Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət



Yüklə 83,96 Kb.
səhifə12/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
C fakepathMühazir 7

Xüsusi proqram üzrə

Çöküntü toplanma intervalının təyini

NQK, QQK, NNK-İÜ

İNNK

QK



Neft-qaz yataqları uzun müddət işləmədə oldu­ğun­dan köhnə quyularda və yeni qazılmış dərin quyu­larda bir neçə istismar kəməri üst-üstə buraxıl­mış­dır ki, bu da layların geofiziki xüsusiyyətlərini əks etdirən sahələrin qeyd edilməsini ya çətinləşdirir və ya tam mü­mkünsüz edir. Yataq­larda lay sularının qələ­vi­yə­dək dəyişməsi də QGT üsulları kompleksinin tətbi­qin­də problem yaradır.


Bu qeyd etdiklərimiz əsasən cari və qalıq neft doyumluğun, cari neft konturunun, sulaşma intervalı, buraxılmış layların aşkar edilməsi, su vurmanın ön cəb­hə­sinin təyini, konturdaxili sulaşmanın cari vəziy­yətinin təyini, laylarda və laycıqlarda lay təzyiqinin təyini, kəmərarxası maye hərəkətinin təyini və s. kimi geoloji tədbirlərin təyinində çətinliklər yaradır.
Həmçinin kəmərarxası sement həlqəsinin (bir neçə istismar kəməri olan quyularda) keyfiyyətinin öy­rənilməsinə əngəl törədir.
Digər geoloji tədbirlərin öyrənilməsində QGT üsul­ların sadalanan xüsusiyyətləri təsir etmədiyindən cədvəl 3-dəki (a, b, c, ç) kompleks Azərbaycan neft-qaz ya­taq­la­rı­nın işlənməsinə nəzarətdə tam şəkildə tət­biq edilə bilər. Bu səbəbdən yataq­lar­da yerləşən qu­yuların fərdi xüsusiyyətini nəzərə ala­raq cədvəl 3-dəki QGT kom­plek­sinə daxil olan üsulların fiziki əsas­ları və isti­fa­də edilən quyu cihazlarının texniki göstəri­ciləri nəzərə alınaraq tətbiq edil­məlidir. Hər bir halda çalışmaq lazımdır ki, mümkün qədər çox QGT üsulu tətbiq edilsin, yəni əsas, əlavə və perspektivli üsul­­lar­dan ən vacibi tədqiqatda istifadə edilsin. Bu hal­da öyrənilən geoloji tapşırıq üçün ən optimal mə­lumat əldə etmək olar. Təklif edilən kompleksin ikinci əsas xüsusiyyəti də QGT kom­plek­sinin tətbi­qin­dəki təd­bir­lərin həcmidir. Əlbəttə, bu halda ən maksimal sayda qu­yu­larda tədqiqat aparılsına çalışmaq lazımdır. Bu çox zaman sifarişçi tərəfi qane etmədiyi üçün, ilkin tədqiqat minimum sayda quyularda aparmaqla lazımi orta həcm müəy­yən­ləş­di­rilə bilər.
Buradan belə nəticəyə gəlirik ki, cədvəl 3-də verilmiş QGT kompleks­lə­ri Azərbay­can neft-qaz ya­taq­larında yuxarıdakı fərdi xüsusiyyətlər nəzərə alına­raq geniş şəkildə tətbiq edilə bilər. Bu əsasən də, uzun müddət işlənmədə olan yataqlardan maksimum həcm­də neft hasil etməyə şərait yarada bilər.

neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət

dosent məlikov xalid faiq




Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə