Uot 541. 13: 541. 1382 Ətraf müHİTİn akustik səs-küY ÇİrkləNMƏSİ VƏ orqaniZMƏ MƏNFİ TƏSİRİ



Yüklə 109,73 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix23.12.2023
ölçüsü109,73 Kb.
#155247
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
14Təranə-Firqət-qizi-Yusibova-Qərib-Budaq-oglu-Abdullayev

Akustik-səs-küy çirklənməsinin
qarşısının alınması tədbirləri
Texniki və ekoloji ədəbiyyatlarda ətraf mühitin akustik səs-küy çirklənməsini aşağı salmaq 
üçün aşağıdakı tədbirlərdən istifadə edilməsi məqsədə müvafiq hesab edilir: 
-
çoxsəsli mənbələr texnologiyasının azsəslilərlə əvəz olunmasını tədbiq etmək; 
-
səs mənbəyi şüalanmasının istiqamətini dəyişdirmək
-
mənbəyindən başlayaraq səsin yayıldığı yolda səsdən izolyasiya tədbirlərini görmək; 
-
səs aqreqatlarında səsdən mühafizə olunması üçün kompleks tədbirlərin görülməsi; 
-
hər hansı bir layihələrin həyata keçirilməsində daxili və xarici informasiyalardan istifadə 
edərək ekoloji ekspertizadan keçirilməsini və proqnozunu vermək; 
-
tikinti obyektlərində memarlıq-planlaşdırma işlərində səsdən mühafizə problemlərinin 
müsbət həllinə nail olmaq; 
-
yeni akustik texnologiyaların və avadanlıqların tətbiqini həyata keçirmək
-
ventilyasiya kamerlarının daxili səthini səsi mənimsəyən (udan) materiallarla örtmək; 
-
kameraların qapıları ikiqat olmalı və sıx örtülməlidir; 
-
iri şəhərlərdə və intensiv akustik çirklənmə mənbələrində səs-küyün miqdarını azaltmaq 
yaxud minimuma endirmək məqsədilə aparılan tədbirlərdən biri də yaşıllıqların artırılmasına nail 
olmaqdan ibarətdir. Belə ki, yolların kənarına əkilmiş ağaclar səsin gurluğunu 10 dəfəyə qədər 
azaldır. Bir tərəfdən səsi udur, digər tərəfdən səsin istiqamətini dəyişdirir və səpələyir, tozlanmanı 
azaldır, estetik zövq mənbəyi kimi ətrafda xoş əhval-ruhiyyə yaradır; 
-
aeroportlar ətrafında 15 km-lik zonada yaşayış evlərinin və sənaye müəssisələrinin tikintisinə 
yol verilməməlidir; 
-
ventilyator və elektrik mühərrikləri bina elementlərinə birləşdirilməli və elektrik 
muftalarından istifadə etmək; 
-
ventilyator qurğuları üçün səs və titrəyişə qarşı özüllərdən istifadə etmək; 
-
vibroizolyasiya vasitəsilə titrəyişlərin zərərli təsirlərini aradan qaldırmaq və azaltmaq. 
Səsi xarakterizə etmək üçün aşağıdakı göstəricilərdən istifadə olunur: 
-
rəqslərin tezliyi; 
-
dalğaların uzunluğu
-
səsin intensivliyi; 
-
səsin intensivlik səviyyəsi; 
-
səs təzyiqi; 
-
səs təzyiqinin səviyyəsi; 
-
tonunun yüksəkliyi;
-
səsin gurluğu (gurluq səviyyəsi). 



Yüklə 109,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə