Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət


Azərbaycan neft-qaz yataqları üçün optimal quyu geofiziki tədqiqat üsulları komplek­sinin tərtibi



Yüklə 83,96 Kb.
səhifə5/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathMühazir 7

Azərbaycan neft-qaz yataqları üçün optimal quyu geofiziki tədqiqat üsulları komplek­sinin tərtibi
Azərbaycan neft-qaz yataqları fondunda yeni və uzun müddət istismarda olan quyu­larda müasir texni­ka və texnologiyanın tətbiq edilməsi ilə çıxarıla bilə­cək qalıq neft ehtiyatının hasilatını artırmaq olar. Belə ki, uzun müddət istismar­da olan bu obyektlərin kol­lek­torlarında yüz milyonlarla ton çıxarıla bilən qalıq neft ehtiyatı möv­cuddur. Qeyd edilən neft ehtiyatının hasil edilməsinin reallaş­dırılmasında əsas şərt­lərdən bi­ri də quyularda QGT üsullarının tətbiq edilmə­silə müx­­təlif geoloji-petrofiziki və eləcə də istismar məsə­lə­lərinin dəqiqləşdi­rilməsidir. İşlənən yataqlar və elə­cə də onun fondunda yerləşən quyuların bir-birindən fərq­lənməsi tələb edir ki, bu şərt­lər nəzərə alınmaqla tətbiq ediləcək QGT üsulları kompleksi seçilsin. Belə ki, yataq­larda geoloji-petrofiziki və həmçinin quyu­ların texniki-texnoloji şəraitləri nəzərə alınmaqla se­çil­miş QGT üsulları komplek­si qarşıya qoyulan məsə­lələri aydınlaş­dırmaq qabiliyətində olmalıdır. Aparılan tədqiqatların nəticəsindən belə alınır ki, QGT üsulları ilə nəzarət dörd istiqamətdə həyata keçirilməlidir. Bu dörd istiqamətin hər birində öyrənilən geoloji tədbirlər dəqiqləşdirilmişdir (neftin maye və ya qaz ilə sıxışdı­rılması zamanı laylardakı dəyişikliklərin öyrənilməsi; layların istismar xususiy­yətlərinin öyrənilməsi; quyu­ların texniki vəziyyətinin öyrənilməsi; quyu cihaz və texnoloji avadanlıqlarının optimal iş rejiminə çıxarıl­ması). Hər bir istiqa­mətdə dəqiq­ləş­­dirilmiş geoloji tədbirlərin mümkün qədər dərindən öyrənil­məsi ilə iş­lən­mə dövrü yataq üçün qəbul edilmiş qərarlar, laydan maksi­mum neft hasil edilməsinə şərait ya­radır. Burada əsas məqsəd mədən-geofiziki üsullarından hər bir geo­loji tədbirlərin öyrənilməsi üçün səmərəli ola bilə­cək QGT üsulları kompleksinin se­çil­məsidir. Mə­lum olduğu kimi, neft-qaz yataqları bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqləndi­yindən, QGT kompleks­ləri seçilən zaman bu xüsusiyyətlər də nəzərə alınma­lıdır.
Neft-qaz yataqlarında qazılmış quyular təyina­tın­dan asılı olaraq bir neçə yerə bölünür: istismar qu­yuları (dayandırılmış və ya işləyən); vurucu quyular; nəzarət quyu­ları. Bu quyular istismar məqsədindən baş­­qa istismar rejimlərinə və istifadə edilən quyu ci­haz və texnoloji avadanlıqlara görə də bir-birindən fərq­­lə­nirlər. Yəni, quyu­ların növündən asılı olaraq öy­rəni­lən geoloji tədbirlər eyni və ya fərqli ola bilər. QGT üsulları kompleksi yuxarıda qeyd edilən tədqiqat istiqa­mət­lərinə aid olan geoloji təd­birlərin fərdi xüsu­siyyətləri nəzərə alınmaqla seçil­mə­lidir.
QGT kompleksinin üç istiqamətdə (əsas, əlavə və perspektivli) seçilməsi daha əlverişli hesab edilir. Lazımınca sınaqdan keçmiş və metodika ilə təmin edil­­­miş, seriyalarla buraxılan cihazlarla təhciz olun­muş üsullar əsas üsullar, əlavə üsul­lar isə öyrə­niləcək məsələlərdə səmərəli ola biləcək digər üsullardan təş­kil edilir. Tam tətbiq sahəsini tapmamış və eləcə də isti­fadə edilmə texnologiyası mürək­kəb olan, lakin böyük üstünlükləri ilə fərqlənən üsullar perspektivli üsul­lar kimi verilə bilər.

Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə