MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Fövqəladə halların nəticələrinin ləğvində idarəetmənin təşkili və həyata keçirilməsi



Yüklə 4,5 Mb.
səhifə78/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   70   71   72   73   74   75   76   77   78
mülki müdafiə

Fövqəladə halların nəticələrinin ləğvində idarəetmənin təşkili və həyata keçirilməsi
FH komissiyası respublikanın inzibati-ərazi bölgüsünə və sahə idarəetmə orqanlarının strukturuna müvafiq olaraq əra­zi üzrə respublikanın şəhər, rayon və digər yaşayış məntəqə­lə­ri­ni, istehsalat sahələri üzrə bütün nazirlikləri, baş idarələri və hər cür sosial obyektlərini əhatə edir. İdarəetmə orqanları:
1) rəhbər orqanlar;
2) gündəlik idarəetmə orqanları;
3) ətraf mühitə və təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr.
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüv­və və vasitələr, rabitə və xəbərdarlıq sistemi və digər lazımi mad­di-texniki vəsaitlər müəyyən edilmişdir. MM üzrə respublikamızın qanununa əsasən, mülki mü­da­fiə dəstələri (qüvvələri) ərazi-istehsalat prinsipi üzrə Naxçıvan Mux­tar Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələri üzrə yaradılır.
Yeni qanuna və Əsasnaməyə müvafiq olaraq Azər­bay­can Respublikasında mülki müdafiə işinə ümumi rəhbərliyi Azə­r­baycan Respublikasının Prezidenti həyata keçirir. Azər­bay­can Respublikasının mülki müdafiəsinə respublikanın baş naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün mə­su­liyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata ke­çi­ril­məsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Res­pub­li­ka Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yan­ğın­dan mühafizə işi, dənizdə xilasetmə və s.), mülki müdafiəyə gündəlik rəhbərlik edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbər­lik edirlər:
- Naxçıvan Muxtar Respublikasında – Muxtar Respub­li­ka­nın baş naziri;
- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə – müvafiq ic­ra hakimiyyəti başçıları və onların nümayəndələri;
- təsərrüfat birliklərində və obyektlərdə – onların rəhbər­lə­ri və sahibkarları. Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam mə­su­liyyət daşıyır və bu onların vəzifə borcuna daxildir. Onlar rəh­bərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasi­tə­si­lə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plan­dan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və on­ların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərar­gah­la­rı yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri mülki mü­da­fiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir. Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qo­yu­lur. Obyekt dedikdə  idarə, müəssisə, təhsil mü­əs­sisəsi və di­gər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müda­fi­ə­nin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (di­rek­tor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin ye­ri­nə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sərən­cam­larını obyektin bütün vəzifəli şəxsləri hökmən icra et­mə­li­dir­lər.
Obyektlərdə mülki müdafiə – fəhlə və qulluqçuları, gənc­ləri, tələbələri (şagirdləri) qabaqcadan müasir qırğın vasitə­lə­rin­dən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər təxirəsalınmaz işlər (X və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək gös­tər­mək məqsədilə müavinlər təyin edilir (köçürmə, mühəndis-tex­­niki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə və s.).
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki mü­dafiə qərargahı yaradılır. Qərargah mülki müdafiənin ida­rə­et­mə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bü­tün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah – mülki müdafiə üz­rə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəx­s­lərdən təşkil edilir.



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə