Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət


neftin sıxışdırılmasında öyrənilən geoloji tədbirlər



Yüklə 83,96 Kb.
səhifə6/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathMühazir 7

neftin sıxışdırılmasında öyrənilən geoloji tədbirlər
Lay təzyiqi flüidin yer səthinə qalxmasına im­kan vermədikdə müxtəlif istismar rejimlərindən isti­fadə edilir. Bu rejimlərdən biri də neftin su və ya suda həll ol­muş qaz­­la sıxışdırılıb çıxarılmasıdır. Azərbay­can neft-qaz yataqlarında bu istis­mar rejimindən çox geniş istifadə edilir.
Qeyd edək ki, laya lay suyu vurulduqda (anbar­lardan) onun əksər xüsusiyyətləri dəyişikliyə məruz qalır. Bu dəyişikliklərin böyük əksəriyyəti istismarı çə­tin­ləşdirir. Dəyişiklikləri izləmək üçün sıxışdırılma prosesi nəzarətdə saxlanılmalıdır. Əlbəttə ki, bu nəza­rəti yatağın bütün xüsusiyyətləri nəzərə alınmaqla se­çil­miş optimal QGT kompleksi ilə həyata keçirmək olar.
Laylardan neftin su və ya suda həll olmuş qazla sıxışdırılıb çıxarılması za­manı qeyd etdiyimiz kimi bir neçə geoloji tədbirlərin öyrənilməsinə ehtiyac duyu­lur. Bunlar: yataqlarda neftdoyumluq konturunun ilkin və cari vəziyyətinin tə­yini; kontur daxili sulaşmanın cari vəziyyətinin təyini; quyularda süzgəc açılmış in­ter­vallar qarşısında su-neft konturunun vəziyyətinə nə­­za­rət; süzgəc açılmış və açıl­­mamış quyu­larda su vur­­­ma zamanı onun layda hərəkətinin ön cəbhəsinin tə­­yini və s.-dir. Qeyd edilən hər bir geoloji tədbir üzrə tət­biq edilən QGT üsul­larını araşdıraraq geoloji təd­bir­lərin həllində daha səmərəli üsulların seçilməsini nəzər­dən keçirək.
Yataqda ilkin və cari neftdoyumluq konturunun təyi­ni müxtəlif şəraitlərdə öyrə­nilir. Belə ki, ilkin kon­turun təyini qazıma quyularında tətbiq edilən elektrik karo­tajının nəticələrinə və ya İNNK-ya əsasən təyin edilir. Lakin, quyuya kə­mər bura­xıldıqdan sonra, bu elekt­rik karotajının tətbiqinə maneə olduğundan üsul tətbiq edil­mir. Kəmərli quyularda əsasən İNNK-nın tətbiqi ilə cari və ilkin neftdoyumluq kon­turu təyin edi­­lir. Bu səbəbdən də, hər iki doyumluq kon­tu­runun təyinində ancaq İNNK-nın tətbiqi daha məqbuldur. İNNK-nın tətbiqi eyni zamanda digər məsələlərin öy­rə­­nilməsində ilkin və cari qeyd edilmiş əyrilərin mü­qayisəsi ilə həllini tapa bilər ki, bu da onun digər üstunlüyüdür. Adətən, İNNK diaqramından istifadə edə­rək xüsusi me­to­­dika ilə neftdo­yum­luğun kəmiy­yətcə qiyməti hesablanır (ilkin və cari doyumluq).
Qeyd edilən üsuldan başqa Q.A. Zakusilo tərə­findən verilmiş üsul müəllif tərəfindən təkmilləş­diri­lərək Azərbaycan neft-qaz yataqlarının fərdi xüsu­siy­yət­­lə­rinə uy­ğun­laşdırılmışdır ki, bu üsullada cari neft­doyumluq təyin edilə bi­lər. Bu üsul­da tədqi­qat üçün həssas termometrdən istifadə edilir.
Üsulun çatışmamazlığı onunla əlaqədardır ki, he­sa­bat zamanı çoxsaylı müx­tə­lif kəmiyyətlər lazım gəlir və bu kəmiyyətlərin toplanması əksər hallarda müm­­kün olmur. Çatışmamazlığı nəzərə alaraq bu üsu­lu perspektivli üsul kimi qəbul edə bilərik.
Kəmərli quyularda doyumluğun təyinində oksi­gen karotajı (OK) və kiçik tezlik­li geniş zolaqlı akus­tik (KGZAK) karotajının məlumatlarından da istifadə edilə bilər. Birinci üsul doyumluğu kəmiy­yətcə, ikinci üsul isə keyfiyyətcə qiymətləndirməyə imkan verir.
Beləliklə, İNNK-nı əsas üsul kimi qəbul etmək olar. Əlavə üsul kimi OK, pers­pektivli üsul kimi isə KGZAK və həssas termometri (Həs.T) qeyd etmək olar (bu karotaj üsullarından alınan əyri və əyrilərin kö­mə­yilə təyin edilən kəmiyyətlər məlum olduğun­dan, onların kompleksə nə səbəbdən daxil edilməsi üzə­rində da­yan­mırıq. Belə yanaşma bundan sonra da davam etdiriləcək).
Kontur daxili sulaşmanın cari vəziyyəti yataqda yerləşən quyuların fərdi xüsusiyyətinə görə (süzgəc açılmış və açılmamış) təyin edilir.
Süzgəc açılmamış quyularda kontur daxili sulaş­ma­nın cari vəziyyətinin təyinində əsasən radioaktiv ka­rotajının müxtəlif növlərindən (QK - qamma-ka­ro­taj, NQK - neytron-qamma karotaj, İNNK) və KGZAK-nı istifadə edil­məsi müsbət nəticələr verər ki, bunlar da əsas üsullar sırasına aid edilməlidir. Əlavə üsul kimi OK və infraqırmızı karotajı (İnf.K ) qəbul etmək olar.
Süzgəc açılmış quyularda kontur daxili sulaş­ma­nın cari vəziyyətinin təyi­nində qeyd edilən üsul rütu­bətölçən (RüÖ), rezistivimetr (Rez), qamma-qamma sıxlıq ölçən də (QQK) əlavə edilməlidir. Yəni, əsas üsul­lar kimi İNNK, KGZAK, RüÖ, QQK; əlavə üsüllar kimi QK, Rez, NQK-nı təklif etmək olar.
Su-neft kontaktının quyuda süzgəc açılmış inter­vallar qarşısında vəziyyə­ti­nin tə­yini, o məqsədlə hə­yata keçirilir ki, istismar zamanı laydan quyuya axan maye­də inter­valın qalınlığı boyu sürüşmələr qeyd edilsin. Sürüşmələr iki istiqa­mətdə olur: layın tava­nı­na və ya dabanına doğru.
Adətən bu zaman intervaldan quyu daxilinə maye axımı olduğundan onun hansı his­səsindən neft və ya su daxil olmasını quyuda yerinə yetirilən RüÖ, Rez, dalğalı die­lektrik karotajı (DDK) və QQK üsulları ilə çox böyük dəqiqliklə təyin etmək müm­kündür.
Bəzən intervaldan quyu daxilinə axan maye bun­ların qarışığından ibarət olduğun­dan su-neft kontak­tının təyini mümkün olmur. Bu hallarda tədqiqat ra­diu­su böyük olan (təxminən 80 sm-ə yaxın olan) ra­dioaktiv karotaj üsulların­dan isti­fadə edilmə­lidir.
Əsasən bu karotajın növləri olan İNNK, NQK, NNK-İ, NNK-İÜ tətbiqi daha sə­mərəli he­sab edilə bilər.
Qeyd edilən məsələnin həllində əsas üsullar kimi İNNK, NQK, RüÖ; əlavə üsul kimi QQK, NNK-İ, Rez; perspektivli üsullar kimi isə DDK, NNK-İÜ-nü qəbul edə bilərik.
Su vurmanın ön cəbhəsi onun layda hərəkətindən asılı olaraq ətrafda yer­lə­şən is­tis­mar quyularında apa­rılan tədqiqatların nəticəsinə əsasən təyin edilə bi­lər.
Təyin edilmə istismar quyusunda su vurulan la­yın qarşısında süzgəcin olub-olma­­masından da asılı­dır. Vurucu quyudan laya su vurulduqda istismar qu­yu­­sun­­da süz­gəcdən axan mayedə (əgər su vurmanın əhatə dairəsində yerləşirsə) tər­ki­bcə dəyişik­lik baş ve­rir. Süzgəc olmadıqda bu xüsusiyyət kəmər ətrafı sa­hə­­də həm temperatur, həm­­çinin də doyumluqda baş verən dəyişiklik əsasında təyin edilir (əgər quyu su vur­ma sahəsinin əhatə dairəsində yerləşirsə). Süzgəc açılmış laylarda bu xüsusiyyəti təyin etmək üçün su vurmadan əvvəl və sonra bir sıra karotajla tədqiqat işləri apa­raraq alınmış nəticələr müqayisə edilməlidir. Bu karotaj üsullarına RüÖ, Rez, İNNK, QK, NQK, QQK, termo­metr (T) və s-ni aid etmək olar. Bunlar içərisində əsas üsullar kimi RüÖ, İNNK, QQK; əlavə üsullar kimi Rez, NQK, QK; perspektivli üsul kimi T və İnf.K verilə bilər. Süzgəc açılmamış laylar qarşı­sında isə təyin etmədə İNNK, NQK, QK, T ki­mi QGT üsullarının istifadə edilməsi dəqiq nəticələrin alınmasına şərait yaradır. Bu üsulların imkanlarına görə hər biri qeyd edilən məsələnin təyinində mühüm əhəmiy­yət kəsb etsələr də əsas üsullar kimi QK, T; əlavə üsul­lar kimi isə İNNK, NQK qəbul edilə bilər. Qeyd etmək lazımdır ki, bu halda da tədqiqat işlərinin nəti­cə­si su vurulmamış­dan əvvəl və sonra qeyd edilmiş əyrilərin müqayisəsi sayə­sində verilir. Apar­dığımız araşdırmalar və gəldiyimiz nəticələr ümumi hal üçün­dür. Azərbaycan yataqlarında qeyd edilən geoloji mə­sə­lələrin həllində də təklif edi­lən QGT üsulları komp­leksi tətbiq edilə bilər. Lakin, kompleks tətbiq edildik­də, onu təş­kil edən üsullara aid olan quyu cihazlarının texniki göstəriciləri və eləcə də hər bir yatağın fərdi geoloji xüsusiyyəti nəzərə alınmalıdır. Laydan neftin su və ya suda həll olmuş qazla sıxışdırılması zamanı öyrənilməsi lazım gələn geoloji tədbirlərin hər biri üçün seçilmiş QGT üsulları kompleksi cədvəl 3 a-da verilir.

Cədvəl 3 a




Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə