Möhtəşəm fərman



Yüklə 0,6 Mb.
səhifə1/37
tarix04.08.2018
ölçüsü0,6 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   37

MÖHTƏŞƏM FƏRMAN
İslam İnqilabının Böyük Rəhbərinin 2010-cu ilin payızında Qum şəhərinə səfəri zamanı etdiyi çıxışlar

Tərcümə edən: Əlirza Sərablı

Kitabın adı:..........................Möhtəşəm fərman

Tərcümə edən:........................... Əlirza Sərablı

Nəşr edən:.................................."Üfüqe-fərda"

Çap tarixi:.................................................2013

Çap növbəsi:..........................................Birinci

Tiraj:.........................................................3000

Möhtəşəm qarşılama


Qum əhalisinin böyük toplantısı; Qarşılama mərasimi

19 Oktyabr 2010

Bismillahir-Rəhmanir-Rəhim.

Həmd və səna aləmlərin Rəbbinə məxsusdur. Ağamız və peyğəmbərimiz Əbülqasim Məhəmməd Mustafaya və onun pak, seçilmiş, hidayət edən və məsum ailəsinə, xüsusən də Allahın Yer üzündə saxladığı (İmam Mehdiyə) salavat və salam olsun!

Həzrət İmam Rzanın (ə) mübarək təvəllüdü, həmçinin kəramət ongünlüyü və həzrət Fatimə Məsumənin (ə) təvəllüdü münasibəti ilə sizi təbrik edirəm.



Allah-Taalaya şükür edirəm ki, mənim üçün xatirələrlə dolu olan əzəmətli Qum şəhərində siz əziz əhali ilə yenidən görüşməyi mənə nəsib etdi.

Qum şəhərinin mövqeyi və keçmişi


Qum şəhəri elm, cihad və agahlıq şəhəridir. Otuz ildən artıq sürən bu müddətdə Qum əhalisinin agahlığı həmişə özünü göstərən çox əhəmiyyətli faktorlardan biri olmuşdur.

Qumun formalaşmasında cihad və agahlıq elementlərinin rolu


Maraqlıdır ki, Qum şəhərinin yaranması da agahlıqla yanaşı olan bir cihad hərəkətindən irəli gəlmişdir. Yəni Əşərilər tayfası gəlib bu yerdə sakin olanda əslində buranı Əhli-beyt (ə) təlimlərini yaymaq üçün mərkəzə çevirdilər; burada mədəni bir cihad başlandı. Əşərilər Quma gəlməzdən öncə döyüşmüş, hərbi cihad da etmişdilər. Əşərilərin başçısı cənab Zeyd ibn Əlinin (ə) qiyamında mübarizə aparmışdı. Bu səbəbdən Həccac ibn Yusifin onlara qəzəbi tutdu, onlar məcbur olub buraya gəldilər, öz fəaliyyətləri, agahlıqları və elmləri ilə bu bölgəni elm mərkəzi etdilər. Məhz buna görə həzrət Fatimə Məsumə bu tərəfə gələndə Qumu görmək istədi; Əşəri böyüklərinin burada olduğuna görə. Onlar xanımı qarşılayıb bu şəhərə gətirdilər və bu nurlu məqbərə o zamandan - o həzrətin vəfatından sonra bu şəhərdə işıq saçmağa başladı. Bu əzəmətli mədəni hərəkəti yaradan Qum əhalisi o zamandan bu şəhərdə Əhli-beyt (ə) təlimlərinin mərkəzini yaratdılar, yüzlərlə alimi, hədisşünası, təfsirçini, İslam və Quran hökmlərini bəyan edən alimləri İslam dünyasının şərqinə və qərbinə göndərdilər. Elm Qumdan Xorasanın, İraqın və Şamın ucqar yerlərinə qədər yayıldı. Bu, Qum əhalisinin ozamankı agahlığıdır. Qum cihad və agahlıq əsasında yarandı.

Qum - müasir dövrün elm, cihad və agahlıq mərkəzi


Müasir dövrdə də həmin xüsusiyyətlər mövcuddur; yəni Qum ən üstün dini və ilahi təlimlərin mərkəzidir, mücahidlik, agahlıq və böyük alimlərin sükunəti sayəsində burada İslam dünyasının şərqinin və qərbinin bəhrələndiyi bir bulaq çağlayır.

İnqilabdan öncəki həssas dönəmlərdə Qum əhalisinin rolu


Mən iki mühüm dönəmi yada salmaq istəyirəm. Bu iki dönəmdə qumlular həqiqətən təsirli və həmişəyaşar rol ifa etdilər:

1963-cü ilin 15 Xordad (5 İyun) hadisəsi


Biri 1963-cü ilin Aşura günü və ondan iki gün sonra baş verən 15 Xordad (5 İyun) hadisəsidir. Qum əhalisi Aşura günü bu Feyziyyə mədrəsəsinə toplaşıb İmamın fəryadını dinlədi, ruhunu doyurdu, iki gündən sonra Böyük İmamın saxlanması xəbərini eşitdikdə isə müqəddəs məqbərəyə toplaşdılar. Onların bu möhtəşəm hərəkəti Böyük İmamımızın rəhbərlik etdiyi ruhani hərəkatının hövzənin divarları arxasında qalmamasına və cəmiyyətə çıxmasına bais oldu. Bu işin avanqardı qumlular oldular; onlar bu böyük işi gördülər.

1977-ci ilin izdihamlı mitinqi


Başqa bir dönəm 1977-ci ildir. O zaman Böyük İmamı təhqirə dair düşmən təxribatının əsl mahiyyətini dərk etdilər, məsələnin nə olduğunu anladılar; çünki məsələ yalnız təhqirlə bitmirdi. Həmin vaxt Qum şəhərində sözügedən xəyanətkar hərəkət əleyhinə izdihamlı xalq yürüşü təşkil olundu. Bu xiyabanlarda - İrəm xiyabanında, Çahar mərdan xiyabanında qumlu gənclərin qanı töküldü. Onlar canlarını verdilər, öz qanları ilə sözlərinin doğruluğunu sübuta yetirdilər.

İnqilabdan sonrakı dövrdə Qum əhalisinin rolu


İnqilabın qələbəsindən sonrakı bu otuz il boyu bu xalq bütün dönəmlərdə ixlasla, sədaqətlə, səmimiyyətlə və nümunəvi agahlıqla meydana atılmışdır. Düşmənin Qum haqda proqramı və layihəsi vardı. Əgər Qum əhalisi sayıq olmasaydı, agah olmasaydı, düşmənlərin Quma dair təhlükəli layihələri çox ziyan vuracaqdı. Xalqın sayıqlığı və bu şəhərdə elmi hövzənin olması onun agahlıq mərkəzinə çevrilməsinə bais oldu.

Qum - alimlərin və elmi hövzənin sığınacaq yeri


Elmi hövzənin təsisçisi olan mərhum Ayətullah Hairinin dövründən bu şəhərdə böyük təqlid müctəhidləri olmuşdur; mərhum Ayətullah Bürucerdi, mərhum Ayətullah Gülpayiqani, mərhum Ayətullah Əraki, mərhum Ayətullah Mərəşi, mərhum Ayətullah Bəhcət. Bu gün də Allaha şükür olsun ki, bu şəhərdə böyük təqlid müctəhidləri və görkəmli din alimləri var. Elmi hövzə xeyir-bərəkət amilidir. Doğruçu, agah və Allah yolunda mücahid olan bu şəhər hövzənin qədrini bildiyini, ruhaniliyin qədrini bildiyini, lazımi yerdə meydana atıldığını göstərmişdir. Bu şəhər dövrün böyük insanı olan həzrət İmam Xomeyninin hərəkata başladığı yer olduğuna görə inqilabın mərkəzinə və ümidinə çevrilmişdir. Bizim bu izdiham qarşısında çıxış müddətimiz məhduddur. Təəssüf ki, gələrkən xalqın sevgisi üzündən küçələrdə çox gecikdik; odur ki, vaxt ötmüşdür. Mən yalnız bir neçə qısa cümlə deyəcəyəm.

Qum - inqilabın vətəni və mərkəzi


Əvvəla Qum inqilabın vətənidir; ölkənin ən dindar şəhəri və müasir dövrün ən böyük inqilabının mərkəzi və vətənidir. Bunun mənası nədir? Bunun mənası odur ki, bütün dünya bu inqilabın dini bir inqilab olduğunu bilsin. Bu inqilab barədə heç bir yanlış və materialist təhlil yürütmək olmaz. Onun vətəni Qumdur, rəhbəri bir fəqih, filosof, böyük bir alim və ruhanidir. İnqilab bütün dünyada belə tanınmışdır. Bu, bir məsələ.



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə