Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət


Nəzarətdə istifadə edilən bəzi quyu geofiziki tədqiqat üsullarının quyu­­­da tətbiqinə olan tələblər



Yüklə 83,96 Kb.
səhifə4/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathMühazir 7

Nəzarətdə istifadə edilən bəzi quyu geofiziki tədqiqat üsullarının quyu­­­da tətbiqinə olan tələblər
Quyuda impuls neytron karotajının qeyd edil­miş əyrisi kəsilişdəki süzgəc açılmış və ya açılmamış neftdoyumlu, eləcə də sulaşmış layların hamısını əha­tə etməlidir. Həmçinin, işlənmədə olan yataqda su-neft kontaktından aşağıda yerlə­şən və əvvəlki su­do­yum­luğunu saxlayan laylar da əyridə öz əksini tapma­lı­dır.
Lay suları yüksək duzluluğa (>150 q/l, NaCl) ma­lik yataqlarda impuls ney­tron-qamma karotajı, ki­çik qiymətlərdə isə impuls neytron-neytron karotajı ilə tədqiqat işləri yerinə yetirilməlidir. Seçilmiş zondla inter­valda bir inteqral və üç differensial əyri müxtəlif gecikmə müddətləri ilə qeyd edilməlidir. İmpuls neyt­ron karotajı ilə dörd gecikmə müddətində nöqtəvi ölçü işi aşağıdakı hallarda aparıl­ma­lıdır: cari su-neft kon­taktı intervalındakı sulaşmış layların qarşısında, kəs­ili­şin digər mühüm sahələrində (gil layı qarşısında), kiçik duzluluğa malik lay suyu ilə zənginləşmiş lay qarşısında, layın cari neftdoyumluğunun qiymətləndi­ril­məsində və s.
Qamma-karotaj quyunun bütün kəsilişi boyu qeyd edilməlidir. Bu əyridən istifadə edərək digər ka­ro­taj üsullarının əyriləri eyni dərinliyə gətirilir. Həm­çi­nin, bu üsul­­la kəsiliş boyu təbii radioaktiv anomali­yaların yerləşmə intervalları müəyyənləşdirilir. Qam­ma-karotaj əyrisində müxtəlif səbəblərdən güclü fərq­lən­mələr (zəif diffe­rensasiya) aşkarlanarsa, onda də­rin­liyə görə uzlaşdırılma neytron üsullarına əsasən apa­­rılır.
Mufta lokatoru, debitomer, termometr, rütu­bətöl­­çən və rezistivimetrlə bir­lik­­­də tə­t­biq edildikdə düz­gün nəticələr alınır. Bu zaman qeyd edilən üsulla­rın diaqramlarının dərinliyə uzlaşdı­rılması asan olur.
İstismar quyularında termometr işləri yüksək həs­saslığa malik quyu cihaz­ları ilə aparılmalıdır. Bu da, quyuda temperatur anomaliyalarının qeyd edilmə­si­­nə imkan verir.
Vurucu quyularda adi termometrlərin tətbiqi müm­kündür, burada yüksək qiymətə malik anomali­yalar qeyd edilir. Fəaliyyətdə olan istismar quyula­rında termometr əyrisi işləyən və ya kiçik müddətli dayandırılmış quyularda da qeyd edilə bilər. Termo­metrlə iş nəzarətdə tutulmuşsa, o kompleks tətbiq edil­məmişdən əvvəl (ilkin olaraq) quyu ağzından dibi­nə doğru qeyd edilir.
Dielektrik nəmlilik ölçən quyu oxu boyu bir ne­çə mənbədən axan duzlulu­ğu fərqli olan, kiçik axına malik mayedə suyun neftdən və ya hidrofob qarışığın ayrılmasında istifadə olunur. Kiçik debitli (100 m3/gün­dən az) quyularda dur­ğun su ilə bağ­lı olan in­tervalda ölçü işləri pakeri olan qurğularla yerinə ye­ti­­rilir. Həm­çinin, paker­li cihazlar su-neft kontak­tından aşağı intervalda debitdən asılı olma­ya­raq təfsilatlı işlərdə tətbiq edildikdə yaxşı nəticə alınır.
Mexaniki debitomer - sərfölçənlə tədqiqat işi fa­si­ləsiz olaraq pakerin yarı açıq vəziyyətində bütün interval boyu və pakerin tam açıq vəziyyətində süzgəc açıl­mış lay intervalında, iki-üç nöqtə isə laylar qarşı­sında və laydan yuxarı nöq­tədə ölçü işi yerinə yetirilir.
Mayeyə qarışdırılmış radioaktiv izotoplar və ra­dioak­tiv suspensiyalar üsu­lu ilə tədqiqatda aşağıda­kı­lar həyata keçirilir: qamma-karotajla əvvəl və təkrar təd­qiqat işləri aparılır, neytronu udan üsullar tətbiq edi­lir, impuls neytron karo­tajı əvvəl və sonra ölçülür. Qeyd edilən üsulun tətbiqi kiçik duzluluğa (<50 q/l, NaCl) malik olan laya su vurulan halda yerinə ye­ti­ri­lməlidir.
Məlum olan geoloji-mədən və texniki şəraitdə, fər­di məsələlərin öyrənil­mə­si za­manı geofiziki müəs­sisə ilə razılıq əsasında tətbiq ediləcək kompleksə əla­və üsulların daxil edilməsi mümkündür.
Kəmərli quyuların öyrənilməsində yeni geo­fizi­ki üsulların (qeyri-metal tər­kibli kəmərlərdə induk­siya karotajının tətbiqi, qradiyent manometrlə ölçü, akus­tik karotajın digər növləri və s.) əlavə üsullar kimi komp­leksə daxil edilə bilər.

Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə