MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


RƏD-ə qoyulan əsas tələblər



Yüklə 4,5 Mb.
səhifə65/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   61   62   63   64   65   66   67   68   ...   78
mülki müdafiə

RƏD-ə qoyulan əsas tələblər. RƏD-in proyektinin hazır­lan­­ma­sı mürəkkəb və məsuliyyətli iş­dir. Əsas diqqət onun yer­ləş­ə­cə­yi yerin və avadanlığın seçil­mə­si­nə verilməlidir. Onlar radioaktiv şü­alanmanın təsirini 500-1000 də­fəyə qədər azaltma­lı, kimyəvi təh­lükəli obyektlərdə qəzalar za­ma­nı mühafizə etməli, bir sıra tə­bii xarakterli FH: tufan, boran, qa­sır­ğa və s. zamanı insanların hə­ya­tını xilas etməyə yardımçı ol­ma­lı­dır. Ona görə də onları insan­la­rın iş və yaşayış yerlərinə yaxın in­şa etmək lazımdır.

Şəkil 3.4. Kərpic və ya daş evin RƏD üçün hazırlanması:
1 – süzgəcli və qapaqlı hava borusu; 2 – pəncərənin kərpic və ya daşla hörülməsi; 3 – 30-40 sm hündürlüklü torpaq qatı; 4 – tikilinin bərkidici raması; 5 – bərkidilmiş qapı.

RƏD 20 kPa izafi təzyiqə davam gətirməlidir. Azərbay­can Res­­publikasında fəaliyyət göstərən normativ sənədlərə əsasən RƏD aşağıdakı parametrlərə cavab verməlidir:


- optimal yerləşmə, yəni sığınacağa ehtiyacı olan insanla­rın ən sıx yerləşdiyi ərazidə olmalıdır;
- əsas zədələyici amillərin təsirini lazımi dərəcəyə qədər azal­­dan quruluşa malik olmalıdır. Bu paramert hər RƏD üçün fər­didir;
- keçid dəhlizlərinin lazımi dərəcədə olması, belə ki, onlar nə qədər kiçik olarsa, əlaltı vasitələrlə onları qapatmaq asan olur;
- yeraltı suların səviyyəsi nəzərə alınmalıdır. Belə ki, RƏD-in su basmaması üçün elə yer seçmək lazımdır ki, yeraltı suların ax­ma səviyyəsi 20 sm-dən çox olmasın.
RƏD tikililərdə tranzit qaz, su istilik sistemi xətləri ol­ma­ma­lı­dır. RƏD-də minimal yolverilən hündürlük olmalıdır. Bir­mər­tə­bə­li RƏD-in hündürlüyü 1,9 m-dən az olmamalıdır; ikimərtəbəli RƏD 2,2 m, üçmərtəbəli isə 2,8 m hündürlüyündə olmalıdır. Daldalanan hər insana 0,5 m2 sahə düşür. Girişin eni 0,8 m-dən çox ol­ma­ma­lı­dır. 50 nəfərlik RƏD-də bir giriş olur, qəza çıxışının qapadıcı qa­pa­ğının (lyuk) ölçüsü 0,7×1,5m olur.Çirkli paltarların saxlanması üçün otaq girişlərin birində təşkil edilir.
Hər bir RƏD üçün vacib təşkili hissələrindən biri ven­til­ya­si­ya sistemidir. Ventilyasiya ya təbii, ya da məcburi qaydada apa­rı­lır. Ventilyasiya sistemlərinin filtrasiyaedici elementləri­nin iş əm­sa­lı 0,8-dən az olmamalıdır.
Mühafizə xüsusiyyətlərinə görə RƏD növləri aşağıdakı­lar­dır:
- sülh dövründə sənaye konstruksiyalarından inşa edilmiş RƏD;
- hücum təhlükəsi zamanı əlaltı vasitələrdən inşa edilmiş RƏD;
- təsərrüfat tikililərində quraşdırılmış RƏD;
- yaşayış binalarında quraşdırılmış RƏD.
RƏD-in maksimal tutumu 1000 nəfər, minimal isə 50 nəfə­rə­dək olur. RƏD-də aşağıdakılar mütləq olmalıdır:
- ventilyasiya;
- işıqlandırma;
- su ehtiyatı (günə-3 litr).
Təbii ventilyasiya havasorucu şaxtalar vasitəsilə təmin olu­nur. Hava verilməsi üçün dəlik otağın aşağı hissəsində, havanın çıxması üçün isə sorucu şaxta yuxarı hissədə quraşdırı­lır. Yaşayış evlərində isə ventilyasiya kanalları və tüstü bacala­rın­dan istifadə edi­lir. 50 nəfərlik RƏD-də sadə tipli məcburi ventilyasiya quraş­dı­rı­lır­. Bu zaman adambaşına düşən hava miqdarı 3 m3/saat plan­laş­dı­rılır (əl ventilyatorları vasitəsilə).
RƏD sığınanların tənəffüs üzvlərini torpağa düşən radioaktiv tozdan mühafizə edir (nüvə silahı partlayışı zamanı və ya atom stan­siyasında qəza zamanı yaranan radioaktiv aerozol buludundan çö­küntü), radioaktiv aerozol və qazlardan çox zəif dərəcədə mü­ha­fi­zə edir. Bundan başqa RƏD filtrləri GTZM (güclü təsirli zə­hər­lə­yi­ci maddələr) mühafizə etmir. Ona görə də hava radioaktiv qaz­lar, aerozollar, GTZM ilə çirkləndikdə RƏD-də tam izolyasiya re­ji­mi tətbiq edilir, daldalananlar isə fərdi mühafizə vasitələrindən is­tifadə edirlər.
İstilik sistemi binanın istilik sistemi ilə ümumi olur, lakin yer­li olaraq söndürmək üçün qurğu quraşdırılır. Su təchizatı ya əra­zidəki su kəmərindən, ya da binanın ümumi kəmərindən çəkilir, adam­ba­şı­na su sərfi bir gündə 25 litr hesablanır. Su kəməri olmadıqda RƏD-də adambaşına gündə 2 litr hesabı ilə içməli su bakları yer­ləş­dirilir.
Kanalizasiya sistemi olan binalardakı RƏD-də kanalizasiya tullantılarının ümumi sistemə axıdılması ilə normal tualet şəraiti ya­radılır. 20 nəfərə qədər tutumu olan sığınacaqlarda belə imkan yoxdursa, xüsusi səyyar qablardan istifadə edilir.
RƏD xüsusi işarələrlə işarələnir və onların yerləşdiyi yerin istiqamətləri xüsusi nişanlarla göstərilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə