Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət



Yüklə 83,96 Kb.
səhifə3/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathMühazir 7

İstismar quyularında

İşləyən quyuda

Dayandırılmış quyuda

Əsas üsullar

Əlavə üsullar

Əsas üsullar

Əlavə üsullar


İmplus - neytron karotaj

Neytron karotajı (NQK, NK-İ)

İmpuls - neytron karotajı

Neytron karotajı (NQK, NK - İ)

Qamma - karotaj

Laya maddələr qarışdırılmış mayenin vurulması

Qamma - karotaj

Laya maddələr qarışdırılmış mayenin vurulması

Termometr

Oksigen karotajı

Termometr

Kiçik tezlikli akustik karotaj

Qamma - sıxlıqölçən

Dielektrik nəmlilik ölçən

Akustik sementölçən

İnduksion qalınlıqölçən

Rezistivimetr

Pyezometr

Qamma - qamma sement və qalınlıq ölçən

Layın boru ilə sınağı

Mexaniki debitomer

Akustik sementölçən

Termoinduktiv debitomer

Kabellə buraxılan sınaq cihazı

Termoinduktiv debitomer

Qamma - qamma sement və qalınlıq ölçən

Mayenin sıxlığını ölçən qamma üsulu

Radioaktiv güllə ilə atəş

Mufta lokator (süzgəc açılmış intervalda)

Mayenin duzluluğuna görə neytron karotajı




Oksigen karotajı

Mikrokavernomer

Süzgəc açılmış intervalda mufta lokator




Süzgəc açılmış intervalda mufta lokator, Pyezometr

Əksər ədəbiyyatlarda kompleks tam və xüsusi ki­­mi iki növə ayrılır.
Tam kompleks o halda istifadə edilir ki, bir-biri ilə əlaqəli məsələlər bir­lik­də öyrənilir: layların cari doyumluğu, layların istismar xüsusiyyətləri, kəmər­ar­xa­sı maye hərəkətinin təyini və s. Tam kompleks qu­yu­da süzgəc açılmış və açıl­ma­mış interval­larda tətbiq oluna bilər (cədvəl 2 a və b).

Cədvəl 2 b


Vurucu quyularda

İşləyən quyuda

Dayandırılmış quyuda

Əsas üsullar

Əlavə üsullar

Əsas üsullar

Əlavə üsullar


Mexaniki sərfölçən

Radioaktiv izotopların laya vurulması

Termometr, Akustik sementölçən

Laya mayeyə qarışdırılmış maddənin vurulması

Termometr

Pyezometr

Qamma - qamma sementölçən və qalınlıqölçən

İnduksion qalınlıqölçən

Termoinduktiv sərfölçən

Akustik sementölçən

Qamma - karotaj

Süzgəc açılmış intervalda mufta lokator

Qamma - karotaj

Qamma - qamma sement və qalınlıqölçən




Termoinduktiv sərfölçən

Süzgəc açılmış intervalda mufta lokator

Laya mayeyə qarışdırılmış maddənin vurulması




Pyezometr

Mikrokavernomer

Süzgəc açılmış intervalda mufta lokator







Kompleks tətbiq edilən quyular xüsusiyyətinə gö­rə istismar və vurucu qu­yu­lara ayrılır ki, onlar da, öz növbəsində, işləyən və dayandırılmış kimi iki növə bölünür.


Xüsusi kompleksdən müxtəlif və fərdi məsələ­lərin öyrənilməsində istifadə edilir: neft-su və qaz-neft kontaktlarının vəziyyətinə nəzarət, işləyən layın istis­mar xüsu­siy­yətinin qiymətləndirilməsi, quyuların tex­ni­ki vəziyyətinin öyrənilmə­si, quyu tex­no­loji avadan­lıq­larının optimal iş rejiminin seçilməsi və s.
Hər bir kompleksə əsas və əlavə geofiziki üsul­lar daxil olur. Əsas üsullar kifayət qədər sınaqdan çı­xa­rıl­mış, lazımi qədər müxtəlif növ quyu cihazları ilə tə­min edilmiş və ya gələcəkdə təmin ediləcək üsul­lar­dır.
Əlavə üsullar o zaman tətbiq edilir ki, əsas üsul­ların nəticəsi öyrənilən geoloji məsə­lələrin dəqiqli­yi­nin təyininə zəmanət vermir. Əsas və əlavə üsullardan təşkil edil­­­miş kompleks xüsusi kompleks adlanır. Se­çi­lmiş xüsusi kompleks yatağın geo­loji quruluşuna, quyuların texniki xüsusiy­yətinə, istifadə zamanı lazı­mi quyu cihazlarının olub-olmamasına və neft-qaz ya­taq­larının istismar xüsusiyyətinə uy­ğun olaraq dəqiqləşdirilir.
Neft-qaz yataqlarına nəzarət əvvəldən hazırlan­mış plan üzrə aparılmalıdır. Belə ki, tam və xüsusi kom­plekslərlə öyrənilən quyuların sayı, quyularda ye­ri­nə yetiriləcək tədqiqatın müddəti, fon (ilkin) ölçüləri və s. əvvəlcədən dəqiqləş­diril­məlidir.
Nəzarət işlərinin planı mədən tapşırıqları və qu­yuda tədqiqat işlərinin şə­rai­­tinə uyğun olaraq müəy­yən­ləşdirilməlidir. Tapşırıqlara uyğun olaraq üsulla­rın ümumi və təfsilatlı növləri seçilməlidir.
Ümumi tədqiqat quyunun bütün oxu boyu ye­ri­nə yetirilir. Bu səbəbdən də, onların quyuda tətbi­qi bö­yük miqyasda və ölçü işləri böyük sürətlə aparı­lır. Bu da onunla əlaqədardır ki, alınan nəticələrin dəqiqli­yinə təlabat o qədərdə yüksək ol­mur (yəni, bu halda lokal geoloji məsələlərə (dəstələrin sərhədi, quyunun cari də­rinliyi və s.) baxılır).
Təfsilatlı tədqiqat işləri əsasən quyunun müəy­yən intervalında (karbohidrogenlə doyumlu kollektor­lar yerləşən intervallar) həyata keçirilir. Bu halda qa­lın­lığa görə buraxılan dəqiqliyə təlabat yüksək olmaq­la bərabər, ölçü işləri kiçik sü­rətlə və xüsusi (kiçik) miqyasda yerinə yetirilməlidir.
Ümumi tədqiqat işlərində ölçülən əyrilər 1:500 və ya 1:200 miqyasında, təfsilatlı tədqiqatda isə əsasən 1:200, bəzi hallarda isə 1:50 miqyasında qeyd edi­lir.

Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə