MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Mülki müdaflə xidmətləri, qüvvələri, onların tə'yinatı və yaradılması



Yüklə 4,5 Mb.
səhifə3/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   2   3   4   5   6   7   8   9   ...   78
mülki müdafiə

Mülki müdaflə xidmətləri, qüvvələri, onların tə'yinatı və yaradılması

Mülki müdafıə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafıənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki nüdafıə qüvvələrinin sayca ən böyük hissələridir,
Mülki müdafıə dəstələri əmin-amandıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələrilə, təşkilatın hesabına normalara uyğun olaraq təchiz olunurlar.
Hərbiləşməmiş mülki müdafıə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 55-yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür: tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafıə dəstələrinə bölünürlər.
Yerinə yetirdikləri vəzifələrə görə:
obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) - ümumi məqsədli dəstələr sayılır.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi tə'min etmək və mülki müdafıə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın hey'ətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır.
Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində şəhər və qəsəbələrində bu dəstələr yaradılır:
xilasedici dəstələr (коmandalar);
kəşfıyyat qrupları (manqaları);
ətraf mühitin radioaktivliyini müşahidə postları;
rabitə qrupları;
tibb dəstələri;
yanğınsöndürən komandalar (bölmələr);
ictimai asayişi mühafızə dəstələri (komandaları);
zərərsizləşdirici komandalar (qruplar);
kənd təsərrüfatı heyvanları və bitkiləri mühafizə коmandaları (qrupları).
Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərdən köçürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstəxanaları idaRƏDi, çeşidləmə-köçürmə qospitalları, mərkəzi və profil xəstəxanaları) təşkil edilir.
Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas ıııülki müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, dağıdılmış sığınacaq və binalardan cıxarmaq, həkimə qədər yardım göstərmək, habelə onları zədələnmə оcağından aparmaq üçün nəzərdə tutulur.
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə bilər: zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçulmuş binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. Həmin işləri yerinə yetirmək üçün dəstələri adətən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə tə'min olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir.
Kəşfiyyat qrupu 3-5 manqandan ibarət olur. Bu qrupun əsas vəzifələri - zədələnmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın səviyyələrini, zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etməkdir. Kəşfıyyat bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqların vəziyyətini müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti üçün yararh olan marşrutlar tapır, harada yaralılar olduğu barədə mə'lumat toplayır və başqa işləri icra edir.
Zərərsizləşdirici komanda - 2-4 qrupdan ibarət olub ərazini, I tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min m2 sahəni və ya 80-120 min m2 tikilini deqazasiya edə bilər.
Tibb dəstəsi (sanitar drujinası) - 4-5 işçidən ibarətdir və kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin şəxsi hey'əti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə bilər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir.
Tibb dəstələri - beş manqadan ibarətdir; kənd təsərrüfatı və orta təhsil müəssisələrinin bazası əsasında yaradılır və zərər çəkmiş şəxslərə zədələnmə ocağında ilk tibbi yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları müəssisə və obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə zəhərlənmə başladığını vaxtında aşkara çıxarmaq və bu barədə obyektin mülki müdafıə qərargahına mə'lumat vermək üçündür.
Mülki müdafıə xidmət dəstələri - xüsusi tə'yinatlı dəstələr kəşfıyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayıhr.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat)

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə