MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə68/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   64   65   66   67   68   69   70   71   ...   78
mülki müdafiə

İstehsalat prinsipi – fəhlələrin, qulluqçuların, digər iş­çi­lə­rin və onların ailə üzvlərinin, ali və orta ixtisas məktəbləri tə­lə­bələrinin, texniki peşə məktəbi şagirdlərinin obyektlər üzrə təh­lükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləş­diril­mə­si­ni nəzərdə tutur. Belə hallarda, təhlükəli rayonlarda fəa­liy­yə­ti­ni davam etdirən obyektlərin işçiləri təhlükəsiz rayonlara çı­xa­rılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçü­rüldüyü rayona aparılırlar.
Qalan əhali isə ərazi prinsipi üzrə  yaşayış yerlərindən kö­çürülür.Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi kö­çür­mə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hər­bi komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi he­yət­dən başqa, bütün əhali köçürülür. Qismən köçürmə za­ma­nı isə əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sa­hə­lərində işləməyən əhali köçürülür.
Əhalini köçürməyin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrində təhlükəli zonadan dərhal çıxarılır. Nəqliyyat vasitələrində şəhərdə işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları, şəhərdən piyada çıxmağa qabil olmayan əhali (xəstələr, 10 yaşadək uşağı olan qadınlar və s.), həmçi­nin MM dəstələrinin bir qismi daşınır. Qalan əhali şəhərdən pi­ya­da çıxarılır.
Fövqəladə halın inkişafından, fövqəladə hal zonasından çı­xarılan əhalinin sayından asılı olaraq təxliyə lokal, yerli və regional olur.
Lokal təxliyə  FH mənbəyinin zədə faktorlarının müm­kün təsir zonası ayrı-ayrı şəhər mikrorayonları və ya kənd ya­şa­yış məntəqələri hüdudları ilə məhdudlaşdıqda və təxliyə edi­lən əhalinin sayı bir neçə min insanla ölçüldükdə keçirilir. Bu hal­da təxliyə edilən əhali, adətən, fövqəladə hal zonasına yaxın olan, lakin zədələnməyən yaşayış məntəqələrində təşkil edilmiş mü­vəqqəti yerləşdirmə məntəqələrində yerləşdirilir.
Yerli təxliyə  orta saylı şəhərlər, iri şəhərlərin ayrı-ayrı ra­yonları və kənd rayonları fövqəladə hal zonasının təsiri altına düş­dükdə keçirilir. Bu zaman təxliyə edilən və təhlükəsiz ra­yon­larda yerləşdirilən əhalinin sayı bir neçə mindən on min­lər­lə insan təşkil edə bilər.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə