Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət



Yüklə 83,96 Kb.
səhifə7/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathMühazir 7

Öyrənilən geoloji tədbirlər

Təklif edilən QGT üsulları kompleksinin növləri

Əsas

Əlavə

Perspektivli

Tədbirlərin həcmi (illik)

I. Neftin su və ya suda həll olmuş qaz ilə sıxışdırılması

İlkin və carı neft konturunun təyini

İNNK

QK

KGZAK,T.həs.

Quyu fondunun 10-15 %-i

Kontur daxili sulaşmanın carı vəziyyətinin təyini

Süzgəc açılmamış

NQK,İNNK,KGZAK

QK

-

Süzgəc açılmış

İNNK, KGZAK,RüÖ, QQK

QK,Rez, NQK

-

Süzgəc açılmış intervallar qarşısında su-neft kontaktının vəziyyətinə nəzarət

İNNK,NQK, RüÖ

QQK, NNK-İ, Rez.

DDK, NNK-İÜ

Su vurmanın ön cəbhəsinin təyini

Süzgəc açılmış

RüÖ, İNNK,QQK

Rez, NQK,QK

T

Süzgəc açılmamış

QK, T

İNNK,NQK

-



Layların istismar xüsusiyyətlərinin təyi­nin­də öyrənilən geoloji tədbirlər
Layların istismar xüsusiyyətlərinin öyrənilməsi nəti­­cəsində onda baş verən dəyişikliklər ilkin mərhə­lədə təyin edilir ki, bu da layın istismar dövrünün uza­dıl­ması üçün vaxtında lazımi mədən işlərinin həyata keçirilməsinə şərait yaradır.
Layların istismar xüsusiyyətlərinin öyrənilməsi zamanı aşağıdakı geoloji tədbirlər nəzərdən keçirilir: flüid verən və maye qəbul edən intervalların təyini; istismar qu­yularında axım, vurucu quyularda isə qə­bulet­mə profillərinin qurulması; lay­larda və laycıq­larda lay təzyiqinin təyini; sulaşma intervallarının aşkar edil­mə­si və s.
Flüid verən və maye qəbul edən intervalların tə­yin edilməsində məqsəd istis­mar quyularındakı laylar qarşısında açılmış süzgəclərin maye verən və vurucu qu­yu­larda isə maye qəbul edən qalınlıqlarının müəy­yənləşdirilməsidir. Belə ki, lay qarşısında açılmış süz­gəclərin bütün qalınlığı özündən maye ixrac etmir. Bu iki səbəbdən baş verə bilər: birinci səbəb ondan ibarətdir ki, laylar bircins ol­mur və laycıqlardan təşkil olunur, ikinci səbəb isə layın müxtəlif hissələrində bu və ya digər səbəblərdən (kapilyarların bağlanması və s.) keçiricilikdə kəskin fərq yaranır və maye böyük keçirici­liyə malik sahəyə meylli olur. İstənilən halda açıl­mış süzgəcin ümumi qalınlığı ilə onun effektiv qalınlığı arasında fərq yaranır (hə­mi­şə ikinci kiçik olur). Qeyd edilən geo­loji tədbiri öyrənmək üçün bir neçə QGT üsullarından istifadə etmək olar: T, Sərfölçən (Sərf.), Debitomer (Deb), Rez, RüÖ, QQK, İzotoplar üsulu (İz. Ü). Bu üsul­lar içərisində öyrənilən geoloji tədbir­lər üçün əsas üsullar kimi T, Deb, Rez; əlavə üsullar kimi RüÖ, QQK; pers­pektivli üsul kimi isə İz. Ü və İnf.K qəbul etmək olar.
Açıl­mış süzgəcləri təşkil edən süxurlar bircinsli olmadığı kimi istismar zamanı da müx­təlif səbəblərdən axında dəyişikliklər baş verir. Eyni zamanda qu­yuda istismara bir deyil bir neçə interval verilir ki, bu səbəbdən də, təkcə yer səh­tin­də (quyu ağzında) aparılmış ölçmə işləri bütün in­tervallar haqqında məlu­mat verə bilməz. Buna görə də quyuda elə QGT üsulları tətbiq edilməlidir ki, bü­tün süz­gəc açılmış intervalların istənilən nöqtəsindən ma­ye hasil olub-olma­masını aydınlaşdırmağa imkan ver­sin. Qeyd edilən geoloji tədbirin öyrənilməsin­də adə­tən Deb. (laydan quyuya daxil olan flüidin təyi­nində) və Sərf. (vurucu quyu­­lardan la­ya vurulan ma­ye­nin təyinində) isti­fadə edilir. Bu geoloji tədbirin öyrə­nil­mə­sin­də ənənəvi olmayan digər üsul müəllif tərə­fin­dən hazırlanmış və bir sıra quyular­da tətbiq edil­­miş­dir. Burada əsas QGT üsulu kimi həssas ter­mo­metrdən (T.həs) istifadə edilir. Üsulun qeyd edi­lən­lərdən üs­tün­­lüyü onun həm quyularda tətbiqinin, həmçinin də profillərin qurulmasındakı sadəli­yidir.
Sərfölçən quyu cihazlarının quruluşunda da fərqli cəhətlər mövcuddur ki, bu səbəbdən də onu mexaniki və induktiv sərfölçənlərə bölürlər. Mexaniki sərföl­çən­lə­rin əsas elementi olan turbin mayedə böyük sü­xur dənəcikləri olduqda öz iş qa­bi­liyyətini itirir, in­duktiv sərfölçənlər isə kiçik axınlara qeyri-həssas­dır. Ona görə də, bu cihazların tətbiqində qeyd edilən şərt­lər nəzərə alınmalıdır.
Beləliklə, qeyd edilən geoloji məsələnin öyrənil­mə­sində əsas QGT üsulları kimi Deb. və Sərf. (mexa­niki və ya induktiv), əlavə üsul kimi isə T.həs qəbul edilə bilər.
Laylarda və laycıqlarda lay təzyiqinin təyin edil­mə­si istismarın ən əsas məsələlərindən biridir. Bu kə­miy­yətə daima nəzarət layın, eləcə də quyunun istis­mar öm­­rünün uzadılmasına şərait yaradır.
Layların təzyiqi istismar quyularında, o vaxt tə­yin edilə bilər ki, lay qarşı­sın­da süz­gəc açılmış ols­un. Bu zaman quyu fontanla işləyərsə onun ağzında bər­ki­dil­miş ma­no­metr (M) vasitəsilə (quyuda bir süzgəc açılmışdırsa) ölçülmüş təz­yi­qin qiymətindən, hasil edi­lən mayenin sıxlığından və süzgəcin yerləşmə də­rin­­li­yindən istifadə etməklə lay təzyiqi təyin edilir. Di­gər hallarda da mayenin qalxma hündürlüyü və onun sıxlığı məlum olduqda lay təzyiqi təyin edilə bi­lər.
Quyuda bir neçə süzgəc açıldıqda bu üsulla hər bir süzgəc açılmış layın təzyi­qi­­ni ayrılıqda təyin et­mək mümkün olmur. Bu halda dərinlik manometrləri (DM) quyuya buraxılaraq layların təzyiqi təyin edilir, lakin alınmış nəticələrə di­gər layların da təsiri olur.
Bəzi hallarda barometr (Bar.) adlanan quyu ciha­zın­dan istifadə edilərək təz­yi­­qin qiymətləri diaqram şəklində qeyd edilir. Ancaq, bundan əvvəl qeyd etdiyi­miz təsir bu halda da özünü büruzə verir.
Nəticədə, qeyd edilmiş əyrilərin köməyi ilə he­sab­­lanmış lay təzyiqlərində düzəlişlər edilməlidir ki, bu da həmişə mümkün olmur. Bu çatışmamazlıqlar nə­zə­rə alına­raq müəllif tərəfindən yeni üsul işlən­miş­dir ki, bu halda da istifadə edi­lən quyu cihazı həssas termometrdir. Üsulun əsas maraq kəsb edən cə­hə­ti ma­terial­ların interpre­­ta­si­yasının və tədqiqatların apa­rıl­masının sadəliyidir.
Üsul bir sıra yataqlarda yerləşən quyularda tətbiq edilmişdir və alınan nəti­cə­­­lər qənaətbəxşdir. Bu üsulu induktiv sərfölçənin nəticələrinin interpreta­siya­sında da tətbiq etmək olar. Beləliklə, lay təzyiqlərinin quyu­larda təyin edilməsi üçün əsas üsul kimi T.həs və Bar; əlavə üsul kimi M və DM; perspektivli üsul kimi sərf­ölçən (induktiv) verilə bilər.
Sulaşma intervallarının aşkar edilməsi layların is­tis­­ma­rında mühüm əhə­miy­­­yət kəsb edir. Laydan qu­yu­ya axan mayenin tərkibi la­yın istismar müd­də­tindən asılı olaraq dəyişir. Əksər hallarda quyuya axan flüi­din tərkibində suyun miq­darı artır. Bu artım layda neftin tükənməsi və ya kənar suların nefti qabaq­laması nəticə­sində də baş verə bilər. Sulaşmanın yerini və faizlə miqdarının təyinini, bəzi hallarda onun səbəbini də­­qiq aydınlaşdırmağa şərait ya­ra­dır ki, bu da onun qarşısının alınması üçün müx­­təlif tədbirlərin həyata keçi­ril­məsinə imkan verir. Quyularda süzgəc açılmış və açılmamış hallarda sulaşma intervalının təyini bir-birindən fərqli olduğundan, müxtəlif QGT üsul­ları da tətbiq edilir:
a) süzgəc açılmış intervallarda maye quyu daxi­li­nə axdığından hidrodinamik üsullara üstünlük veri­lir. Sulaşma intervalının təyinində RüÖ, Rez, İNNK, NQK, QQK, KGZAK, T, QK və İnf.K -dan istifadə edilə bilər;
b) süzgəc açılmamış intervallarda İNNK, QK, KCZAK, NQK əsas üsullar, QQK və T əlavə üsullar kimi verilə bilər.
Süzgəc açılmış intervallarda isə əsas üsullar RüÖ, Rez, İNNK, NQK, QK, KGZAK, T; əlavə üsul kimi QQK qəbul edilə bilər.
Layların istismar xüsusiyyətlərini əks etdirən geo­loji tədbirlərin öyrənil­mə­sində istifadə edilə bilə­cək QGT üsulları kompleksi cədvəl 3 b-də verilir.

Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə