MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə2/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   2   3   4   5   6   7   8   9   ...   78
mülki müdafiə

MM-nin vəzifələri:
- fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi;
- sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
- fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və digər təxiRƏDalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
- mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
- sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.
Azər­­baycan Respublikasında mülki müdafiə ümumdövlət mü­­­da­fiə sis­teminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsa­­sın­da təşkil edilir:
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Res­publikasının bütün ərazilərində təşkil edilməsi);
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Res­pub­­li­kasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şə­hə­r­lə­rin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iq­ti­sadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırıl­ması və əla­qə­lən­dirmiş şəkildə həyata keçirilməsi);
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbir­­lə­­ri­­nin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması); 4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mül­ki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və sə­mə­rə­li fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş ver­­miş fövqəladə hadisələr haqqında əha­­linin xəbərdar edilmə­si);
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edil­mə­sin­də iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırıl­mış fəaliyyət gös­tər­məsi).
Mülki müdafiə sistemini aşağıdakılar təşkil edir:
- əhalinin mühafizəsini təmin edən gündəlik idarəetmə or­qan­ları;
- MM məsələlərinin həllinə yönəldilmiş qüvvə və vasitələr;
- fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi fondlar, tibbi və maddi-texniki vasitələr və ehtiyatlar;
- rabitə, xəbərdarlıq və informasiya təminat sistemləri.
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı ( yanğından mühafizə işi, dənizdə xilasetmə ) mülki müdafiəyə gündəlik rəhbərlik edir.
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər: - Naxçıvan Muxtar Respublikasında - Muxtar Respublikanın Baş Naziri; - təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri və sahibkarları. - şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə - müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri; Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər. Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir. Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, xilasetmə və digər təxiRƏDalınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, istehsalat rəhbərlərindən təyin edilir.
Mülki müdafiə sahəsində dövlətin vəzifələri (ətraflı dərslikdə):


  • əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil et­mək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin et­mək;

  • dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadi­sə­lər­dən müdafiəolunma qaydalarını və vasitələrini əhaliyə öyrət­mək;

  • müəssisələrin və digər obyektlərin layihələşdirilmə­sin­də, ti­kintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağ­lı tələblərə əməl olunmasını təmin etmək;

  • fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;

  • insanların həyatı və sağlamlığı üçün təhlükə yarada bi­lə­cək fövqəladə hadisələr baRƏDində əhalini vaxtında xəbərdar et­mək, belə hadisələrin nəticələri və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat ver­­mək;

  • fövqəladə hadisələrin qarşısının alınması və nəti­cə­lə­ri­nin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və va­si­tə­­lə­ri­nin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;

  • həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcə­dən tə­da­rük etmək və s.

Mülki müdafiə sahəsində vətən­­daş­­ların vəzifələri:

  • mülki müdafiə sahəsində Azərbaycan Respublikası qa­nun­vericiliyinin tələblərinə əməl etmək;

  • fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi ba­car­maq;

  • fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasi­tə­lə­rini öyrənmək və bilmək;

  • fövqəladə hadisələr zamanı müəyyən olunmuş davra­nış qay­da­la­rına əməl etmək;

  • ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;

  • mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət et­mək;

  • baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr ba­RƏDində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;

  • mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vic­dan­la yerinə yetirmək.





    1. Yüklə 4,5 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə