MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə74/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   70   71   72   73   74   75   76   77   78
mülki müdafiə

Termokostyumlar. İzoləedici tipli termomühafizə kos­tyum­ları şəxsi heyətin dəri örtüyünü zədələnmə ocaqlarında qəza-xilasetmə tədbirləri zamanı yüksək temperaturun və açıq alovun təsirindən mühafizə edir. Kimyəvi zədələnmə ocağında və yanğın zamanı termomühafizə kostyumunu kimyəvi mü­ha­fi­zə kostyumunun üzərindən geyinirlər.
Kimyəvi izoləedici kostyumlar. Təbii fəlakətlər və tex­no­gen qəzalar baş verdikdə ətrafa GTZM-nin yayılması za­ma­nı maye-damcı və qaz halında olan zəhərli maddələrdən mü­ha­fizə olunması üçün kimyəvi kəşfiyyat və xilasetmə işlərinə cəlb olu­nan şəxsi heyət tənəffüs üzvlərini və dəri örtüyünü mü­ha­fizə vasitələrindən istifadə edir. Mühafizə vasitələri 4 mü­ha­fi­zə sə­viy­yəsinə bölünür:
Tibbi fərdi mühafizə vasitələri
Tibbi fərdi mühafızə vasitələri (TFMV) - fəvqəladə hallar vaxtı zədələnmiş əhalinin profılaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bunlara radio-protektorlar, antidotlar (zəhər əleyhinə dərman) və bakteriya əleyhinə ¬maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir.
Radioprotektorlar - ionlaşdırıcı şüalanmanın tə'sir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə edilən həb şəklindəki sistamin adlı maddədir. Bu həbləri şüalanmadan (M M dəstələri radioktiv zəhərlənmə zonasına girməzdən) 30-40 dəq. əvvəl qəbul etmək məsləhətdir.
Orqanizmə keçən radioaktiv maddələrdən mühafızə üçün xeyli təsirli tibbi vasitə olaraq kompleksyaradan (komplekson) maddələrdən, adsorbentlərdən, kalium-yodid maddəsindən istifadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez çıxarılmasına imkan yaradır.
Antidotlar (zəhər əleyhinə dərman) - ZM-n tə'sirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Sinir-iflicedici (fosforlu-üzvi) tə'sirli, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıqlandıncı, ZM-yə qarşı antidotlar vardır.
Fosforlu-üzvi maddələr (FUM) əleyhinə - afın, taren, atropin və s. sianidlərə qarşı - amilnitrit, propilnitrit adlı; lüizitə və arsin tərkibli digər maddələrə qarşı - unitol adlı antidotlar mövcuddur.
Bu antidotlardan həm profılaktika, həm də ilk tibbi yardım vasitəsi kimi istifadə etmək mümkündür.
Bakteriya əleyhinə maddələr - spesifık və qeyri-spesifık profılaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aiddir. Вu vasitələrin bə'ziləri fərdi aptekçədə (Aİ-2 fərdi aptekçəsində) cəmlənmişdir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə