Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət



Yüklə 83,96 Kb.
səhifə1/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathMühazir 7



Mühazirə 7 (11.11.2021)
Yataqların işlənməsinə nəzarətdə optimal geofiziki komplekslər
Plan
1. Quyu geofiziki tədqiqat üsulları komp­leksinə olan son tələblərin dəqiqləşdirilməsi
2. Nəzarətdə istifadə edilən bəzi quyu geofiziki tədqiqat üsullarının quyuda tətbiqinə olan tələblər
3. Azərbaycan neft-qaz yataqları üçün optimal quyu geofiziki tədqiqat üsulları komplek­sinin tərtibi
4. neftin sıxışdırılmasında öyrənilən geoloji tədbirlər
5. Layların istismar xüsusiyyətlərinin təyi­nin­də öyrənilən geoloji tədbirlər
6. Quyuların texniki vəziyyətinin təyinində öyrənilən geoloji tədbirlər
7. Quyu cihaz və texnoloji avadanlıqlarının optimal iş rejiminə çıxarılmasında öyrənilən geo­loji tədbirlər
8. Tərtib edilmiş quyu geofiziki tədqiqat üsulları kompleksinin Azərbaycan neft-qaz yataq­larında tətbiq edilmə şərtləri

Neft-qaz yataqlarının işlənməsi dövrü laylardan maksimum karbohidro­gen hasil etmək və layların vax­­­tından əvvəl sulaşmasının qarşısını almaq üçün, daim nəzarət həyata keçirilməlidir. Bu cür nəzarət qu­yu geofiziki tədqiqat üsulla­­rından tərtib edil­miş komp­­lekslə yerinə yetirilir.


Kompleksin seçilməsi və üsulların tətbiqi müx­təlif amillərdən asılı olduğundan, Azərbaycan neft-qaz yataqları üçün optimal QGT üsulları kompleksinin tər­­ti­bin­dən əvvəl, bu istiqamətin son durumu və bəzi xüsusiyyətləri aşağıda nəzər­dən keçi­ri­lir.
Quyu geofiziki tədqiqat üsulları komp­leksinə olan son tələblərin dəqiqləşdirilməsi
QGT üsulları kompleksi yataqların istismarda olan quyu fondunda tətbiq edilir və neft-qaz yataq­la­rının işlənmə prosesinə nəzarəti həyata keçirir. Bu sə­bəb­dən də, QGT üsulları kompleksi və onun öyrən­diyi məsələlər ümumi bir layihə şəkilində verilməlidir. Be­lə ki, bu layihəyə əsaslanaraq Azərbaycan neft-qaz ya­taq­­larının işlənmə­sinə nəzarəti həyata keçirmək üçün, optimal QGT üsulları komp­leksini müəyyən şərtlər daxilində tərtib etmək lazımdır. Belə layihə tərə­fi­miz­dən verilmişdir (cədvəl 1) və bura əsasən aşağıdakı elementlər daxil­dir: öyrənilən geoloji məsələlər, bu məsə­lələrin öyrənilməsində istifadə edilən QGT üsul­ları, quyuda hansı hallarda bu üsul­ların tətbiq edil­mə­si, tədqiqatın həyata keçi­rilmə dövrü və quyularda təd­qiqatın illik tətbiqinin həcmi.
Tərtib edilən kompleks mədən-geofiziki üsul­ları­nın ən müasir və müxtəlif növlərin­dən təşkil olun­ma­lıdır. Tədqiqat zamanı istifadə edilən qurğunun öl­çü­­lə­ri, cihaz­ların növləri, qeyd edilmiş əyrinin miq­ya­sı, ölçü sürəti və s. xüsusi təli­mat­lar əsasında müəy­yən­ləşdirilir (cədvəl 2 a, b).
Cədvəl 1


Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə