|
Uot 541. 13: 541. 1382 Ətraf müHİTİn akustik səs-küY ÇİrkləNMƏSİ VƏ orqaniZMƏ MƏNFİ TƏSİRİ14Təranə-Firqət-qizi-Yusibova-Qərib-Budaq-oglu-Abdullayev
Dayanıqlı inkişaf, cild 2, № 2, 2022
UOT 541.13: 541.1382
ƏTRAF MÜHİTİN AKUSTIK SƏS-KÜY ÇİRKLƏNMƏSİ VƏ
ORQANİZMƏ MƏNFİ TƏSİRİ
1
Təranə Firqət qızı Yusibova,
2
Qərib Budaq oğlu Abdullayev
1
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
tarana.yusibova@mdu.edu.az
2
qarib.abdullayev@mdu.edu.az
1,2
Mingəçevir Dövlət Universiteti
Xülasə
Təbii və antropogen mənşəli mənbələrdən yaranan akustik səs-küy çirklənməsi müasir dövrün
qlobal problemlərindən biri kimi iqlim dəyişkənliyi və istiləşmə, ozon qatının deşilməsi,
hidrosferin, atmosferin, torpaq örtüyünün çirklənməsi, sənaye-məişət, radioaktiv tullantıların
əmələ gəlməsi fonunda izah edilir.
Akustik çirklənmə və səs-küy mənbələri ən həyəcanlı –qarşıalınmaz sosial-ekoloji ,sanitar-
gigiyenik məsələdir. Səsin fizikivə fizioloji parametrləri qurğunun, avadanlığın gücündən
məsafədən və digər xarici faktorlardan asılı olmur. Onlar qurğunun parametrlərindən və iş
rejimindən asılı sabit kəmiyyət kimi xarakterizə olunur. Qurğuları layihələndirmə və ekoloji
ekspertizadan keçirmə zamanı akustik parametrlərin səmərəlilik dərəcəsi müəyyən olunmalı
və düzgün seçim aparılmalı, avadanlığın texniki sənədlərində səs və səs səviyyəsinin
xarakteristikası verilməlidir. İstismar olunan avadanlıqda yaranan səs-küyün azadılması
məqsədilə səs təzyiqinin səviyyəsi, ekvivalent səviyyə, maksimal səviyyə kimi parametrlərin
əsasında öyrənilməsi tövsiyyə olunur.
Ətraf mühitdə akustik səs-küylə çirklənməni aşağı salmaq tədbirlərindən: çoxsəsli mənbələr
texnologiyasının azsəslilərlə əvəz olunması. Səs mənbəyi şüalanmasının istiqamətini
dəyişmək. Səsə qarşı izolyasiya materiallarından istifadəyə üstünlük vermək. Qurğuların,
avadanlıqlaın layihələndirilməsi, ekoloji ekspertizadan keçirilməsi,istismara verilməsində
daxili və xarici informasiyalardan istifadə edilməsi zərurəti, proqnozlaşdırmaya, səs-küyün
mənbələri və səviyyəsinin xəritələşdirilməsi təcrübədə faydalı hesab olunur.
Dostları ilə paylaş: |
|
|