Meyci inqilabı və onun nəticələri


-ci ilin fevralında hökumətin yenidən qurulması sahəsində bir sıra tədbirlər həyata keçirildi. Nazirlik tipində 7 əsas idarə yaradıldı



Yüklə 39,2 Kb.
səhifə2/4
tarix28.04.2023
ölçüsü39,2 Kb.
#107578
1   2   3   4
1868-ci ilin fevralında hökumətin yenidən qurulması sahəsində bir sıra tədbirlər həyata keçirildi. Nazirlik tipində 7 əsas idarə yaradıldı:
-Rəsmi dövlət dini olan sintoizm idarəsi; -Daxili işlər idarəsi; -Xarici işlər idarəsi;-Hərbi idarə; -Donanma idarəsi;-Ədliyyə idarəsi; -Qanunvericilik idarəsi.
Hər bir idarəyə imperator ailəsinin üzvü olan şəxs və ya saray zadəganları rəhbərlik edirdilər. İdarə başçıları baş müşavirlər, yerli əyalət rəhbərləri isə kiçik müşavirlər içərisindən təyin edilirdilər. Ən mühüm vəzifələrə imperator ailəsinin üzvləri, saray zadəganları və iri feodallar təyin edilsələr də, faktiki hakimiyyət syoqunluğun devrilməsində mühüm rol oynamış cənub-qərb feodallığından (Sasuma, Tyosyu, Tosa və Xidzen) olan samurayların aşağı təbəqəsinin əlində toplanmışdı.
1868-ci il aprelin 6-da Kioto şəhərindəki imperator sarayında saray zadəganlarının («kuqe») və feodalların («daymyo») iştirakı ilə keçirilən müşavirədə azyaşlı imperator Mutsuxito yeni hökumətin Andlı öhdəliyini elan etdi. 5 maddədən ibarət bu sənəddə aşağıdakı əsas prinsiplər öz əksini tapmışdı:
1.Geniş yığıncaq çağırılacaq və bütün dövlət işləri ictimai rəy nəzərə alınmaqla burada həll ediləcəkdir;
2.Hakimiyyətdə olmasından asılı olmayaraq bütün insanlar özünü millətin dirçəlməsinə həsr etməlidirlər;
3.Bütün hərbi, mülki rütbə daşıyanlar və sadə xalq üçün şəxsi cəhdlərini və fəaliyyətlərini inkişaf etdirmək imkanı yaradılacaqdır;
4.Keçmişin bütün pis ənənələri ləğv ediləcək, ədalət qorunacaq, haqsızlığa yol verilməyəcəkdir;
5.Elm dünya miqyasında inkişaf etdiriləcək və bu yolla da imperiyanın əsasları möhkəmləndiriləcəkdir.
Bu, hökumətin öz siyasi prinsiplərinə dair hələ vətəndaş müharibəsinin getdiyi bir dövrdə (1968-1869) elan etdiyi ilk Bəyannamə idi. Hökumət öz prinsiplərində «ölkənin yenidənqurulmasını» irəli sürürdü. Bununla yanaşı, Bəyannamə milli birliyin möhkəmləndirilməsinə, hökumətin zadəganlar və iri ticarət-sələmçi burjuaziyası tərəfindən müdafiə ediləcəyi fikirlərini əks etdirirdi. 1868-ci il mayın 17-də dövlət quruluşu haqqında verilmiş fərmanı bəzən Meydzi hökumətinin ilk konstitusiyası adlandırırlar.Bu fərmana əsasən, əvvələr mövcud olmuş Ali dövlət orqanı əvəzinə qanunvericilik, icraedicilik və məhkəmə hakimiyyətini özünə birləşdirən Dövlət Şurası («
Yüklə 39,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə