Mündəricat Giriş Fəsil İkipilləli zond raketinin ümumi layihələndirilməsi



Yüklə 5,45 Mb.
səhifə1/10
tarix23.09.2023
ölçüsü5,45 Mb.
#122855
  1   2   3   4   5   6   7   8   9   10
Qalxma kütləsi 4t olan 2 pilləli zond raketin lahiyələndirilməsi (2)


Qalxma kütləsi 4t olan 2 pilləli zond raketin lahiyələndirilməsi
Mündəricat
Giriş
Fəsil 1. İkipilləli zond raketinin ümumi layihələndirilməsi
Fəsil 2. Raketin yanacaq sisteminin layihələndirilməsi
Fəsil 3. İkipilləli zond raketinin konstruksiyasının texniki təsviri
Nəticə
Ədəbiyyat siyahısı


Fəsil 1. İkipilləli zond raketinin ümumi layihələndirilməsi
Kosmik avadaqlıqları, tədqiqatçıları və o cümlədən, müxtəlif yükləri orbitə çatdıran raketlər və kosmik gəmilər nəqliyyat vasitələri adlanır. Kosmik raketlər yaradılmazdan əvvəl, yer səthinin fəzadan öyrənilməsindən, aerofotoplanalmadan geniş istifadə edilməsinə baxmayaraq, 20 km - dən böyük olan yüksəklikdən alınmış aerofotoşəkillərin informasiya imkanları çox zəif idi.
Ona görə də qeydedici cihazları kosmik yüksəkliyə qaldırmağa ehtiyac yaranırdı. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində böyük yüksəkliklərə çata bilən ballistik raketlər yaradıldı. 1945-ci ildə ABŞ tərəfindən 120 km yüksəkliyəyə buraxılmış “FAU -2” ballistik raketi vasitəsilə Yerin kosmik şəkli əldə edildi. Sonralar, 1957-ci ilə qədər, kosmosa müxtəlif məqsədli bir çox ballistik raketlər göndərilmişdir ki, onların da arasında xüsusi yeri ikipilləli raket-daşıyıcılar tuturdu. İkipilləli ballistik raketlərin yaradılması dünya təcrübəsində ilk dəfə olaraq, kosmik fəzanın planlı surətdə tədqiqi proqramının tərtibinə və işlənməsinə güclü təkan verdi. İlk ikipilləli raket-daşıyıcılar qitələrarası ballistik raketlərin əsasında yaradılmışdır. Yerin süni peykinin dünyada ilk dəfə orbitə çıxarılması bu tip raketlə həyata keçirilmişdir.
Sonrakı üçpilləli “Vostok” tipli raketdaşıyıcıların yaradılması ilk dəfə kosmik gəmilərdə insanın uçuşuna və idarəolunan gəmilərin ixtirasına şərait yaratdı. Bu tipli raket-daşıyıcılarla ilk Ay stansiyaları, “Kosmos” seriyalı peyklər və digər kosmik cihazlar kosmosa çıxarıldı. Orta sinfə mənsub «Soyuz» üçpilləli raket-daşıyıcıların yaradıl-ması idarəolunan avtomatik kosmik gəmi və peyklərin buraxılmasını reallığa çevirdi. Orta sinfə mənsub olan bu raketlər 7 tona qədər yükgötürmə qabiliyyətinə malikdir.
Təkmilləşdirildikdən sonra üçpilləli raketlərin əsasında dördpilləli «Molniya»tipli raket-daşıyıcı işlənib hazırlandı və bu da «Molniya», «Proqnoz» tipli peyklərin orbitə çıxarılmasını təmin etdi. 1965-ci ildən etibarən, orbitə 20 tona qədər faydalı yük qaldıra bilən ağır sinfə mənsub «Proton» tipli çoxpilləli daşıyıcı raketlər istismara buraxılır. 11 Kosmik gəminin sxeminin orijinal yerləşdirilməsində, mühərriklərinin konstruksiyasında, elektron sistemlərində qabaqcıl texnologiyanın bütün imkanlarından istifadə edilmişdir. “Proton” tipli raketlərdəki avtomatik cihazların köməyi ilə Ay, Venera, Mars və digər fəza kütlələri öyrənilmiş və “Veqa” proqramı həyata keçirilmişdir. “Salyut” və “Mir” orbital stansiyaları, “Horizont”, “Raduqa”, “Ekran” geostasionar əlaqə peykləri də “Proton” tipli raketlərin vasitəsilə kosmik orbitə çıxarılmışdır.
1987-ci ilin mayında ilk dəfə orbital, təkrar uçuşlu gəmilər kimi iri həcmli kosmik cihazları və uzunmüddətli stansiya modullarını istinad orbitinə çıxarmaq üçün “Enerji” universal raket-daşıyıcının uçuş sınağı keçirilmişdir. Start kütləsi 2000 t-dan artıq olan «Ener-ji»nin orbitə 100 t-dan artıq faydalı yük qaldırma imkanı vardır. Raket-daşıyıcının uzunluğu 60m, en kəsiyinin maksimal ölçüsü 20 m, ikinci pillənin diametri isə 8 m-dir.
Yüksək dərəcəli avtomatlaşdırma “Enerji” raket-daşıyıcı start kompleksinin əsas xüsu-siyyətlərindən biridir. Avtomatik idarəetmə üç əlaqədar prosesdən: birinci - hazırlıq və işəsalınma sisteminin avtomatlaşdırılmış idarə edilməsi; ikinci - raketin vəziyyəti haqqında ilkin zəruri informasiyaların (daşıyıcının konstruksiyasının bütün elementlərinin temperatur ölçüləri, yanacaq qablarındakı qaz və mayelərin vəziyyəti və s.) alınması, üçüncü - yanacağın saxlanıldığı qabdan raketə avtomatik verilməsinin və yerdəki start kompleksində işin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
İki pilləli zond raket orbital sürətə nail olmaq üçün iki fərqli pillənin ardıcıl olaraq hərəkəti təmin etdiyi kosmik gəmidir. O, üçpilləli orbitə buraxılış aparatı və hipotetik təkpilləli orbitə (SSTO) buraxılış aparatı arasında aralıqdır.
Müxtəlif işləmə prinsiplərinə malik olsalar da bütün raketlərin fiziki əsası eynidir. Onlar Nyutonun III qanununa əsaslanır. Mühərrikdə yanma zamanı əmələ gələn qaz kütləsi raketdən kənara vurularaq raketdə itələyici qüvvə yaradır. Kütlənin azalması impuls yaradır. Raketin kütləsi və yanacağı arasındakı əlaqə 1903-cü ildə rus alimi Çialkovskinin tərtib etdiyi düstur əsasında hesablanır.
İki pilləli raket növləri:
1. Eninə ayırma ilə ikipilləli raket;
2. Uzunlamasına ayrılan iki pilləli raket.


Yüklə 5,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə