MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Rayonun mülki müdafiə qərargahı



Yüklə 4,5 Mb.
səhifə4/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   2   3   4   5   6   7   8   9   ...   78
mülki müdafiə

Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və onun şö'bələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur. Qərargahın şəxsi hey'əti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə yetirilir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir.
Qərargah hey'ətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şö'bəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və ra-diasiyadan mühafızə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi).
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafıə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafıənin döyüş hazırlığmı daim tə'min etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını tə'min etmək; kəşfıyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik göstərmək; əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi və bakterioloji, adi silahlardan, sülh mahiyyətli FH-dan mühafızəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mülki müdafıə xidmətləri və dəstələri şəxsi hey'ətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən obyektlərin mülki müdafıə hazırlığına nəzarət etməkdir.
Rayonun (şəhərin) mülki müdafiə xidmətləri. Mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını tə'min etmək üçün, yerli şəraiti nəzərə alaraq, rayon (şəhər İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır
Mülki müdafiə xidmətləri aşağıdakı növlərdən ibarətdir:

  • rabitə xidməti  rayon və ya şəhər rabitə kontorunun əsa­sın­da təşkil olunur;

  • tibb xidməti  tibb müəssisələrinin bazası əsasında yara­dı­lır (xidmət rəisi rayonun baş həkimidir);

  • ictimai asayişi mühafizə xidməti  polis şöbəsinin bazası əsa­sında təşkil olunur (xidmətin rəisi rayon polis şöbəsinin rəi­si­dir);

  • yanğından mühafizə xidməti – yanğından mühafizə təş­kilat­la­rının bazası əsasında yaradılır (xidmətin rəisi rayon yanğın mü­fə­ttişidir);

  • ərzaq və paltarlarla təchizat xidməti – rayon istehlak cə­miy­­yəti və ticarət bazası əsasında yaradılır (xidmətin rəisi rayon is­tehlak cəmiyyətinin sədridir);

  • heyvanları və bitkiləri mühafizə xidməti – baytarlıq və aq­ra­nomiya idarələrinin bazası əsasında təşkil olunur.

Rayon rəhbərliyinin razılığı ilə rayonda başqa xidmətlər də (kommunal-texniki xidmət, avtomobil nəqliyyatı xidməti, maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla bilər.



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə