MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Təbii xarakterli təhlükəli hadisələr və onların xarakteristikası



Yüklə 4,5 Mb.
səhifə6/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   2   3   4   5   6   7   8   9   ...   78
mülki müdafiə

Təbii xarakterli təhlükəli hadisələr və onların xarakteristikası
Təbii fəlakətlər insanların yaratdığı ən qüdrətli silahlardan daha çox dağıdıcı qüvvəyə malikdir. Müqayisə üçün bildirmək lazımdır ki, bir tropik sunami siklonu Xirosimaya atılan atom bombasından 15 dəfə güclü ola bilər. Belə bir siklon 12 saat müddətində davam edərsə, küləyin sürəti saatda 300 km-dən artıq olar, dəniz fırtınaları nəzəri cəhətdən beş min atom bombasına ekvivalent gücə malik ola bilər. Dalğanın hündürlüyü onlarla metrlə ölçülür. Bu zaman dalğanın sürəti saatda 800 km-ə çata bilər və necə fəlakət törədəcəyi ağlasığmaz olar. Təbii vulkan püskürmələri beş min atom bombasına ekvivalent tutula bilər.
Təbii fəlakətlərdən zərər çəkənlərin sayı ildə təxminən 6% artır. Ən çox iqtisadi itkilər törədən fəlakətlər subasma (32%), quraqlıq (22%) və zəlzələdir (10%).
Ən təhlükəli fəlakətlər:
zərərçəkənlərin sayına görə: quraqlıq (30%) və subasma (32%)
tələf olanların sayına görə: subasma (26%), epidemiyalar (17%), zəlzələ (13%) hesab edilir
Təbii xarakterli fəlakətlər davametmə müddətinə görə iki cür olur:

  • qəflətən baş verənlər (zəlzələlər, qasırğalar və s.);

  • uzunmüddətli davam edənlər (epidemiyalar, epizootiya­lar, daşqınlar və s.);

Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki yerə bö­lü­nür:

  • təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz sə­viy­yəsinin güclü ləngəri, güclü daşqınlar, havanın yüksək tem­pe­ra­turu, buzlaşma və s.);

  • antropogen amillərlə bağlı olanlar (toz burulğanları, ero­zi­ya).

Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də an­tropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uç­qun­lar və s.).
Əvvəldə qeyd etdiyimiz kimi təbii xarakterli fövqəladə hal­lar yaranma mühitinə görə:
- geoloji  zəlzələ, vulkan püskürməsi, torpaq sürüşməsi, sel, qar uçqunu;
- hidroloji  daşqın, leysan yağışları, quraqlıq, suyun sə­viy­yə­sinin enməsi və qalxması, sunami;
- meteoroloji – tufanlar, qasırğalar, dolu;
- bioloji  epidemiya, epizootiya və epifitotiyalar;
- təbii yanğınlar  torf və meşə yanğınları;
- kosmik  günəşdə baş verən partlayışlar, asteroidlərin və me­teoritlərin düşməsi, planetlərin paradı, və s. olur (sxem).
Təbii fəlakətlər gözlənilməyən bir anda baş verdiyi üçün ol­duq­ca təhlükəlidir. Təbii xarakterli fövqəladə hadisələrin növləri ilə ətraflı tanış olaq.


Geoloji xarakterli (zəlzələ, vulkan püskürməsi, torpaq sürüşməsi, qar uçqunu)


Təbii xarakterli FH-dən danışarkən, onların baş vermə səbəblərindən biri kimi antropogen təsiri də qeyd etmək lazımdır. Məsələn, belə hadisələrdən biri də meşələrin küll şəklində qırılması nəticəsində sell fəlakətlərinin artmasını göstərmək olar.
Bütün kortəbii təhlükələri aşağıdakı növlərə aid etmək mümkündür: geofiziki, hidrometereoloji, geoloji təhlükəli hadisələr, infeksion xəstəliklər və təbii yanğınlar. Hidrometereoloji hadisələrə daşqın, sel və sair aiddir. Azərbaycan respublikasının 20-dən artıq şəhəri və bir neçə yüz digər yaşayış məntəqələrində daşqın təhlükəsi mövcüddur. Bu təhlükənin əsas mənbəyi leysan yağışları, qarın sürətlə əriməsi, bəndlərin su sədlərinin dağılması, uçqun və sürüşmələrdir. Vaxtaşırı çay və dəniz suyu daşqınlara məruz qalan subasar torpaqların ümumi sahəsi 1.5-5 min km2 təşkil edir.
Atmosfer hadisələrindən ən çox zərər vuranları qasırğa, dolu, burulğan, güclü leysanlar, fırtına, güclü qar yağıntısı və sairdir. Bunların vurduğu ziyan milyon manatlarla hesablanır. Hidrometereoloji hadisələrin vurduğu ziyan göstərilənlərdən xeyli artıq olur, çünki hadisələrin qeydiyyatı qeyri müntəzəm, bəzən isə təsadüfi xarakter daşıyır, bir sıra hallarda isə yalnız birbaşa itkilər hesablanır, dolayı itkilər isə nəzərə alınmır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə