MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Toz əleyhinə parça maska PTM-1



Yüklə 4,5 Mb.
səhifə72/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   68   69   70   71   72   73   74   75   ...   78
mülki müdafiə

Toz əleyhinə parça maska PTM-1 pambıq-tənzif sarğı olub, insanın tənəffüs üzvlərini radioaktiv tozdan və ikincili bak­terial vasitələr buludundan mühafizə edir. Zəhərləyici mad­dələrdən isə qorumur. Maska və sarğı əhalinin özü tərəfindən ha­zırlanır. 2 əsas hissədən – korpus və bərkidici hissədən iba­rət­dir. Korpus 2-4 qat parçadan ibarətdir. Onda gözlü hissə üçün dəlik hazırlanır və şüşələr taxılır. Maskanın baş his­sə­sin­də kənarlarına parça bağları tikilir. Maskanın üzə kip oturması onun həm yuxarı, həm aşağı tikişlərinə rezin taxmaqla əldə edi­lir. Hava nəfəs alan zaman bütün parça boyu təmizlənir. Mas­ka­nı hər bir şəxs hazırlaya bilər. Maskanı radioaktiv tozla yo­luxmaq təhlükəsi zamanı taxırlar. Yoluxmuş ərazidən çıxarkən ilk imkan düşən kimi dezaktivasiya edirlər: radioaktiv toz sil­kə­lənir, qaynar suda sabunla yuyulur və suyu tez-tez də­yiş­mək­lə yaxşıca yaxalanır. Pambıq tənzif sarğı əhali tərəfindən müs­tə­qil hazırlanır. Bunun üçün ölçüsü 100×50 sm olan tənzif par­ça­sı götürülür. Tənzifin üzərinə 1-2 sm qalınlığında, 30 sm uzun­lu­ğunda və 20 sm enində pambıq qatı qoyulur. Kənarları 30-35 sm uzunluğunda elə kəsilir ki, 2 cüt bağ əmələ gəlir. Lazım gələrsə sarğı ilə ağız və burun örtülür, üst bağları ənsədə, alt bağları təpədə bağlanır. Gözləri qorumaq üçün mühafizəedici toz əleyhinə eynəklər taxılır. Tənəffüs üz­v­lə­ri­nin bütün mühafizə vasitələrini daim işlək və istifadəyə ha­zır və­ziyyətdə saxlamaq lazımdır.


Dərinin fərdi mühafizə vasitələri


Dərinin fərdi mühafizə vasitələri (DFMV)  filtrasiyaedici və izolə­edici tiplərə ayrılır, müvafiq olaraq filtrasiyaedici və izo­ləedici materialdan hazırlanır. İstifadə məqsədindən və isti­fadə­etmə sayından asılı olaraq daimi və dövri istifadə edilən, bir­də­fə­lik və dəfələrlə istifadə olunan mühafizə vasitələri vardır.
Xüsusi mühafizə vasitəsinə yüngül mühafizə kostyumu L-1 və yüksək hermetik qabiliyyətinə malik izoləedici kos­tyum­­lar aiddir.
Dərinin fərdi mühafizə vasitələri:
 filtrasiyaedici tipli (ümumqoşun kompleks mühafizə kos­tyumları  OKZK, OKZK-M, OKZK-D, KZS (desantlar üçün));
 izoləedici tipli.
İzoləedici tipli kostyumlar aşağıdakılardan ibarətdir:
- mühafizəedici plyonka kostyum;
- ümumqoşun mühafizə kostyumu (izoləedici dəri mü­ha­fi­zə vasitələrinə ümumqoşun mühafizə komplekti-OZK və mü­ha­fizəedici plyonka kostyum- KZP aiddir);
- yüngül kostym L-1;
- qəza mühafizə kostyumu;
- Ç-20 komplekti;
- LQ tipli pnevmokostyum;
- komplekt KZM-1;
- 6 saylı mühafizə komplekti;
- termokostyumlar;
- gözlərin mühafizə vasitələri QDZK;
- nüvə əleyhi skafandr.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə