MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə8/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   4   5   6   7   8   9   10   11   ...   78
mülki müdafiə

Vulkan püskürməsi. Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma yüksək təzyiq altında daxili proses­lər nəti­cə­sin­də Yer qabığında əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqmanın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qa­bı­ğının müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq al­tında səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma– la­va adlanır. Lava soyuduqda müxtəlif hün­dür­lüklü təpələr əmələ gə­tirir ki, buna vulkan deyilir.
Vulkanların bir növü olan palçıq vulkan­ları püskürdük­ləri la­vanın temperaturunun az olması ilə fərqlənir. Lavanın tərkibin­də su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə kimi axır və içərisindən qaz qabarcıqları çıxır. Bu vulkanlara ən çox neftli-qazlı sahələrdə rast gəlinir və onlardan müalicə məqsədilə istifadə edilir. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq – brek­çi ad­lanır.
Ölkəmiz yer kürəsində palçıq vulkanlarının unikal və klassik in­kişaf regionu kimi tanınmışdır. Planetimizdə olan 850 palçıq vul­ka­nından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həm­sər­həd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının ək­səriy­yə­ti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri tə­biət abidəsi kimi formalaşmış­dır. Azərbaycanın palçıq vulkanları digər ölkələrdəki vulkanlar­dan fərqlənir. Burada müxtəlif mor­fo­lo­gi­yalı (konusvari, günbəz­vari, layvari) vulkanlar mövcuddur.
Torpaq sürüşməsi. Azərbaycan Respublikası ərazisinin ay­rı-ayrı bölgələrində təbii və texnogen amillərdən asılı olaraq bu və ya digər ekzogen geoloji proseslər geniş inkişaf etmişdir. Res­pub­li­kanın dağlıq və dağətəyi zonalarında qeyd edilən amillərin birgə tə­siri ilə, fəal inkişaf etmiş və təsərrüfat obyektlərinə təhlükə tö­rə­dən proseslərdən başlıcası sürüşmələr­dir (şəkil ).



Şəkil Sürüşmə prosesi

Sürüşmə  dağ yamaclarında və yarğanlarda, dənizlərin, göl­lərin və çayların sıldırım sahillərində seysmik təkandan, sü­rü­şən kütlənin öz ağırlığından, yamacın altının yuyulmasın­dan, ifrat nəmişlikdən və digər proseslərdən dağ süxur kütlələrinin ağırlıq qüvvəsinin təsiri altında yamac boyu yerdəyişməsidir. Sürüşmə za­manı torpağın həcmi 10-larla və 100 minlərlə kubmetr, ayrı-ayrı hal­larda isə hətta daha çoxdur. Sürüşmənin ən böyük sürəti zəlzələ zamanı yaranan sürüşmələr­də müşayiət olunur. Sürüşmələr əmə­lə­gəlmə vaxtına görə  qədim və müa­sir; fəaliyyətinə görə  fəa­liy­yətdə olan, poten­sial, stabilləş­miş növlərə ayrılır. Hidroloji xarakterli FH


Sellər. Azərbaycanda təbii fəlakətlərdən tez-tez təkrarla­nan və böyük əraziləri əhatə edən sellərdir.
Sellərin baş verməsi və davamiyyəti, əsasən, leysan ya­ğış­la­rın­dan, onların davametmə müddətindən və intensivli­yin­dən, qar örtüyünün qalınlığı və onun ərimə müddətindən, çay yatağının rel­ye­fi və təbii şəraitdən, çayın uzunluğundan, antropogen amil­lər­dən və s. asılıdır.
Sel – çayların məcrası boyu özü ilə çoxlu (həmçinin 10-15%-dən artıq) bərk material (qum, çınqıl və s) gətirən və sıxlığı suyun sıxlığından 1.5-2 dəfə artıq olan axlndır. Sellərin həcmi bir necə milyonkub metrə çatır. “sel” ərəbcə”coşqun, axın” mənasındakı “seyl” sözündən götürülüb. Tərkibindəki suyunmənşəyinə görə sellər leysan seli və qar ərintisi sellərinə aid edilir. Sellərin 80-90%-i leysan mənşəlidir.bütün sellərin ancaq 10-20% yay vaxtı dağlarda buzlağın, qarın əriməsi nəticəsində meydana gəlir.



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə