MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


MÜHAZİRƏ 13 Köçürülmə tədbirləri. Köçürülmənin mahiyyəti



Yüklə 4,5 Mb.
səhifə67/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   63   64   65   66   67   68   69   70   ...   78
mülki müdafiə

MÜHAZİRƏ 13
Köçürülmə tədbirləri. Köçürülmənin mahiyyəti
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fovqəladə hallarda əhalinin mühafızəsinin ən səmərəli üsullarından biridir.
Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda (təbii fəlakətlər və qəzalar zamanı), həm də müharibə dövrünün fövqəladə hallarda (müasir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini tə'min etmək üçün həyata keçirilir.
Köçürmə (təxliyə) - adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə işə gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerinə aparılır. Keçmişdə bu qaydada fəhlə və qulluqçuların seyrəldilməsi deyilirdi, indi bu anlayış işlədilmir.
Təhlukəsiz zona - düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalardan və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir
İri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuİarı təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi tə'min edilsin, işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirilməsinə isə minimal (ən сохu 4 saat) vaxt sərf edilsin.
Təhlükəsiz zona – düşmən basqını gözlənilən şə­hərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan da­ğıntı zona­la­rından və digər təhlükəli rayonlardan kənarda əha­li­nin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazi­dir.
Təhlükəsiz zona aşağıdakı şərtləri təmin et­mə­li­dir:
- müasir qırğın silahlarının təsirindən və dağıntılardan əhalinin etibarlı mühafizəsi;
- müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zo­na­dan obyektə minimal vaxt sərf etməklə gətirilməsi;
- MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli şəraitdə qruplaşdırılması;
- lazımi sanitariya-gigiyena şəraiti.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, ha­zır­lan­ması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam sü­rət­lə başa çatdırılır. Bu məqsədlə:
- nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;
- mövcud olan rabitə sistemi inkişaf etdirilir;
- mənzil fondu, tibbi kommunal, ticarət müəssələri kö­çü­rü­lüb gətirilən əhalinin yerləşməsi və ona xidmət göstərilmə­si­nə hazırlanır;
- əlavə su təchizatı mənbələrinin, digər mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir.
Əhalinin köçürülməsi istehsalat - ərazi prinsipi üzrə tə­ş­kil edilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə