MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə69/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   65   66   67   68   69   70   71   72   ...   78
mülki müdafiə

Regional təxliyə  zədə faktorları böyük ərazilərə təsir et­dikdə, əhali sıxlığı yüksək və tərkibində iri şəhərlər olan bir və ya bir neçə regionu əhatə etdikdə həyata keçirilir. Regional təx­li­yə keçirildikdə fövqəladə hal zonasından çıxarılan əhali ya­şa­yış yerlərindən xeyli uzaq məsafələrə çıxarıla bilər.
Hərbi kon­flik­tin miqyasından, inkişafından, şəraitin kon­kret xüsusiy­yət­lə­rindən və əhalinin təxliyə tədbirlərinə cəlb edil­məsindən asılı olaraq əhalinin təxliyəsinin aşağıdakı növ­lə­ri vardır: ümumi təxliyə və qismən təxliyə.
Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə  ümu­mi və qismən köçürülə bilər. Göstərilən təxliyə variant­la­rı­nın seçilməsi təhlükənin miqyas və xarakterindən, onun başver­mə proqnozunun gerçəkliyindən, fövqəladə hal mənbəyi zər­bə faktorlarının, təsir zonasında yerləşən istehsal ob­yekt­lə­ri­nin təsərrüfat məqsədləri üçün istifadə perspektivlərindən asılı olaraq müəyyənləşdirilir.
Ümumi təxliyə  fövqəladə zonadan əhalinin bütün ka­te­qo­riyalarının çıxarılmasını tələb edir. Bütünlüklə (ümumi) kö­çürmə halları zamanı səfərbərlik vəsiqəsi olan şəxslərdən, kö­çü­rülməsi qeyri-mümkün olan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa, qalan bütün əhali köçürülür.
Qismən təxliyə  fövqəladə zonadan iş qabiliyyəti ol­ma­yan, məktəbəqədər və məktəb yaşlı uşaqların çıxarılması mə­c­bu­riyyəti yarandıqda həyata keçirilir. Qismən köçürmə zamanı əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahə­lə­rin­də çalışmayan əhali köçürülür. Qismən köçürmə hallarında ilk növbədə:
- internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəllim heyəti və onların ailə üzvləri ilə birlikdə;
- həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət;
- uşaq evlərinin, uşaq bağçalarının və digər uşaq müəssi­sə­lərinin uşaqları təhlükəli rayonlardan çıxarılır.
Köçürmə orqanları
İcra hökuməti haşçıları əhalinin və müəssisələrin şəhərdənkənar zonalarda qəbul cdilməsi və yerləşdirilməsinin əsas təşkilatçısıdır.
Köçürmə komissiyası hələ sülh dövründə yaradılır. Adətən rayonun İcra Hakimiyyətinin başçısı müavini köçürmə komissiyasinm sədri tə'yin edilir.
Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə komissiyası rayonun mülki müdafıə qərargahı ilə birlikdə aşağıdakı əsas vəzifələri yerinə yetirir: fəhlə-qulluqçuların və əhalinin yerləşdiriləcəyi rayonların müəyyən edilməsi üzrə təkliflər hazırlayır, bu rayonların hazırlanması və tə'min olunmasında iştirak edir, köçürülənləri qəbul edən məntəqələrin miqdarını və yerlərini müəyyənləşdirit uşaqları, əlilləri və qocalan nəqliyyatdan düşürmə (boşaltma) məntəqəsindən yerləşdirmə məntəqələrinə daşımşq üçün lazım olacaq nəqliyyat vasitələrinin miqdarını müəyyən edir. Bundan əlavə, əhalinin tibb xidməti, ərzaq, ən lazımlı şeylər və kommunal-məişət xidməti ilə işlə tə'min olunması üçün digər əlaqədar təşkilatlar ilə birlikdə fəaliyyət göstərir, qəbuletmə məntəqələri üçün rəisləri və xidmətçi hey'əti seçir, təsdifl olunması üçün onları Rayon İcra Hakimiyyətinin başçısına təqdiııı edir; qəbuletmə məntəqələrinin şəxsi hey'ətinin işə hazırlanmasını təşkil edir və həyata keçirir, köçürülən əhalinin rayonda qəbul olun-masına və yerləşdirilməsinə rəhbərlik ediıy
İcra hökumət nümayəndələri rəhbərləri və onların qərargahları şəhərdən gələn adamların yerləşdirilə biləcəyi mənzil fondunu, isteh¬salat binalannı və digər tikintiləri əvvəlcədən bölüşdürür; uşaqları, qocaları yerləşdirmə məntəqelərinədək daşımaq üçün la-zım olan nəqliyyat vasitələrini müəyyənləşdirir; fəhlələrin, qulluqçuların və köçürülən əhalinin qəbul edilməsi və yerləşdirilməsi planını işləyib hazırlayırlar.
Köçürülənləri qəbuletmə məntəqələrinin ictimai binalarda (məkteblərdə, klublarda) yerləşdirmək məqsədəuyğundur. Qarşısına qoyulan vəzifələrdən və şəraitdən asılı olaraq məntəqənin hey'ətinə aşağıdakı şəxslər daxil edilə bilər: məntəqənin rəisi, onun tərbiyə üzrə müavini; qeydə alma və uçot qrupu (10-12 nəfər); komendant və növbətçilər (3-5 nəfər); köçürülənləri qarşılama qrupu (16-21 nəfər); komplektləşdirmə və yola salma qrupu (6-7); iaşə qrupu (3 nəfər); tibb məntəqsinin işçiləri (2 nəfər); ana və uşaq otağının xidmətçiləri (2 nəfər) və ictimai asayişi mühafızə qrupu (4-6 nəfər).
Köcürulənləri qəbuletmə məntəqəsinin işini daha yaxşı təşkil etmək məqsədilə lazımi sənədlərin hələ sülh dövründə hazırlayırlar. Bu sənədlərin miqdarı və məzmunu müxtəlif hallarda müxtəlif olacaqdır. Əsas sənədlər bunlardır: məntəqədə qəbul edilməli olan köçürülən şəxslərin siyahısı; məntəqənin şəxsi hey'ətinin siyahısı; xəbərdarlıq sxemi; MM rəhbər hey'ətinin telefon nömrələri siyahısı; köçürülən əhali yerləşdiriləcək yaşayış məntəqələrinin siyahısı; köçürülənləri yerləşdirmə yerlərinə daşımaq üçün ayrılan nəqliyyat vasitələrinin növləri üzrə miqdarı; köçürmə vəsiqələrinin nümunələri; köçürü¬lənləri uçota almaq üçün sənədlərin formaları; məntəqənin şəxsi hey'ətinin xidməti vəzifələri cədvəli.
Köçürülənləri qəbuletmə məntəsinin rəisi vəzifəsinə rəhbər işçilərindən biri tə'yin olunur. O, sülh dövründə: gələn əhalinin qəbul olunması və yerləşdirilməsi qaydalarını və qəbuletmə məntəqəsinin iş qaydasını öyrənməli, qəbuletmə məntəqəsinə gələcək əhalinin miqdarını, onların yerləşdiriləcəyi yaşayış mənəqələrini, qatarların və avtomobil kalonlarının nömrələrini, düşürmə məntəqələrini, və qatarların təxminən nə vaxt gələcəyini, habelə radiasiyadan qoruyan daldalanacaqların yerini bilməlidir.
Komendant məntəqə binasının işə hazırlanması və avadanlıqla tə'min olunması üçün məs'uliyyət daşıyır.
Toplanış-köçürmə mənqələrində (TKM) əhali toplanır, qeydə alınır, mütəşəkkil surətdə nəqliyyata mindirilir və şəhərdənkənar zonaya yola salınır. Bu məntəqələr köçürülən əhalinin iş və ya yaşayış yerlərində hər 2-3 min adam üçün bir məntəqə hesabı ilə rayon (şəhər) İcra Hakimiyyəti Başçısının qərarı əsasında yaradılır. Toplanış-köçürmə məntəqələrinə aşağıdakı vəzifələr həvalə olunur: köçürülmənin başlandığı barədə əhalini xəbardar etmək, onları toplamaq, qeydə almaq və şəhərdənkənar zonaya yola salmağa hazırlamaq; adamların avtomobil nəqliyyatına mindirilməsini, kolonların yaradılmasını və onların minik məntəqələrinə yola salınmasını təşkil etmək, yaranmış vəziyyət haqqında əhaliyə xəbər vermək; "Hava həyəcanı! siqnalı üzrə adamların daldalandırmaq; rayonun köçürmə komissiyasına köçürülmənin gedişatı barədə mə'lumat təqdim etmək. Yaranmış vəziyyətdən və yerli şeraitdən asılı olaraq onlar bir sıra başqa vəzifələri də yerinə yetirə bilərlər.
Toplanış-köçürmə məntəqələrinin işçiləri Silahlı Qüvvələrinə çağırışdan azad edilmiş və ya çağırışı tə'xirə salınmış şəxslərdən tə'yin edilir və qabaqcadan işə hazırlanır.
Hər bir toplanış - köçürmə məntəqəsini köçürmə vəsiqə-lərinin blankları ilə tə'min edirlər.
Köçürmə vəsiqəsi üç hissədən ibarət olur: vəsiqənin əsli, kötüyü və talonu. Onlarda köçürülən şəxsin familiyası, adı, atasının adı, doğulduğu il və yer, köçürülənə qədər yaşadığı yerin ünvanı, haraya köçürüldüyü, onunla birlikdə kimlərin köçürüldüyü, toplanış-köçürmə məntəqəsinin nömrəsi, ünvanı göstərilir və "hesaba alınmışdır” ştampı vurulur. Köçürmə vəsiqəsinin talonu məntəqəsində qalır. kötüyü isə milis şö'bəsinə təhvil verilir. Vəsiqənin əslini köçürülən şəxs özündə saxlayır ki, bu da pasportla birlikdə onun şəxsiyyətini təsdiq edən sənəd sayılır.
Qeydə alma və uçot qrupunun işçiləri məntəqəyə gələn əhalinin uçotunu aparır, vaqonun (maşının) nömrəsini, vaqona, maşına cavabdeh şəxsin familiyasını köçürülənlərə deyir, habelə köçürmə vəsiqəsi almamış şəxslərə həmin vəsiqələri verirlər.
Əhalini xəbərdar edən qrup köçürülmənin başlanması haqqında vətəndaşlara xəbər verir, onlardan qəbz almaqla köçürmə vəsiqələrini paylayır, toplanış-köçürmə məntəqəsinə nə vaxt gəlmək lazım olduğunu və onun harada yerləşdiyini izah edir.
Nəqliyyata mindirən və piyada kolonlarını komplektləşdirən qrup adamların nəqliyyata mindirilməsini, piyada kolonlarını təşkil edir, kolonlara cavabdeh şəxslər tə'yin edir, nəqliyyatda və piyada gedərkən davranış qaydalarını köçürülənlərin nəzərinə çatdırır.
Tibb məntəqəsi xəstələnənlərə yardım göstərmək və toplanış-köçürmə məntəqəsi yerləşən sahənin lazımi sanitariya şəraitini tə'min etmək üçündür. Qrupun hey'ətinə həkim, feldşer, tibb bacıları və sanitarlar daxil edilir. Məntəqənin həkimi toplanış məntəqəsinə və yerləşdirmə yerlərinə gedərkən əhalinin tibbi tə'minatına cavabdehdir. Tibb məntəqəsinin həkimi: köçürülənlər, xüsusən uşaqlar və qocalar üzərində müşahidə aparmalı; ilk tibbi yardım göstərmək üçün məntəqədə lazımi dərman və tibb avadanlığı ehtiyatı saxlanmalıdır. İctimai asayişin mühafizə qrupu (postu) polis işçilerinden və könüllü xalq drujinalarının üzvlərindən yaradılır. Qrupun rəisi ictimai asayiş xidməti tərəfındən tə'yin edilir və operativ cəhətdən toplanış-köçürmə mentəqəsi - rəisinin tabeliyində olur. O, məntəqedə və yüklənmə stansiyasına gedən yollarda ictimai asayişin və təhlükəsiz-liyin tə'min edilməsinə tam cavabdehdir.
Toplanış-köçürmə məntəqəsinin komendantı məntəqəyə yazılmış müəssisələrin, təşkilat və idarələrin rəhbər hey'ətindən tə'yin olunur və köçürmə məntəqəsinin rəisinə tabe olur. O, məntəqəni teleton, radio, lazımi avadanlıq və su ilə tə'min etməli, nəqliyyata minməyə kömək edən qrup üçün adamlar ayırmalı, adamlarm mühafızəsi üçün əvvəlcədən tədbirlər nəzərdə tutmalıdır.
Dəmiryol qatarı (avtomobil kolonu) rəisi köçürülən əhalinin yerləşdirilmə rayonlarma (məntəqələrinə) vaxtında daşınmasına cavabdehdir. Ona, qatar briqadası da daxil olmaqla qatarın bütün şəxsi hey'əti tabedir. Qatar rəisi rabitə vasitələrindən (teleqraf, telefon, radio) və nəqliyyatdan pulsuz istifadə etmək ixtiyarına (xidməti iş üçün) malikdir.



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə