Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət



Yüklə 83,96 Kb.
səhifə9/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
C fakepathMühazir 7

Quyu fondunun: 30-35 %

Sulaşma interva-
lının
aşkar edilməsi



Süzgəc açılmış

İNNK, QK, KGZAK, NQK

QQK, T

İnf.K

Quyu fondunun: 20-25 %

Süzgəc açılmamış

RüÖ,İNNK,Rez.,NQK, QK,KGZAK

QQK

-

Cari neftdoyumluğun təyini (süzgəc açılmamış)

İNNK, QK, T

AK, Komp.NK, MfL

C/O, Spektrometrik QK, İnf.K

Quyu fondunun: susuz-3-5%, sulaşma olduqda -25 %

Qalıq neftdoyumluğun təyini (layda sulaşma başlayanda)

İNNK, QK, T

Bar.

Komp.NK

Birdəfəlik tədqiqat və ehtiyac duyulduqca

İşlənmədə olan yataqlardakı quyuların (istis­mar, vurucu, nəzarət) texniki vəziyyətlərinin təyinində aşağıdakı geoloji-istismar tədbirlərinin öyrənilməsi vacibdir: kə­mər arxası sement həlqəsinin yapışma key­­fiyyətinin öyrənilməsi; kəmərdə herme­tik­li­yin po­zulma intervallarının təyini; kəmər arxasında maye mənbəyi­nin yeri­nin və hərəkət istiqamətinin təyini; metal kəmərin lay suları ilə bilavasitə təmasda olması sayəsində çürümüş intervalların təyini; təzyiqin qradiyentinin yüksəlməsi nəticəsində kəmər arxasında her­metikliyin pozulma yerlərinin təyini və s.
Kəmər arxası sement həlqəsinin yapışma key­fiy­yətinin təyinində hazırda ge­­niş istifadə edilən üsul akustik sement ölçəndir (AKÖ). Bu üsulla kə­­mərarxa­sın­­dakı sement həlqəsinin keyfiyyəti üç kri­te­ri­yaya ayrılır: sement yoxdur; qis­mən sement var və sement yaxşıdır. AKÖ-lə kəmər arxasında sement həl­qə­si­nin vəziyyətinin (çatların olması, öyrənilən sahə­də se­men­tin paylanmasını və s.) tə­yini çətin olur. Bu səbəbdən də, digər üsullardan da istifadə edilir: qam­ma-qam­ma sıxlıq ölçən (QQSÖ), dairəvi sement ölçən (DSÖ) və s.
Quyuda ilkin sementləmə işləri aparıldıqdan son­ra bu kompleksə T-də da­xil edi­­lə bilər. Termo­metr­lə sementin qalxma hündürlüyü ilə bərabər se­ment olan interval­ları da ayırmaq olur. Sementləmə işin­də yapışma keyfiyyətini dəqiq öy­rən­mə qa­biliy­yətinə malik olmayan, lakin kəmər arxasında sementin olub­-olma­ma­sına imkan verən (ədədi qiymətcə) ak­tiv­ləşdirilmiş atom­lar üsulunun (AAÜ) istifadəsi təqdirə layiqdir. Eyni zamanda sementə radioaktiv elementlər qarışdırıldıqa QK üsulundan da istifadə edilə bilər.
Beləliklə, kəmərarxası sement həlqəsinin yapış­ma keyfiyyətinin təyinində əsas üsullar kimi ASÖ, QQSÖ; əlavə üsullar kimi T, QK; perspektivli üsullar kimi isə DSÖ, AAÜ qəbul edilə bilər.
Kəmərdə hermetikliyin pozulma intervallarının təyini zamanı əsasən onda müx­­təlif səbəblərdən (çürü­mə, mexaniki təsirdən) yaranan deşiklərin yeri təyin edi­­lir. Bu intervallardan istismar zamanı quyuya su daxil olduğundan hasil edi­lən mayedə əsas hissəni su (bəzən 100 %) təşkil edir. Zədə intervalını təyin etmək­lə onu tədric edirlər. İntervalların təyinində ən çox termometr, rezistivi­metr, rütubətölçən, qamma-qam­ma sıxlıqölçən, debitomer, mufta lokatoru tət­biq edilir. Əgər quyudakı süzgəcdən də su daxil olursa, bu zaman Rez, QQSÖ, RüÖ üsullarının əyrilərilə zədə intervallarını təyin etmək çətinləşir. Bu halda əsas üsul­lar T və Deb. qəbul edilir. Bəzi hal­larda (maye zə­dəli intervala daxil olduqda) isə bu üsullarda lazımı nəticə vermir. O zaman quyuya kiçik yaşa­ma müddə­tinə ma­lik radioaktiv maddələr vurulur və QK ilə ölçü işi ye­ri­nə yetirilir.
Beləliklə, qeyd etdiklərimizdən ümumi bir nəti­cə­yə gəlirik ki, kəmərdə hermetikliyin pozulma­sının təyinində əsas üsullar kimi T və QK; əlavə üsullar kimi Rez, QQSÖ, Deb, MfL; perspektivli üsul kimi RüÖ qəbul edilə bilər.
Kəmər arxasında maye mənbəyinin yerinin və hərəkət istiqamətinin təyini o zaman həyata keçirilir ki, kəmər arxasında sement həlqəsi dağılmışdır və sudo­yumlu laydan süzgəc intervalına maye axır. Yəni, süzgəcdən (neftdoyumlu lay­dan) neft əvəzinə su hasil edilir. Mayenin mənbəyinin yerləşdiyi interval süz­gəc­dən yuxarıda və ya aşağıda ola bilər. Hər iki halda həssas termo­metr­dən isti­fadə edilir. Ölçü zamanı in­ter­val yuxarıda yerləşirsə diaqramda tempe­ra­tur ano­ma­liyası intervalın tavanın­dan təx­minən 10 m yuxarı­dan başla­yaraq qeyd edilir, anomaliyanın sonu isə süzgəcin dabanına uyğun gəlir. Mənbə aşağıda ol­duq­da isə anomaliya süzgəcin tavanından təxminən 10 m yuxarıdan başlayıb ma­ye mənbəyinin dabanında sona çatır. T. həs. həssaslığı o qədər olmalıdır ki, ölçü­lən diaq­ramın miqyasının 0.125 0C /sm olmasını təmin edə bilsin. Alınan nəti­cə­lə­rin dəqiqliyini artırmaq üçün intervalda ASÖ-də yerinə yetiril­məlidir (məqsəd on­dan ibarətdir ki, təyin edilmiş interval qarşısında hök­­mən sement daşının dağıl­ma­sı təsdiq edilsin). Belə­­liklə, kəmər arxasında maye mən­bə­yinin yerinin və hərə­kət istiqamə­ti­nin təyinində əsas üsul kimi T.həs., əlavə üsul kimi ASÖ-ni qəbul edə bilərik.
Metal kəmərin lay suları ilə bilavasitə təmasda olması sayəsində çürümüş intervalların təyini çox mü­hüm məsələdir. Belə ki, bu intervallar əvvəlcədən tə­yin edil­mə­dikdə kəmər tamamilə çürüyür və qu­yunun istismardan çıxarılması gündəm­də durur. Kə­mər metal tərkibli olduğundan lay suları ilə təmasdan oksidləş­mə pro­se­si baş­layır ki, nəticədə o, öz xüsu­siyyətini itirir. Deməli, elə QGT üsulu tətbiq edilməlidir ki, bu dəyiş­məyə reaksiya vermiş olsun. Belə üsul kimi mufta loka­to­runun tətbiqi məqsədə uy­ğundur. MfL-lə alın­mış diaqramda belə intervallar qar­şı­sında alınan si­nusoidin tez­liyi yüksək olmaqla bərəbər digər (süz­gəc, zədə və s.) hallardan kəskin fərq­lənir. Bu intervalda eyni zamanda T və ASÖ-lə tədqiqat işləri yerinə yetiril­mə­lidir. Beləliklə, metal kəmərin lay suları ilə bila­vasitə təmasda olması sayəsində çü­rümüş hissələrin təyinində əsas üsul kimi MfL-i, əlavə üsul kimi T və ASÖ qə­bul etmək olar (birinci üsul kəmərin çü­rüməyə başladığı intervalın arxasında ma­ye­nin hərə­kətini, ikin­ci üsul isə semen­tin olmadığını təsdiq etməlidir). Təzyiqin qradiyen­ti­nin yüksəlməsi nəticə­sində kə­mər arxasında hermetik­liyin pozulma yerlərinin təyi­nin­də öyrənilən məsələ, her­me­tikliyin pozul­ma yeri­nin tə­yini ilə eyni oldu­ğundan, burada da eyni QGT üsul­ları kompleksi tətbiq edi­lə bilər. Geoloji tədbirin bu cür fərqləndirilməsi herme­tik­liyin müxtəlif səbəb­lərdən po­zulması ilə əlaqədar olma­sıdır ki, bu da alınmış nə­ticələr əsasında müəy­yənləşdirilir. Quyula­rın texni­ki vəziy­yətinin öyrənilməsin­dəki geoloji təd­birlər üzrə istifadə edilə biləcək QGT üsulları kom­pleksi cədvəl 3 c-də verilir.
Cədvəl 3 c


Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə