MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Geoloji xarakterli fəlakətlər



Yüklə 4,5 Mb.
səhifə7/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   2   3   4   5   6   7   8   9   10   ...   78
mülki müdafiə

Geoloji xarakterli fəlakətlər
Zəlzələlər. Yerin müxtəlif süxurlardan təşkil olunması, daxili qatlarda olan temperatur və təz­yiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu pro­seslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Da­xili proseslər Yer səthində yük­səklik və çö­kəkliklər ya­ra­dır, sü­xu­rların yatım formalarını pozur, vulkan və zəlzələlərə səbəb olur.
Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahi­də olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində sü­xur layları üfüqi, maili, şaquli və­ziy­yət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.
Şaquli hərəkətlər – düzənliklərə nisbətən dağlarda daha sü­rət­lə gedir. Yerin da­xilində baş verən proseslər səthdə tədrici, çox­əs­rlik qalxma və enməyə səbəb olur. Məsələn, Hollandiya hər il 3 mm enir, Skandinaviya yarımadası isə 1 sm qalxır. Şaquli hə­rə­kət­lər nəticəsində enmiş sahə qraben, qalxmış sahə isə horst adl­a­nır. Qrabenlərin su ilə dolması nəticəsində Baykal, Urmiyə, Van, Tan­qanika, Nyasa və s. kimi göllər yaranıb. Qraben və horstlar pil­lə şəklində olduqda fay adlanır.
Üfüqi hərəkətlər – şaquli hərəkətlər kimi tədricən baş verir. Tek­tonik çatlarla par­ça­lanmış litosfer tavaları üst mantiyanın səthi ilə ildə 2-3 sm sürətlə “sürüşərək” hərəkət edir. Üfüqi hərəkətlər nə­ticəsində enmiş sahə antiklinal, qalxmış sahə isə sinklinal adla­nır.
Yer qabığı səthində baş verən tektonik enerjinin paylanması zamanı əmələ gələn amplitud silkələnməsi zəlzələ adlanır. Zəl­zə­lə­lərlə əlaqədar bü­tün proseslər seysmik hadisələr adlanır. Zəl­zə­lə­ni “seysmoq­raf” adlı cihazla ölçürlər. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq Rixter cədvəli ilə qiymətləndirilir (cədvələ bax).
Zəlzələlər yer qabığının fəal vulkanizm zona­larında daha çox təkrarlanır. Hər il dünyada on minlərlə zəlzələ baş verir ki, onların da 15-20-si daha fəlakətli olur. Onlar, əsasən, okeanlarda baş verir.
Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəl­zələ ocağı və ya hiposentr deyilir.

Cədvəl
Rixter şkalası ilə zəlzələlərin təsnifatı





Bal

Zəlzələnin adı

Qısa xarakteristikası

1

2

3

1

Hiss edilməyən

Yalnız seysmik cihazlarla qeyd olunur.

2

Çox zəif

Tam sükunət halında olan ayrı-ayrı insanlar tərəfindən hiss edilir.

3

Zəif

Əhalinin yalnız az hissəsi tərəfindən hiss edilir.

4

Orta

Qab-qacağın yüngül cingiltisinə və tit­rə­yişinə, qapıların və divarların cırıltısına görə müəy­yən edilir.

5

Kifayət qədər güclü

Binaların ümumi silkələnməsi, mebelin titrə­məsi, suvaqda çatlar.

6

Güclü

Hamı tərəfindən hiss edilir. Şəkillər divarlar­dan düşür. Suvaq parçaları qopub düşür, bina­la­rın yüngül zədələnməsi.

7

Çox güclü

Daş evlərin divarlarında çatlar. An­ti­seysmik və taxta tikililərə zərər dəymir.

8

Dağıdıcı

Yamaclarda və nəm torpaqda çatlar. Abidələr yerini dəyişir və ya yıxılır. Evlər möhkəm zə­­dələnir.

9

Viranedici

Daş evlərin möhkəm zədələnməsi və dağılması.

10

Məhvedici

Torpaqda iri çatlar. Sürüşmələr və uç­qun­lar. Daş tikililərin dağılması, relslərin əyilməsi.

11

Fəlakət

Yerdə geniş çatlar, çoxsaylı sürüşmələr və uçqunlar. Daş evlər çox dağılır.

12

Güclü fəlakət

Torpaqdakı dəyişikliklər nəhəng ölçülə­rə ça­tır. Çoxsaylı uçqunlar, sürüşmələr. şəla­lələ­rin, göllərin meydana gəlməsi, çayların isti­qa­mətinin dəyişməsi. Bütün tikililər dağılır.

Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya epi­sentr deyilir. Ən güclü dağıntı episentrdə baş verir. Episentrdən ara­landıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərində yer­ləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı da­yaz­da yerləşdikdə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir. Təbiətin ən amansız şıltaqlığı olan zəl­zələlər zaman-zaman bütün ölkələrə öz ziyanını göstərmişdir.


Zəl­zələlər təbii səbəb­lə­rin (tektonik proseslərin) yaratdığı yeraltı zər­bələr və Yer səthinin titrəyişidir. Yerin bəzi ərazilərində tez-tez baş verir və ya bəzən qruntun bütövlüyünü pozaraq, binaları dağı­dır və insan tələfatına səbəb olan böyük qüvvəyə malik olur. Zəl­zə­lə­lər əsasən, hündür dağlara və ya dərin okean yar­ğan­larına aid olan nisbətən dar qurşaqlarda baş verir. Zəlzələlər, həmçinin Qır­mı­zı dəniz, Afrikadakı Tanqanika və Nyasa, Asiyadakı İssık-Kul və Baykal göllərində, həmçinin Afrika və Asiya çökəklikləri zo­na­sında tez-tez baş verir. Zəlzələlərin əksər hissəsi dağəmə­lə­gəlmə pro­sesləri ilə əlaqə­dar­dır. Belə zəlzələ­ləri tektonik adlandırırlar (şəkil 2.1).

Şəkil 2.1. Tektonik zəlzələnin xüsusiyyətləri


İkinci növ zəlzələ vulkanik zəlzələlərdir (şəkil 2.2). Vulkan­ların al­tın­da qay­na­yan lava və bərk qızmış qazlar qaynayan su bu­xar­la­rı­nın çay­da­nın qapağına göstərdiyi təzyiq kimi Yerin üst qatlarına təz­yiq gös­tə­rir. Vulkanik zəlzələlər kifayət qədər zəifdir, ancaq həftələr və hət­ta aylarla davam edə bilər.



Şəkil 2.2. Vulkanik zəlzələnin xüsusiyyətləri

Üçüncü növ zəlzələ denudasiya zəlzələsidir. Yeraltı boşluq­la­rın yaranması və sonradan uçma nəticəsində yaranmış zəlzələ nö­vüdür.


Respublikamızın demək olar ki, bütün əraziləri zəlzələ təh­lü­kə­li (seysmik) sayılır. Çox qədim­lər­dən etibarən baş verən zəl­zə­lə­lər barədə məlumatlara əsasən mütəxəssislər Azər­bay­ca­nın seys­mik rayonlaşdırma xəritələrini tərtib etmişlər. 1989-cu ildə hazır­lan­­mış xəritəyə əsasən respublikamızın hər yerində 8 bal­lı, Şa­ma­xı-İsmayıllı, Şəki-Balakən, Gəncə-Göygöl və Naxçıvan Mux­tar Res­­publika­sı­nın rayon­ları isə 9 baladək zəlzələ ehtimallı zonalar sa­yılır.
Belə zonalar ərazimi­zin -ni təşkil edir ki, bu­ra­da da əha­li­nin təxminən 20%-i yaşayır.
Zəlzələ zamanı çox güclü enerji meydana çıxır.Zəlzələnin gücünü xarakteizə edən əsas parametrlər zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən 0-dan 8.5-dək həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün rixter şkalasından istifadə edilir. Bu şkalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin 100 qat artığına müvafiqdir. Zəlzələ ocağının dərinliyi-müxtəlif seysmik rayonlarda 0-dan 700-km dək dəyişə bilər. Zəlzələ enerjisinin intensivliyi 12 ballıq şkala üzrə ölçülür.İntensivliyinə görə müvafiq olaraq zəlzələlər belə adlanır: hissediləməyən, çox zəyif, zəyif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli, məhvedici, fəlakət, güclü fəlakət. Zəlzələ ocağının yerin altındakı mərkəzi hipomərkəz, onun yerin səthindəki proyeksiyası epimərkəz adlanır. Epimərkəzin ətrafında zəlzələ zamanı ən güclü təkanlar hiss edilən sahəyə episentral sahələr deyilir. Zəlzələnin yaratdığı titrəyiş zəlzələ ocağından və ya epimərkəzdən yerin səthi üzrə hər tərəfə yayılır ki, bunlar elastik dalğalar yaxud seysmik dalğalar adlanır. Respublikamızda seysmik cəhətdən narahat regiondur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə