MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


MÜHAZİRƏ 14 Fərdi mühafizə vasitələrindən istifadə edilməsi



Yüklə 4,5 Mb.
səhifə70/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   66   67   68   69   70   71   72   73   ...   78
mülki müdafiə

MÜHAZİRƏ 14
Fərdi mühafizə vasitələrindən istifadə edilməsi
Müasir qırğın silahlarından mühafızə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafızə və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir.
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
a) Tənəffüs orqanlarının mühafızə vasitələri;
b) dəri səthinin mühafizə vasitələri;
v) tibbi mühafızə vasitələri.
Tənəffüs orqanlarının mühafizəsi
Mühafizə prinsipinə görə fərdi mühafizə vasitələri filtrasiya­edici və izoləedici növlərə ayrılır. Filtrasiya prinsipi insanın həyat fəaliyyətini təmin etmək üçün havada olan zərərli qarışıqların həmin vasitələrdən keçərkən təmizlənməsinə əsaslanır. İzoləedici mühafizə vasitələri insan orqanizmini ətraf mühitdən tamamilə təcrid edir, müəyyən materialların köməyi ilə havanın və zərərli qarışıqların keçməzliyini təmin edir. Hazırlanma prinsipinə görə fərdi mühafizə vasitələri aşağıdakı növlərə bölünür: sənaye üsulu ilə hazırlanmış və əhali tərəfin­dən əlaltı materiallardan hazır­lan­mış sadə vasitələr.
İnsanlarda tənəffüs üzvlərini etibarlı qoruyan vasitə əleyh­qaz­lardır.
Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffus orqan­la­rı­nı və gözlərini havadakı zəhərləyici (buxar, duman, qaz, tüstü, ZM damcılarının) və radioaktiv maddələrin təsirindən, həmçinin aero­zol halındakı yoluxdurucu patogen mikroorqa­nizm və toksin­lər­dən mühafizə etmək üçün kifayət qədər yüksək qoruyucu xas­sə­lərə və istismar göstəricilərinə malikdir. Bu əleyhqazların təc­rid­­edici və süzücü növləri vardır.
Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əley­h­qaz­la­rı) daha geniş yayılmışdır; onların – içərisində fəallaşdırılmış (ka­ta­li­zator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçər­kən zəhərli ha­va­nın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-uducu qu­tu­nun mühafizəedici qatları karbon 2-oksidi (dəm qazını) udub sax­laya bilmir, buna görə də, tənəffus orqanlarının karbon 2-ok­sid­dən mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopkalit) pat­ron­dan istifadə olunur ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir) (şəkil 3.5).
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mü­hafizəsi üçün QP-5. QP-5 m, QP-7 (QP-mülki əleyhqaz) əley­h­qaz­larından; uşaqların mühafizəsi üçün DP-6m (uşaq əleyh­qazı, 6-cı tipi, kiçik ölcülü), DP-6, PDF-7 (süzücü uşaq əleyh­qa­zı, 7-ci tipi), PDF-D (süzücü uşaq əleyhqazı, məktəbə­qədər yaş­lı­lar üçün) və PDF-Ş (süzücü uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər. Bunlardan əlavə, 1.5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-cı tipi) uşaq mühafizə cihazı vardır.
Tabeldənkənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyh­qaz­la­rın qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli mad­də­dən mühafizə üçün nəzərdə tutulmuşdur, ona gorə də qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola bilər.

Şəkil 3.5. Süzücü əleyhqaz QP-7:


1 – üzlük hissə; 2 – süzücü-uducu qutu; 3 – parça örtük;
4 – nəfəsalma klapanı; 5 – danışıq vasitəsi; 6 – nəfəsvermə
klapanı; 7 – obtürator; 8 – başlıq; 9 – alın qayışı; 10 – çənəaltı
qayış; 11 – yanaqüstü qayışlar; 12 – toqqalar; 13 – çanta;
14 – su qabı (flyaqa); 15 – rezin boru

Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissə­dən ibarətdir. Əleyhqazın komplektinə (dəstinə), həmçinin onun çan­ta­sı və tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyh­qazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi qələm də daxildir. QP-5 və QP-5M əleyhqaz­ları kiçik ölçülü (QP-5 tipli) süzücü-uducu qutu və şlemmaska tipli üzlük hissə ilə komp­lekt­ləş­dirilir. QP-5m əleyhqazının şlemmaskasında membranlı qutu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir). QP-5 və QP-5m əleyhqazla­rı­nın üzlük hissələrində birləşdirici boru olmur, onlar bi­lavasitə süzücü-uducu qutuya birləşdirilir.


QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7V, onlar bir-birindən üzlük hissələri ilə fərqlənir. QP-7 əleyhqazı danışıq tərtibatlı və suiçmə tərtibatı olmayan MQP tipli üzlük his­sə ilə komplektləşdirilir. QP-7V əleyhqazı isə danışıq tərtibatı və su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli üzlük hissə ilə komplektləşdirilmişdir ki, bu da zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə imkan yaradır .
Uşaq əleyhqazları quruluşca müxtəlifdir: DP-6 sm uşaq əley­h­qazları 1,5 yaşdan yuxarı kiçikyaşlı uşaqlar üçündür. Bu əley­hqaz DP-6M tipli yüngulləşdirilmiş süzücü qutudan və üzlük hissə olaraq dörd (1, 2, 3, 4) ölçülü MD-1 maskasından (uşaq mas­­ka­sı, 1-ci tipli) ibarətdir, süzücü-uducu qutu və uzluk hissə ola­raq yalnız 5-ci ölçülü MD-1 marakası ilə komp­lekt­lə­ş­diril­miş­dir.
PDF-7 əlehqazları kiçik və böyük yaşlı uşaqlar üçün, PDF-Ş əleyhqazı isə 7 yaşdan 17 yaşa qədər nəzərdə tutulur.
Uşaq əleyhqazlarının quruluşu və iş prinsipi yaşlı adamlar üçün olan əleyhqazlarınkı kimidir (şəkil 3.6).

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə