşıyan atasını hakimiyyətə gətirdilər.1894-cü il iyulun 25-də yaponlar Koreyaya Çin hərbiçilərini daşıyan ingilislərin Qaoşen gəmisini bombardman edərək batırdılar, mindən artıq adam öldürüldü. Bundan sonra Yapon qoşunları Asan – Konçcu – Sonxvan rayonlarında yerləşmiş Çin qüvvələri üzərinə hücuma keçdilər.Yaponlarla Çinlilər arasında ilk quru döyüşü Sonxvan yaxınlığında baş verdi və bu döyüşdə çinlilər ağır məğlubiyyətə uğradılar. Yalnız 1894-cü il avqustun 1-də Yaponiya və Çin imperatorlarının bir-birinə müharibə elan edilməsi haqqında fərmanları elan olundu. Avqustun 16-da Koreya hökuməti Yaponiyanın təhriki ilə Çinlə bağladığı bütün müqavilələrin ləğv olunduğunu bildirdi, əvəzində isə Koreya ilə Yaponiya arasında 1894-cü il avqustun 26-da ittifaq müqaviləsi imzalandı. Müqavilədə qeyd olunurdu ki, hər iki tərəf Çinə qarşı hücüm – müdafiə mövqeyini tutur, Çin qoşunlarının Koreya ərazisindən qovulmasına cəhd göstərir. Koreya isə Yaponiya qoşunlarını ərzaq və nəqliyyat vasitələri ilə təmin etməli idi. 1894-cu il sentyabrrın 16-da Pxenyan şəhəri yaponlar tərəfindən ələ keçirildi və sentyabrın 17-də Çinlə Yaponiya arasında Koreya uğrunda son döyüş baş verdi. Yalu çayı mənsəbində baş verən 5 saatlıq dəniz döyüşündə Yaponiya donanması qalib gəldi və məğlub olmuş Çin gəmiləri Veyxayvey limanına çəkildilər. Bununla da, hərbi əməliyyatların Koreya hissəsi başa çatdı.
2)Çin-Yaponiya münasibətləri
Çin – Yaponiya müharibəsinin ikinci mərhələsini Mancuriya (Dunbey) ərazisində gedən hərbi əməliyyatlar təşkil edir. Çin ərazisində hərbi əməliyyatlar 1894-cü il oktyabrın 24-də Dalyan (Dalni) – Lyuşunkou (Port-Artur) rayonunda başlandı. Noyabrın 6-da Sinçcou, noyabrın 8-də isə Dalyan yaponlar tərəfindən ələ keçirildi. Noyabrın 22-də Lyuşunkou qalası süqut etdi.Dalyan-Lyuşunkou rayonundakı məğlubiyyətlərdən sonra Çin hökuməti sülh bağlanması üçün yollar axtarmağa başladı. 1894-cü il noyabrın 20-də Tyanszin gömrük idarəsinin rəisi alman Qustav Detrinq danışıqlar aparmaq üçün Yaponiyaya göndərildi. Lakin Yaponiyada onu xarici ölkə vətəndaşı olduğuna görə qəbul etmədilər.Yeni Çin nümayəndə heyətinə maliyyə nazirinin müavini Şao Yu–lyan, müşavir sifətində isə ABŞ-ın keçmiş dövlət katibi Jon Foster daxili edildilər.Yaponiya nümayəndələri isə baş nazir İmo Xirobumi və XİN Mutsu Munemutsu idilər. Danışıqlar zamanı Yaponiya öz sülh müqaviləsi layihəsini təqdim etdi. Burada əsas şərtlər aşağıdakılardan ibarət idi:
1.Koreyanın müstəqilliyi;
2.Çinin bəzi ərazilərinin Yaponiyaya verilməsi və Yaponiyanın
hərbi xərclərinin Çin tərəfindən ödənilməsi;
3.Avropa ölkələri və ABŞ-la imzalanmış müqavilələr tipində Çinlə Yaponiya arasında ticarət müqavilələrinin imzalanması.
Danışıqlar, yəni nümayəndə heyətlərinin Yaponiyaya gəlişi və müzakirələr 1895-ci ilin martın ortalarınadək davam etdi. Bu müddətdə yapon qoşunları 1895-ci il yanvarın 20-dən fevralın 12-də Veyxayvey əməliyyatını həyata keçirdilər və fevralın 12-də Veyxayvey limanı, martın 19-da isə Nyuçcuan (İnkou) rayonu yaponlar tərəfindən ələ keçirildi. Danışıqların ikinci mərhələsi 1895-ci il martın 20-də Simoneseki şəhərində başlandı.Çin nümayəndə heyətinə Şimal – Şərqi Çin və Koreya İşləri Üzrə İdarənin rəisi Lu Xun-çcan rəhbərlik edirdi. Lakin o, martın 24-də Çinlə sülh müqaviləsi imzalanmasını rədd edən və hərbi əməliyyatları davm etdirməyi tələb edən yerli yapon millətçilərindən biri tərəfindən yaralandı. Bu hadisə ilə əlaqədar nümayəndə heyətləri martın 30-da müvəqqəti (21 günlük) sülh imzaladılar.
Çinlə Yaponiya arasında son müqavilə 1895-ci il aprelin 17-də Simonsekidə imzalandı. Müqavilənin əsas şərtləri:
-Tayvan və Penxuledao adaları Yaponiyaya verilirdi;
-Çin 230 (200+30) milyon tael (345 milyon iyen) təzminat verməli idi;
-Çinin 4 yeni limanı (Şaşi, Çunsin, Suçcoy və Xançcoy)Yaponiya üçün
açıq elan edildi və bu limanlarda Yapon konsulluğu yerləşdirilməli idi;
-Yaponiya Çində sənaye müəssisələri tikmək hüqüqu alırdı;
- Koreyanın müstəqilliyi tanınırdı;
- Çin Avropa ölkələri və ABŞ–la imzaladığı ticarət müqavilələri tipində Yaponiya ilə də müqavilə imzalamağı öhdəsinə götürürdü (sonuncu şərtlə bağlı müqavilə yalnız 1896-cı il iyulun 21-də imzaladı).
Yüklə 39,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə