Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində



Yüklə 20,19 Kb.

tarix08.10.2017
ölçüsü20,19 Kb.


Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan 

Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində  

“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması 

haqqında  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Nüvə  enerjisinin  dinc  məqsədlərlə  istifadəsi  və  nüvə  texnologiyalarının  sənaye,  kənd 

təsərrüfatı,  təbabət  və  digər  sahələrdə  vüsət  alması  Azərbaycan  Respublikasında  bu 

istiqamətdə  tədqiqatların  genişləndirilməsini  və  nüvə  energetikasının  yaradılmasını  tələb 

edir.  Ölkədə  nüvə  texnologiyalarının  tədqiqi  ilə  bağlı  indiyədək  müəyyən  işlər  görülmüş, 

nüvə  texnologiyaları  ilə  məşğul  olan  alimlər  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq 

çərçivəsində  müxtəlif  layihələrdə  iştirak  etmiş,  müvafiq  təcrübə  toplamışlar.  Bununla 

yanaşı,  indiyədək  aparılan  araşdırmalar  sırf  elmi-nəzəri  xarakter  daşımışdır.  Mövcud 

maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun olmaması Azərbaycanda nüvə 

xammal  ehtiyatları  potensialının  qiymətləndirilməsinə  dair  tədqiqlərin  müasir  tələblərə 

uyğunlaşdırılmasına  imkan  vermir.  Nüvə  texnologiyaları  və  nüvə  energetikası  sahəsində 

kompleks tədbirlərin həyata keçirilməsi respublikanın gələcək dayanıqlı inkişafının təmin 

olunmasında xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini 

rəhbər  tutaraq,  nüvə  texnologiyalarının  müasir  dövrün  tələblərinə  və  milli  mənafelərə 

uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki 

bazasının  yaxşılaşdırılması,  yüksəkixtisaslı  kadr  potensialının  gücləndirilməsi  və 

tədqiqatların genişləndirilməsi zərurətini nəzərə alaraq qərara alıram: 

1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində 

səhmləri dövlətə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti 

yaradılsın.  

2. “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – 

Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət 

orqanlarına həvalə edilsin:  

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:  

2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının 

miqdarının müəyyən edilməsi;  

2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;  

2.1.3. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin 

rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi

2.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan 

ə

qdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi; 



2.1.5. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki 

Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.  

2.2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:  

2.2.1. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və 

xərclər smetasının təsdiq edilməsi;  

2.2.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər 

hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;  

2.2.3. Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların 

səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; 

2.2.4. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və 

filiallarının, habelə törəmə müəssisələrin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad 

edilməsi;  




2.2.5. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi. 

2.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:  

2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə 

müəssisələrin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi. 

3. Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, 

Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Respublikasının Prezidenti 

tərəfindən həyata keçirilir.  

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:  

4.1. iki ay müddətində  

4.1.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti 

ilə razılaşdıraraq təsdiq etsin;  

4.1.2. Cəmiyyətin bina və zəruri maddi-texniki baza ilə təmin edilməsi ilə bağlı tədbirlər 

görsün;  

4.1.3. Cəmiyyətin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri 

avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının 

Prezidentinə təqdim etsin; 

4.1.4. Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə 

və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 

Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından Cəmiyyətə veriləcək 

ə

mlakın siyahısını müəyyən edərək verilməsini təmin etsin; 



4.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması və onun ilkin mərhələdə 

saxlanma xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin 

vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;  

4.3. Cəmiyyətin yaradılması ilə əlaqədar:  

4.3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı 

təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin;  

4.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının 

uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının 

Prezidentinə məlumat versin;  

4.3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının 

uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  

4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.  

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının 

normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə 

ə

laqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 



məlumat versin.  

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak 

Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər 

görsün.  

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cəmiyyətin nüvə və radioloji 

fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirsin.  

8. Azərbaycan Milli Elmlər Akademiyası Cəmiyyətdə aparılan fundamental və tətbiqi elmi 

tədqiqatların əlaqələndirilməsini təmin etsin. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 may 2014-cü il.



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə