MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə1/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
  1   2   3   4   5   6   7   8   9   ...   78
mülki müdafiə


MÜHAZİRƏ 1
Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



    1. Mülki müdafiənin məqsədi, vəzifələri, prinsipləri və strukturu

İnsanların təhlükəsizliyinin tə'minatı son illərdə kəskin hal almışdır.
Mülki müdafiə (MM) - insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı, insanın mühafızəsinin metod və vasitələrini, yollarını, zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür.
Mülki müdafiənin yaranma tarixi. Parisdə tibb xidməti generalı Corc Sant-Pol ―Cenevrə regionu Assosiasiyası təşkilatını yaratmışdır. Təşkilatın əsas məqsədi bütün ölkələrdə hələ sülhdövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları(qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın.1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevreyə köçürülmüşdür.
BMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31 -də "Azərbaycan Respublikasının Mülki müdafıəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də "Mülki müdafıə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır, Yuxarıda deyilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Azərbaycan respublikasının FHN haqqında əsasnamə (19.IV.2006-cı il №394), Azərbaycan respublikası FHN-nin MM Qoşunları haqqında əsasnamə (29.12.2006-cı il № 511) və s.
Azərbaycan Respublikasının Mülki müdafiəsi - sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin tə'sirindən mühafızə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafıə tədbirləri sistemidir.
Mülki müdafiənin məq­sədi:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə pro­filaktik tədbirlərin həyata keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və it­ki­lə­rin həcminin maksimum azaldılması;
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qal­dırıl­ması.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə