MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə9/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   5   6   7   8   9   10   11   12   ...   78
mülki müdafiə

Daşqınlar, subasmalar  çaylarda, göllərdə, dənizlərdə su sə­viyyəsinin qalxması nəticəsində yerin xeyli ərazisinin müvəqqəti olaraq su basmasıdır. Bütün fəlakətlər arasında təkrar­olun­ma sa­yı­na, ərazinin əhatə dairəsinə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur.
Çaylar adətən yaz aylarında – qarın əriməsi, payız aylarında isə isə leysan yağışları nəticəsində, eləcə də şayların buzu açılan dövrdə məcra buz qırıntıları ilı tutularkın (buz tıxacları) daşır.Bunlardan əlavə zəlzələ, dağ uçqunları və sel nəticəsində çaylar daşa bilər.
Daşqınlar vaxtı insanlar və heyvanlar üçün real təhlükə yaranır, qurğular və kommunikasiyalar dağılır, avadanlıqlar sıradan çıxır, əkinlər və maddi sərvətlər məhv olur.


Meteoroloji xarakterli təbii hadisələr
Atmosferdə müxtəlif hava axınları nəticəsində yaranan təhlükələrdən ən başlıcası güclü küləklər və intensiv yağıntılartdır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti olaraq ballarla ifadə olunur.
0-7 ballar (19 m/san-dən az)- sakitlikdən güclü küləyədək
8 bal (19-23 m/san)- fırtına
9 bal (23-26 m/san)- güclü fırtına, yüngül binalar, evlərin damları zədələnir
10 bal (26-30 m/san)- çox şiddətli fırtına, ağacları kökündən çıxarır, yüngül tikililəri xeyli zədələyir
11 bal (30-35 m/san)- tufan, yüngül tikililəri külli şəkildə zədələyir
12 bal (35 m/san) – qasırga
Fırtına – əsasən, 9-11 bal arasında olub, böyük dalğa­la­rın əmələ gəlməsinə səbəb olur və güclü dağıdıcı gucə malik­dir.
Tufan  Əsasən, atmosferdə baş verən siklon ha­­disələri nəticəsində yaranır. Bu zaman küləyin sürəti 26–31 m/san ara­sında dəyişir. Atlantik okeanında tufanların sürəti hətta, 241,5 m/san-yə çatır. 18 ballıq şkala ilə ölçülür. Ümumiyyətlə, küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir.
Tufandan yalnız avtomobilin köməyi ilə uzaqlaşmaq olar. Yal­nız yadda saxlamaq lazımdır ki, tufanın gücü həddindən artıq yüksəkdir və avtomobil də ildırım üçün yaxşı hədəfdir. Yol kənarındakı arxlarda, xəndək və yarğanlarda müvəqqəti dal­dalanmaq daha məqsədəuyğundur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə